Dünən Ruslan İzzətli zəng etmişdi. Özal atası ilə xeyli danışdı. Sanki danışacaqları vaxtın az olduğunu bilib ard arda cümlələri qururdu:
-Ata Azərbaycanda yağış yağır,külək elə əsir ki,ağaclar qopmaq istəyir. Türkiyədə də yağış göstərir ( burada hava külək, yağış olan kimi məndən soruşur ata olan yerdə də belədi?) Çölə çıxma,ağaclar üstünə aşar.
Qaçır pəncərəyə havaya baxır... qayıdır, yenə atayla danışmaq istəyirəm,ver telefonu...
-Ata sənə vatsapda səs atmışam,bir də istədiyim oyuncaqları,baxmısan?
Ruslan deyir hə hamısına qulaq asmışam,alacam hamısını....
Sonda gözləri dolmuş haıda-Ata tez gəl... darıxmışam... Mən səni istəyirəm...
Ruslan da mən də darıxmışam,gələcəm,səni çox istəyirəm...deyir.
Və vaxt bitir....
Şər böhtanla atanı övladından ayıranlar,övladınıza həsrət qalın! Eynisini yaşayın!
Günel Manaflı