USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bu gün doğum günü olan vicdan məhbusu Rail Abbasov vicdan məhbusu Bəxtiyar Hacıyevin ailəsinə məktub göndərib.
Oxudum, düşündüm ki, ictimailəşdirim, çünki təsirli və nümunəvidir:
"Salam, Solidə ana. Salam, İlyas müəllim.
Ümid edirəm, səhhətiniz və əhvalınız yaxşıdır.
Bilirəm ki, həmişəkindən daha güclü, daha möhkəmsiniz.
Həmişə də belə qalın.
Sizdən xahiş edirəm, mənə görə özünüzü və Bəxtiyarı günahlandırmayın.
Özünüzü və Bəxtiyarı mənim həbsimə səbəb bilməyin.
Bu, məni daha çox məyus edir.
Axı siz məni Bəxtiyardan seçmirdiniz.
Kaş Bəxtiyar üçün daha çox köməklik edərdim.
Eybi yox, onun toyunda əvəzini çıxaram.
Özünüzü qoruyun.
Tezliklə görüşərik.
Hörmətlə, Rail."