USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Yevlax rayonunda qəzaya düşən şəxs 11 gün sonra xəstəxanada ölüb.
“Report”un xəbərinə görə, hadisə martın 26-da Yevlax şəhərinin Nizami prospektində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Ruslan Sakit oğlu Abdullayev idarə etdiyi QAZ-322132 markalı, 02-BF-780 dövlət qeydiyyat nişanlı mikroavtobusla piyadalar - 1975-ci il təvəllüdlü Səbinə Rafiq qızı Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Halay qızı Mirzəyevanı vurub.
Nəticədə Səbinə Ələsgərova hadisə yerində, Bəsdi Mirzəyeva isə aprelin 6-da müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.