Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfiri Saleh Al-Cuteyli İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvinin qəbul edib.
Diplomatlar iki ölkə arasında olan münasibətləri, eləcə də regionda baş verən son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, İranın Ər-Riyaddakı səfirliyi 7 ildən sonra yenidən fəaliyyətə başlayıb.
İran dövlət televiziyasının məlumatına görə, İranın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin açılış mərasimində İran xarici işlər nazirinin müavini Əli Rza Biqdeli də iştirak edib.
Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq”da ittiham olunaraq edam olunmasından sonra Səudiyyə Ərəbistanı Krallığının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası qəzəbli xalq tərəfindən yandırılmışdı. Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı hökuməti yanvarın 3-də İranla diplomatik əlaqələri kəsdiyini elan etmişdi.
Rəsmi Ər-Riyad və Tehran nümayəndələri 7 illik fasilədən sonra 2023-cü il martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası ilə bağlı razılığa gəliblər. Bundan sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və səudiyyəli həmkarı Feysəl ibn Fərhan aprelin 6-da Pekində görüşüblər və iki ölkənin səfirliklərinin açılması, uçuşların bərpası və vizaların sadələşdirilməsi barədə razılığa gəliblər.
Mayın 23-də İran xarici işlər nazirinin müavini Əli Rza Ənayətinin Səudiyyə Ərəbistanına yeni səfiri təyin edildiyini bildirib.