MİT və İstanbul polisi tərəfindən həyata keçirilən gizli əməliyyat nəticəsində, Birləşmiş Ərəb Əmirliklərində İsrail/Moldova vətəndaşı ravvin Tzvi Koqanı öldürən üç Özbəkistan vətəndaşı tutularaq BƏƏ-yə ekstradisiya edilib.
Cnntürk xəbər verir ki, üç şəxs BƏƏ-yə ekstradisiya edilib.
Hadisə, ravvinin Dubayda öldürülməsindən sonra bu cinayəti törədən şəxslərin Türkiyəyə qaçması ilə başlayıb. BƏƏ, Türkiyəyə qaçan şəxsləri müəyyən edərək, MİT və polislə əməkdaşlıq edib.
Əməliyyatın təfərrüatları çox diqqətlə aparılıb; təyyarə ilə İstanbul"a gələn qatillər izlənilib, hava limanında izləmə aparılaraq, onların nə zaman və hara gedəcəkləri müəyyən edilib. Taksidəki hərəkətləri izlənildikdən sonra, qatil şəxslər saxlanılıb və tutularaq əməliyyat tamamlanıb. Bu şəxslərin DEAŞ üzvü olduqları etiraf edilib, və qətli soyuqqanlı şəkildə həyata keçirdiklərini bildiriblər.