USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
[sup][/sup]“Avropa Şurasının Vatslav Havel mükafatının laureatı Anar Məmmədli yenə Azərbaycanda həbsdədir. O, dərhal azad edilməlidir”.
Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe X sosial şəbəkəsində belə yazıb.
O fikrini belə davam etdirib: "Heç bir ölkə Anar Məmmədlinin və bütün siyasi məhbusların dərhal azad edilməsini tələb etmədən COP29-a gedə bilməz".
Anar Məmmədli bu ilin aprelində qaçaqmalçılıq ittihamı ilə həbs edilib. O, özü ittihamları qəbul etmir.
Hüquq müdafiəçiləri Anar Məmmədlini siyasi məhbus kimi tanıyıblar.