USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Sədyar Orucov - Birinci Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, qazidir. Biznesmen deyil, vəzifəsi yoxdur, işləmir, kasıbdır. Amma Şabran rayonunda bir çox sosial problemlərin həllinə nail olub - bərbad vəziyyətdə olan yolları düzəltdirir, su çəkdirir... Şirkətlərdən xahiş edir, minnətçi düşür... Əhalinin rifahı naminə...
Nə İcra hakimiyyətindən, nə də rayon bələdiyyəsindən quru bir "sağ ol" da alıb. Əksinə və təəssüf.. İcranın, bələdiyyənin görməli, yerinə yetirməli işləri o həyata keçirir. Asan deyil... torpaq satmır, rüşvət almır, xidməti, şəxsi avtomobili, təmtəraqlı evi də yox. Sadəcə bir vətəndaş, insan, döyüşçü, qazi, xeyirxah kimi...