USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Foto.info.az xəbər verir ki, noyabrın 14-də növbəti köç karvanı Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülür.
Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 315 ailənin - 1 205 nəfərin köçü təmin edilib.