Dünən məhkəmənin təxirə salındığını bilə-bilə Qubad İbadoğlunu təcridxanadan məhkəməyə gətiriblər. Geri qaytararkən vəziyyəti pisləşdiyindən məcbur olub qardaşımı Təcridxananın tibb məntəqəsində USM və Elektrokardioqramma müayinəsindən keçiriblər. Qubad müəllimin ürəyindəki neqativ dəyişiklikləri izləmək üçün Elektrokardioqramma bir tərəfə, heç Exokardioqramma da yetərli deyil. Qardaşım mütləq kontrastlı maddə ilə döş qəfəsinin kompüter tomoqrafiyasından keçirilməlidir.
Ürəkdə neqativ proseslər o qədır sürətlə gedir ki, indi bəzi şeyləri həttaElektrokardioqramma ilə də müşahidə etmək mümkün olur. Qardaşımda aorta damarının kökünün genişlənməsi 41 mm-i keçib, əlavə olaraq ürəyin sol mədəciyinin hipertrofiyası və diastolik disfunksiyası qeydə alınıb.
Bütün bunlara baxmayaraq qardaşımın müayinələrinin nəticələri bu gün məhkəməyə təqdim olunmayıb. Yenə də ümumi sözlərlə yola veriblər.
Belə görünür ki, Qubad İbadoğlunun fiziki məhvinə yönəlmiş siyasətdən bir qarış belə geri çəkilmək istəmirlər.
Galib Toghrul