USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Rüfət Səfərov: “Hakimiyyətin məqsədi Bəxtiyar Hacıyevi uzun müddətə cəmiyyətdən təcrid etməkdir.”

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

27-06-2023, 16:16

 Rüfət Səfərov: “Hakimiyyətin məqsədi Bəxtiyar Hacıyevi uzun müddətə cəmiyyətdən təcrid etməkdir.”

İyunun 22-də Bakının Xətai rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirini daha bir ay, iyulun 28-dək uzadıb. İstintaq orqanı vəsatətini Hacıyevə qarşı yeni ttihamların irəli sürülməsi ilə izah edib. Vəkil Rövşanə Rəhimli Turana deyib ki, Hacıyev ona qarşı irəli sürülən ittihamları qondarma və sifarişli adlandırıb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Bəxtiyar Hacıyevə yeni ittihamlar irəli sürməkdə məqsəd nədir?

Hüquq müdafiəçisi, “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmsədri Rüfət Səfərov ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Rüfət bəy, iyunun 16-da Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin daha 4 maddəsi ilə yeni ittihamlar irəli sürüldü. Hardan çıxdı bu yeni ittihamlar?

Cavab: Bəxtiyar Hacıyevin cinayət törətmədiyi, qanunazidd hərəkət, ya da hərəkətsizliyə yol verdiyinə inanmıram. Əksinə, ona inanıram ki, Bəxtiyarın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verən müstəntiq, təqdimat hazırlayan prokuror, nəhayət bunları təmin edən hakim hüquqazidd mövqe ortaya qoyub, aşkar surətdə siyasi hakimiyyətin, konkret desək, daxili işlər naziri Vilayət Eyvzaovun təlimatını icra edib. Əlbəttə, bunlar ölkədə istintaq korpusunun, məhkəmələrin müstəqil olmamasından, siyasi hakimiyyətin əlində repressiv alət funksiyası daşımasından xəbər verir. Sözsüz, Bəxtiyar saxlandığı andan etibarən onun vicdan məhbusu anlayışının təsir dairəsinə düşdüyünü, bəlli kriteriyalara cavab verdiyini bəyan etmişik, tənqidi qeyd, rəy və çıxışlarına görə cəmiyyətdən təcrid edilidyini önə çəkmişik. Faktiki olaraq Bəxtiyar bu gün DİN-nin girovluğundadır və nazir Vilayət Eyvazov ondan ağır şəkildə qisas alır. Təsəvvür edin, dövətin siyasi və hüquqi sifətləri tənqidçi vətəndaş fəalını qanunsuz surətdə həbs edir, məhkəməyə hörmətsizlikdə, xuliqanlıqda ittiham edir, sosial şəbəkə hesablarını ələ keçirir, şəxsi həyat toxunulmazlığını kobud surətdə pozur, mənəvi terrora məruz qoyur, ictimai və beynəlxalq müdafiədən məhrum edir, bütün bunlar azlıq edirmiş kimi, ittihamın həcmini genişləndirir, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə (qanunsuz sahibkarlıq, qaçaqmaqlçılıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) təqsirləndirir. Şübhəsiz, Bəxtiyar və müdafiəçiləri ittihamın məzmun və məcmusunu rədd edib. Biz də anlayırıq ki, bu, Hacıyevin həbsə qədərki ictimai-siyasi mövqeyi ilə əlaqədardır. Və ona görə də müəyyən çətinliklərə baxmayaraq, vicdan məhbusu Bəxtiyar Hacıyevin müdafiə işini davam etdiririk.

Sual: Bu ittihamları verməkdə məqsəd nədir?

Cavab: Əvvəlki ittihamlar üzrə Bəxtiyarı 3 ilədək azadlıqdan məhrumetmə gözləyirdisə, indi onu 12 ilədək azadlıqdan məhrumetmə gözləyir. Məncə, hakimiyyət Hacıyevi saxta motivlər üzrə ağır cinayətdə ittiham etməklə onu uzun müddətə cəmiyyətdən təcrid etmək məqsədi güdür.

Sual: ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb ediblər. Buna baxmayaraq ona qarşı yeni ittihamlar irəli sürülür. Belə çıxır ki, hakimiyyət Bəxtiyar Hacıyevi həbsdə saxlamaqda israrlıdır?

Cavab: Əlbəttə israrlıdır. Buna həm də insan hüquqları sahəsində ixtisaslaşan beynəlxalq təşkilatların, siyasi güc mərkəzlərinin, Avropanın və Qərbin ictimai və dövlət institutlarının rəsmi Bakı ilə repressiya siyasətinin durdurulması məqsədilə ciddi dialoq realizə etməməsi də rəvac verir. Hökumətə yönəlik çağırış və xitablar yetərli olmamaqla real nəticələr doğurmur, növbətçi xarakterli bəyanatlar kimi diqqət cəlb edir. Avropa məkanında insan haqları sahəsində vahid standartları müəyyən edib, üzv ölkələrə ixrac edən AŞPA, dünyada özünü demokratiyanın hamisi kimi göstərən ABŞ, Avropanın dövlətlərüstü təşkilatı olan AB Azərbaycanda insan haqlarının vəziyyətinə dair adekvat siyasət yürütmür. Çox təəssüf ki, iqtisadi və enerji maraqları prioritetdir, demokratik quruluş və insan haqları problemi arxa plandadır. Uzağa getməyək, biz bunun bariz nümünəsini ötən gün ABŞ-ın Azərbaycandakı səfirliyində təşkil edilən ziyafətdə qadın hüquq müdafiçələrinə, jurnalistə göstərilən münasibətdən də gördük və təəssüf etdik. Yeri gəlmişkən, xanımların hərəkətlərini alqışlayıram.

Sual: Sizcə, Bəxtiyar Hacıyev niyə hədəfə gəlib? Ondan nəyin qisasını almağa çalışırlar?

Cavab: Bəxtiyar Hacıyev vətəndaş cəmiyyətinin parlaq nümayəndələrindən idi. Etiraf edirəm ki, kibercinayətkarlıq, şəxsi həyatın toxunulmazlığı prinsipinin kobud biçimdə pozulması, mənəvi terror öz işini gördü, Bəxtiyarın ictimai müdafiəsi axsadı, onun ictimai nüfuzu zərbə aldı. Hökumət beynəlxalq dairələrdə tanınan və yüksək səviyyədə qəbul edilən ictimai fəalın, hüquq müdafiəçisinin mövcudluğu ilə barışmadı . Bəllidir ki, Bəxtiyar həbsinədək hakimiyyətin repressiv siyasətinə qarşı məqsədyönlü və ardıcıl iş aparırdı. İşgəncələrdə rol alan polis zabiti Kərim Əlimərdanovun Maqnitski Aktı çərçivəsində sanksiya siyahısına düşməsində hüqüq müdafiəçisi kimi Bəxtiyar Hacıyevin əməyi vardı. Bu, Azərbaycan tarixində ilk təcrübə idi. Təsadüfi də deyil ki, həmin məlumat yayılar-yayılmaz Bəxtiyar saxlandı. Məhz bundan sonra dövlət başçısı İlham Əliyev Bəxtiyarın həbsinə dair sanksiya verdi. Eyni zamanda, Bəxtiyarın cinayət xarakteri daşımayan səhv və xətaları, vəziyyətin bu şəklə düşməsində məsuliyyəti vardımı? Var, özü də xeyli. Amma hazırda bu istiqamətdə detallara varmağı düzgün hesab etmirəm. Çünki o, hüquq siyasəti ilə qətiyyən barışmadığım hökumətin hər gün daha da sərtləşən repressiya maşınının girovluğundadır. Aşkar vicdan məhbusudur. Haqq etdiyi azadlığa qovuşsun, tənqidi qeyd və fikirlərimi birbaşa özünə demək imkanım olacaq və cəmiyyət də bundan xəbərdar olacaq.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Hadisə / Araşdırma

23-06-2023, 20:12

Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbiri daha bir ay uzadıldı

Gündəm / Sosial / Hadisə / Araşdırma

8-06-2023, 16:16

Vəkil: "Bəxtiyar Hacıyevin psixoloji yardıma ehtiyacı var"

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

1-05-2023, 21:24

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

28-04-2023, 21:06

Vəkil: "Həbsdə olan Bəxtiyar Hacıyev kəskin baş ağrılarından əziyyət çəkir"

Gündəm / Sosial / Müsahibə / Araşdırma

28-02-2023, 20:51

Vəkil Fəxrəddin Mehdiyev: “Bəxtiyar Hacıyevin saxlanma şəraiti sərtləşdirilib”

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

28-02-2023, 20:45

İctimai fəal Bəxtiyar Hacıyev 51 gün sonra aclığı dayandırdı

Gündəm / Sosial / Müsahibə / Araşdırma

15-02-2023, 23:51

38 gündür aclıq edən Bəxtiyar Hacıyev saxlanma şəraitindən şikayət edib

Gündəm / Sosial / Hadisə / Araşdırma

1-02-2023, 21:27

Bəxtiyar Hacıyevin anası ombudsmana müraciət etdi

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

31-01-2023, 17:06

İctimai fəal Bəxtiyar Hacıyev 23-cü gündür ki, Bakı aclıq edir

Gündəm / Sosial / Hadisə / Araşdırma

25-01-2023, 19:28

Vəkil: “Bəxtiyar Hacıyevin vəziyyəti getdikcə pisləşir”

Gündəm / Siyasət / Hadisə / Araşdırma

18-01-2023, 20:32

Xətai məhkəməsi Bəxtiyar Hacıyevi girov müqabilində azadlığa buraxmaqdan imtina edib

Gündəm / Siyasət / Sosial

9-01-2023, 15:17

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başladı

Son xəbərlər
  • Bugün, 12:51
    Azərbaycan xüsusi təyinatliları Paradda iştirak edib
  • Dün, 23:54
    Aİ ABŞ-a qarşı tarif zərbəsi hazırlayır
  • Dün, 23:39
    Şəkidə silsilə oğurluqlar edən şəxslər saxlanılıb
  • Dün, 22:41
    Amerikalı kardinal Roma Papası seçildi - Robert Frensis Prevo
  • Dün, 22:38
    Kansler ölkədə fövqəladə rejim tətbiqinə hazırlaşır
  • Dün, 19:42
    DTX və DSX birgə əməliyyat keçirdi – Saxlanılan var
  • Dün, 19:25
    Müsavat partiyasının qərargahında Tofiq Yaqubluya görə toplantı keçirilib
  • Dün, 19:21
    Həbs olunan hüquq müdafiəçisi Bəşir Süleymanlı: "Saxlanma şəraiti ilə bağlı problemlər yaranıb"
  • Dün, 19:12
    Vəkil Nazim Musayev: "Tofiq Yaqublunun vəziyyəti kritikdir"
  • Dün, 16:21
    AXCP üzvü Asam Əli 30 sutka inzibati həbs edilib
  • Dün, 16:15
    “Yoldaş Media” rəhbəri Əhməd Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi
  • Dün, 15:06
    Bir qrup ziyalı Tofiq Yaqubluyla bağlı İlham Əliyevə müraciət edib
  • Dün, 14:55
    Prezidentdən Arif Babayevlə bağlı Sərəncam imzalayıb
  • Dün, 14:51
    Beynəlxalq təşkilatların Azərbaycanda həbs olunan jurnalistlərə reaksiyaları və ya ayrı-ayrı jurnalistlərin tərcümeyi-halları
  • Dün, 11:56
    İlham Əliyev Rusiyadakı Qələbə Paradına getməyəcək
  • Dün, 10:41
    Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
  • Dün, 10:38
    Hindistan Pakistanla danışıqlara başladı – QARŞIDURMAYA SON QOYULUR?
  • Dün, 10:35
    Tanınmış aktyor Vahid Əliyevin səhhəti yenidən pisləşib.
  • 7-05-2025, 18:40
    Jurnalist Ülviyyə Əli Həbs Olundu: “MeydanTV işi” üzrə saxlanılanlar artır
  • 7-05-2025, 18:33
    Paşinyan: "Köçəryanın planı Meğrini Qarabağla dəyişmək olub"
  • 7-05-2025, 18:30
    Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb
  • 7-05-2025, 15:27
    “AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb
  • 7-05-2025, 13:37
    Fəxrəddin Mehdiyev: “Tofiq Yaqublu mənimlə vidalaşdı”
  • 6-05-2025, 22:05
    Fridrix Merz Almaniyanın yeni kansleri seçildi
  • 6-05-2025, 21:41
    ABŞ-da yaşan soydaşlarımız səfirliyimizin önündə aksiya keçiriblər
  • 6-05-2025, 21:28
    Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verildi
  • 6-05-2025, 17:10
    Məhkəmə Tofiq Yaqublunu yenə həbsdə saxladı
  • 6-05-2025, 16:58
    Prezident bir neçə məhkəmələrə sədrlər təyin edib
  • 6-05-2025, 16:55
    Azərbaycan və İran arasında akademik mübadilə razılaşması əldə olunub
  • 6-05-2025, 16:51
    AXCP sədrinin daha bir mühafizəçisi Kənan İsmayıl həbs edilib
  • 6-05-2025, 16:08
    Naxçıvanda ər arvadını bıçaqlayıb
  • 6-05-2025, 16:06
    Xaçmazda oğurluq edən şəxslər saxlanılıblar
  • 6-05-2025, 11:02
    BMT-nin Əhali Fondu Azərbaycandakı fəaliyyətini dayandırıb
  • 6-05-2025, 10:57
    Putin Hindistana səfər edəcək
  • 5-05-2025, 20:21
    Ərdoğanla Tramp arasında telefon danışığı – gündəmdə Ukrayna, İran və Qəzza var
Daha çox
Çox oxunanlar
3-05-2025, 01:44
Prokuror tədqiqatçı İqbal Əbilovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
3-05-2025, 01:55
Azərbaycan “Mətbuat azadlığı” indeksində 167-ci yerdə: Dünya sıralamasında son sıralarda
3-05-2025, 01:36
İsril hava qüvvələri Suriyanı bombalayır
3-05-2025, 02:04
Tofiq Yaqublu: “Artıq ölümə yaxınlaşıram” – Vəkilindən həyəcanlı açıqlama
4-05-2025, 01:39
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Patriarx Kirill ilə görüşüblər
4-05-2025, 01:45
“Meydan TV” əməkdaşlarının ictimaiyyətə müraciəti
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Dün, 19:25
Müsavat partiyasının qərargahında Tofiq Yaqubluya görə toplantı keçirilib
Dün, 19:21
Həbs olunan hüquq müdafiəçisi Bəşir Süleymanlı: "Saxlanma şəraiti ilə bağlı problemlər yaranıb"
Dün, 19:12
Vəkil Nazim Musayev: "Tofiq Yaqublunun vəziyyəti kritikdir"
Dün, 16:21
AXCP üzvü Asam Əli 30 sutka inzibati həbs edilib
Dün, 16:15
“Yoldaş Media” rəhbəri Əhməd Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi
Dün, 15:06
Bir qrup ziyalı Tofiq Yaqubluyla bağlı İlham Əliyevə müraciət edib
Sosial
Şəkidə silsilə oğurluqlar edən şəxslər saxlanılıb
Amerikalı kardinal Roma Papası seçildi - Robert Frensis Prevo
Həbs olunan hüquq müdafiəçisi Bəşir Süleymanlı: "Saxlanma şəraiti ilə bağlı problemlər yaranıb"
Vəkil Nazim Musayev: "Tofiq Yaqublunun vəziyyəti kritikdir"
AXCP üzvü Asam Əli 30 sutka inzibati həbs edilib
“Yoldaş Media” rəhbəri Əhməd Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə