Bu gün Azərbaycan elə bir yaşam həddinə çatıb ki, ölkədə orta təbəqəli vətəndaş qalmayıb. Ya hakimiyyətə yaltaq, riyakar zəngin təbəqə xan kimi yaşayır, ya da yoxsul, aç, səfalət içində yaşayan dilənçi təbəqəli kasıb vətəndaş bir qarın çörəyə möhtac qalıb.
Bu mənzərəni görəndə adamın ürəyi parçalanır. Zəngin neft, qaz və qızıl ölkənin vətəndaşları nə günə salınıb. İnsanlar acından ölməmək üçün zibil qutularından yemək axtarmağa möhtac qalıb.
Bu dövlət uşaq pulunu niyə vermir? Niyə görə dünyaya neft, qaz, elektrik satan bir ölkənin vətəndaşları limitlə kamunal xidmətlərindən istifadə etməlidir?
Axı nə vaxta kimi bu davam edəcək? Adam haqqı deməyə də qorxur. Qorxur ki, bir gün küçədə gedərkən kimlərsə cibinə ya narkotik atar, yada ki, ...