USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib

Siyasət

31-12-2024, 13:56

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il bayramı" münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu əlamətdar gün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini təcəssüm etdirir. Xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin müstəqilliyi, suverenliyi naminə həmrəyliyin nə qədər vacib olduğunu bir daha xatırladır.

Tarixi sınaqlardan qəhrəmanlıqlarla çıxmış dünya azərbaycanlılarının həmrəyliyinin, xalqımızı uğurlara aparan azərbaycançılıq ideyasının rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin nailiyyətləri həmvətənlərimizin müstəqil dövlətimizin ətrafında birləşməsini təmin edən mühüm amildir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, ordumuzun kadr hazırlığı, müasir silah və texnikalar ilə təchiz edilməsi və döyüş potensialının artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan Ordusu müzəffər və qalib ordu statusuna sahib olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə xalqımızı daha da sıx birləşdirərək uğurlu gələcəyə inamını möhkəmləndirmişdir. Ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilmiş, milli maraqları, əhalisinin rifah və dəyərləri qorunan respublikamız regionun lider dövləti olmuşdur.

Hər zaman olduğu kimi bu bayram günündə ölkəmizin müstəqilliyinin, suverenliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizi hörmət və ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ailə üzvləri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbi qulluqçularımız daimi qayğı ilə əhatə olunmuşdur. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbi qulluqçularımızı "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il bayramı" münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalacaq, Vətən müharibəsində əldə olunan qələbədən ruhlanaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Bir daha "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il bayramı" münasibətilə hər birinizi ürəkdən təbrik edir, qarşıdan gələn yeni 2025-ci ildə Sizə möhkəm cansağlığı, uzun ömür, sevinc dolu firavan günlər, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!".Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib

Paylaş:
Digər xəbərlər

Siyasət

31-12-2024, 01:06

Mehriban Əliyeva xalqımızı təbrik edib

Siyasət

12-10-2024, 11:57

İlham Əliyev İspaniya Kralını təbrik edib

Siyasət

30-08-2024, 12:27

Zakir Həsənov Yaşar Gülərə zəng etdi

Siyasət

3-07-2024, 11:46

İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkonu ölkənin dövlət bayramı - Müstəqillik Günü münasibətilə təbrik edib

Siyasət

26-05-2024, 14:01

Prezident Gürcüstanın milli bayramı münasibətilə təbrik edib

Siyasət / Sosial

4-06-2023, 19:07

Zakir Həsənov Türkiyənin yeni müdafiə nazirini təbrik edib

Siyasət

24-12-2022, 15:43

MHP sədri Prezidenti təbrik edib

Gündəm / Siyasət / Sosial

22-12-2022, 19:03

Özbəkistan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Siyasət

7-09-2021, 12:34

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Siyasət

30-08-2021, 09:51

Zakir Həsənov Akarı və Yaşar Güləri təbrik etdi

Gündəm / Siyasət

20-03-2020, 10:00

"Qoy bu bayram ürəklərdə xoş duyğular oyatsın" - Mehriban Əliyeva

Siyasət

3-03-2020, 10:52

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Son xəbərlər
  • Dün, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
  • 21-08-2026, 10:42
    Cavid Kərimov AAYDA-da rəhbər vəzifəyə təyin edildi
Daha çox
Çox oxunanlar
4-09-2026, 23:21
Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
4-09-2026, 23:16
Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
4-09-2026, 20:54
SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
4-09-2026, 17:24
5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə