USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...

Sosial

1-10-2024, 11:43

 Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə həm də tənqidlərə yol açıb. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaradıldığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub.

Mövzu ilə bağlı münasibət bildirən Aşıq Ələsgərin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev deyib ki, heykəlin boyu barəsində münasibət bildirənlər realda heç onu görməyiblər.

"Heykəlin 4 metr hündürlüyü var. Mən Aşıq Ələsgərin heykəlini hazırlayarkən bilirdim ki, onun boyu 210 sm olub”, - xalq rəssamı bildirib.

O, müəllifi olduğu heykəldə sazın o cür təsvir edilməsinin də izahını verib:

"Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyiylə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib”.

Öncədən bütün detalları öyrəndiyini bildirən müəllif vurğulayıb ki, abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edib:

"Məsələyə olduqca dar çərçivədən baxılır. Obraz necə olmalı idi? Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib - bunlara heç kim baxmayıb, oxumayıb. Eləcə kiminsə çəkdiyi, sosial şəbəkədən yaydığı fotoya baxmaqla hərə bir fikir yürüdür. Bu, düzgün deyil. 3 ildir həmin abidə üzərində işləyirəm. Yazılı portretlər var, orada qeyd olunur ki, Aşıq Ələsgər hansı görkəmdədir, qulağının quruluşu, gözü, üz cizgiləri necə olub. Həmin yazılı mənbədə təsvir edildikcə, rəssam da onu gözündə canlandırır. Bu vaxta kimi Aşıq Ələsgərin portretini Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi rəssamlar çəkib. Bütün çəkilən əsərlərə nəzər yetirmişəm, araşdırmışam. Əsasən isə Aşıq Ələsgərin şagirdinin onun obrazı haqqında qeydlərini rəhbər tutmuşam. Bundan əlavə, sənətkarın nəticələri sağdır. Onlar gəlib mənim emalatxanama baxıblar. Deyiblər ki, biz elə bunun çox arzusunda idik. Heykəltaraşın bunu necə təsvir edəcəyini düşünürdük. Heykəli belə də görmək istəyirdik”.

O qeyd edib ki, abidənin layihəsi əvvəlcə Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının rəyini alır:

"Rəssamlar, peşəkar memarlar, heykəltəraşlar buna baxırlar. İki dəfə müsabiqə keçirilib. Birinci müsabiqədə qalib olmadı. İkinci müsabiqənin qalibi seçildikdən sonra isə layihə mənə tapşırıldı. İş asanlıqla həvalə olunmur ki! Bizdə ümumiyyətlə işin yaxşı tərəfi qalır bir tərəfdə, tənqid etməyə fokuslanırlar. Nə qədər istəyirlər, danışsınlar, mən bilirəm ki, nə etmişəm. Açılışda dövlət başçısı iştirak edib, layiqli qiymətini verib. Mənə təsir edən insanların gəlib işi görmədən, foto üzərindən onu qiymətləndirməsidir. Bu, tənqiddən çox, qarayaxmaya bənzəyir. İllərdir gözlənilən bir layihədir. Çox heyif ki, abidənin çoxşaxəliliyi, üzərində qeyd etdiyim geniş informasiyanı, ötürdüyüm mesajı işıqlandıra bilmirlər. Bu abidə hazırda bizə çox lazımdır”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-09-2024, 18:21

AXCP-nın fəalı istintaq təcridxanasında intihara cəhd edib

Sosial

29-07-2024, 16:19

Xalqa balta atandan xalq artisti olmaz

Sosial / Hadisə

2-05-2024, 11:44

Tanınmış aşığın gəlini evdən qaçıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

12-03-2024, 19:31

Tanınmış həkim Aydın Əliyev işlədiyi klinikadan çıxarıldı

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

24-02-2024, 17:27

Dövlətin görməli olduğu sosial problemləri kasıb xalq özü həll edir

Gündəm / Siyasət / Sosial / Araşdırma

20-07-2023, 19:59

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatına imtina cavabı verdi

Sosial

16-07-2023, 15:21

DİM: “Bu gün keçirilən imtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq”

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-10-2022, 23:07

Müdafiə Nazirliyini tənqid etdiyinə görə polkovnik Elnur Məmmədov həbs olundu

Sosial / Hadisə

12-04-2022, 23:43

Xalq yazıçısı Mirşahinin sərt tənqid etdi

Sosial / Hadisə

25-06-2021, 13:26

Bakıda sürücü 3 nəfər tərəfindən döyülərək öldürülüb

Sosial

17-05-2021, 08:33

"Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır"

Gündəm / Sosial / Mədəniyyət

26-07-2020, 15:32

YARALI ƏSGƏRLƏRİMİZ ADINDAN...

Son xəbərlər
  • Bugün, 19:48
    Prezident İlham Əliyev slovakiyalı həmkarını Bakıya dəvət etdi
  • Bugün, 19:48
    Tofiq Musayevə federasiyada yüksək vəzifə verildi
  • Bugün, 19:41
    Daşkəsəndə məktəblilər arasında basketbol turniri keçirilib
  • Bugün, 13:44
    Tofiq Musayevə federasiyada yüksək vəzifə verildi
  • Bugün, 13:43
    ABŞ Konqresi Əli Kərimlinin həbsi fonunda Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara hazırlaşır
  • Dün, 15:54
    Tanınmış həkim Cahid Şahbazovun əməliyyatından sonra görmə qabiliyyətini itirən pasiyentlə bağlı cinayət işinə xitam verildi
  • Dün, 15:52
    Benində hərbi çevriliş – Prezident Patris Talon devrildi
  • 6-12-2025, 21:00
    İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
  • 6-12-2025, 20:58
    Gəncədə minik maşını divara çırpıldı – Yaralılar var
  • 6-12-2025, 20:57
    Polis 25 kiloqrama yaxın narkotik vasitə ələ keçirdi
  • 6-12-2025, 20:56
    Tanınmış kikboks məşqçisi Tulin Ələkbərova və tələbəsi barəsində 4 aylıq həbs qərarı verildi
  • 6-12-2025, 20:54
    Qusarda gecə evə girib qadını öpən şəxs məhkəmə qarşısına çıxarıldı – 480 saat ictimai iş, elektron qolbaq
  • 6-12-2025, 20:49
    ABŞ Konqresi Əli Kərimlinin həbsi fonunda Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara hazırlaşır
  • 6-12-2025, 14:50
    AXCP rəsmisi Təzəxan Mirələmli DTX tərəfindən saxlanılıb, evində axtarış aparılıb
  • 6-12-2025, 14:47
    Türkiyədə ağır qəza: 7 nəfər öldü, 11 nəfər yaralandı
  • 6-12-2025, 14:44
    Gültəkin Hacıbəylinin deportasiya məsələsi Türkiyə Böyük Millət Məclisinin gündəminə çıxarıldı
  • 5-12-2025, 18:23
    Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlər və işçilər evə buraxılıb
  • 5-12-2025, 18:20
    Hafiz Babalı səhhətində ciddi problemlər yarandığını deyir
  • 5-12-2025, 18:17
    Azərbaycanda 21 peşə məktəbi tikiləcək – Prezident sərəncam imzaladı
  • 5-12-2025, 18:10
    Berlində Ermənistan–Azərbaycan sülh prosesi müzakirə olunacaq
  • 5-12-2025, 17:41
    Əli Kərimli həbsdə qaldı: Məhkəmə qərarı qüvvədə saxlandı, 20-dən çox fəal saxlanıldı
  • 5-12-2025, 13:27
    Boksçu Tulin Ələkbərova tələbəsi ilə birgə quldurluqda şübhəli bilinərək saxlanılıb
  • 5-12-2025, 13:25
    Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edilib
  • 5-12-2025, 13:23
    Əli Kərimlinin qaynının evində axtarış aparıldığı bildirilir
  • 5-12-2025, 10:51
    Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib
  • 4-12-2025, 23:28
    AŞPA məruzəçisi Əli Kərimlinin həbsi ilə bağlı narahatlıq bildirib
  • 4-12-2025, 17:40
    Gültəkin Hacıbəyli Türkiyədə “xarici terrorçu” adı ilə saxlanıldığını bildirir
  • 4-12-2025, 17:36
    Zaxarova: “İrəvan Qarabağla bağlı sənədləri yaymaqla etik normaları pozub”
  • 4-12-2025, 17:27
    SSRİ bayraqları ilə yürüşə cəhd edən şəxslərin işi: İbrahim Əsədlinin apellyasiya şikayəti təmin olunmadı
  • 4-12-2025, 17:20
    Fərid Mehralızadənin tərcümə etdiyi “Qızımla iqtisadiyyat söhbətləri” kitabı dərc olunub
  • 4-12-2025, 16:35
    İranın xarici işlər naziri Abbas Araqçı Azərbaycana səfər edəcək
  • 4-12-2025, 16:32
    Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır
  • 4-12-2025, 16:24
    Gəncədə gənc qadın avtomobil tərəfindən vurulub
  • 4-12-2025, 16:21
    “Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarıldı
  • 3-12-2025, 20:50
    Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” qanunu imzaladı: Elektron Reyestr yaradılır
Daha çox
Çox oxunanlar
2-12-2025, 00:56
Sabiq xidmət rəisinə hökm oxundu
2-12-2025, 00:59
“Amnesty International” Əli Kərimlinin həbsi ilə bağlı bəyanat yayıb
2-12-2025, 14:05
Professor Aidə Qasımova ölkədəki problemlərlə bağlı sərt çıxış edib
2-12-2025, 17:44
2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramlarının günləri təsdiqləndi
2-12-2025, 13:59
Frank Şvabe: “Hakimiyyət öz üzünə Avropa qapılarını bağlayır”
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
Müsahibə
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
23-11-2025, 04:01
Ekspert: “Subsidiyaların böyük hissəsini oliqarx məmurlar əldə edir”
Araşdırma
Bugün, 13:43
ABŞ Konqresi Əli Kərimlinin həbsi fonunda Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara hazırlaşır
6-12-2025, 20:49
ABŞ Konqresi Əli Kərimlinin həbsi fonunda Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara hazırlaşır
6-12-2025, 14:50
AXCP rəsmisi Təzəxan Mirələmli DTX tərəfindən saxlanılıb, evində axtarış aparılıb
6-12-2025, 14:44
Gültəkin Hacıbəylinin deportasiya məsələsi Türkiyə Böyük Millət Məclisinin gündəminə çıxarıldı
5-12-2025, 18:20
Hafiz Babalı səhhətində ciddi problemlər yarandığını deyir
5-12-2025, 17:41
Əli Kərimli həbsdə qaldı: Məhkəmə qərarı qüvvədə saxlandı, 20-dən çox fəal saxlanıldı
Sosial
Daşkəsəndə məktəblilər arasında basketbol turniri keçirilib
Tanınmış həkim Cahid Şahbazovun əməliyyatından sonra görmə qabiliyyətini itirən pasiyentlə bağlı cinayət işinə xitam verildi
Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib
Qazaxıstan ictimai yerlərdə niqab taxılmasına görə cərimə tətbiq edən qanun layihəsini təsdiqlədi
Paşinyan: “Əvvəlki Ermənistan hakimiyyətinin fəaliyyətinin müzakirəsini dayandırmaq lazımdır”
MİDA mənzillərinin qanunsuz satışında ittiham olunan 12 nəfər saxlanılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə