USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Meydan TV” əməkdaşlarının ictimaiyyətə müraciəti

Gündəm / Siyasət / Hadisə / Araşdırma

4-05-2025, 01:45

 “Meydan TV” əməkdaşlarının ictimaiyyətə müraciəti
“Demokratiyanın təməli olan müstəqil mətbuatın yox edilməsi, jurnalistlərin kütləvi həbsi məhz Azərbaycan xalqına verilən “Sus” mesajıdır. Bu cinayət hamımıza qarşı işlənilir”.

Bu sözlər 3 May – Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində həbsdə olan “Meydan TV” əməkdaşlarının ictimaiyyətə ünvanladığı müraciətdəndir. Ötən ilin dekabrından “Meydan TV”nin Bakıdakı əməkdaşları qaçaqmalçılıq ittihamı ilə həbs edilib və 10 nəfərə qarşı cinayət işi açılıb. Hazırda istintaq təcridxanalarında saxlanılan jurnalistlər bu günü tikanlı məftillər arxasında qeyd etdiyini söyləyir və mətbuat azadlığı uğrunda cəmiyyəti səssiz qalmamağa çağırır.

“Məqsəd və missiyası xalqla iqtidar arasında körpü rolunu oynayan, hakimiyyəti təşviq, gizlinləri ifşa edən müstəqil medianın sıradan çıxarılması xalqla hakimiyyəti üz-üzə qoyub. Bu səbəbdən yerli mediaya qaz, yol kimi məişət problemlərini işıqlandırmaq icazəsi verilsə də, sosial ədalətsizlik, hüquq-mühafizə orqanlarında baş verən qanunsuzluqlar, məhkəmə sistemində yarıtmazlıq gözardı edilir. Baş verən haqsızlıqları “xalça altına ötürən” hökumət hələ anlamır ki, bir gün üfunət iyindən özü boğulacaq. Buna inanmayan və gücünə güvənən İlham Əliyev onu unudur ki, heç bir xof xalqın səsini batıra bilməz və müvəqqəti sükut heç də firavanlığın, razılığın göstəricisi deyil”.

“Meydan TV” əməkdaşları jurnalistlərin həbsi, xarici mediaların fəaliyyəti məhdudlaşdırıldıqdan sonra ölkənin “tezislərlə fəaliyyət göstərən cib mediasının” ümidinə qaldığını deyir.

“İstintaq materialları rahatlıqla dərc edilir”, deyə bəyanatda yazılıb.

“Bütün hüquqları əlindən alınan, görməzdən gəlinən Azərbaycan xalqı bilsin ki, həqiqəti göstərmək, iqtidarın korrupsiya cinayətlərini, qanunsuzluqlarını üzə çıxarmaq üçün həbsxanada dirənən jurnalistlər var”,- deyən “Meydan TV” əməkdaşları həbs olunmaqlarının səslərinin susdurulması ilə nəticələnməyəcəyini qeyd edib.
"Meydan TV"nin həbsdə olan jurnalistləri Beynəlxalq Mətbuat Azadlığı günü ilə bağlı çağırış edib.

“3 May Beynəlxalq Mətbuat Azadlığı günüdür. Biz bu günü tikanlı məftillər arxasında qeyd edir, qapalı kameralarımızdan ölkəmizə və beynəlxalq aləmə səslənirik: Varlığımızla, fəaliyyətimizlə bütün basqıcı rejimlərə meydan oxumağa davam edirik. Bizi həbsxanaya salıb susdurduğunu zənn edənlər, həbsxananın özgürləşdirici gücündən xəbərsizdir. Daha heç bir narahatlıq yoxdur, həbs edilmişik, səsimiz buradan daha gur çıxacaq, daha çox duyulacaq.
Bu gün ölkə hakimiyyətinin müstəqil mediaya illərlə davam edən basqısı nəhayət öz nəticəsini verib və Azərbaycanda bir azad media nümunəsi belə qalmayıb. Müstəqil jurnalistlər həbs olunub və xarici mediaların nümayəndəlikləri ləğv edilib. Nəticədə ölkədə Prezident Administrasiyasının tezisləri ilə fəaliyyət göstərən cib mediası qalıb. Vəziyyət o həddədir ki, jurnalistlərin məhkəmələrdən hazırladıqları materiallar DTX-nın əməkdaşının redaktəsindən sonra dərc edilir. “Baku TV”, “Real TV” kimi özünü xalqın mediası kimi qələmə verənlər ifşa və təhdid dilini seçir. Vətəndaş cəmiyyətinin təqib və həbs xəbərləri tərəf olaraq paylaşılır.

İstintaq materialları rahatlıqla dərc edilir. Bəli, artıq həmin medialar bariz formada hakimiyyətin silkələnən barmağı rolunu oynayır. Məqsəd və missiyası xalqla iqtidar arasında körpü rolunu oynayan, hakimiyyəti təşviq, gizlinləri ifşa edən müstəqil medianın sıradan çıxarılması xalqla hakimiyyəti üz-üzə qoyub. Bu səbəbdən yerli mediaya qaz, yol kimi məişət problemlərini işıqlandırmaq icazəsi verilsə də, sosial ədalətsizlik, hüquq-mühafizə orqanlarında baş verən qanunsuzluqlar, məhkəmə sistemində yarıtmazlıq gözardı edilir. Baş verən haqsızlıqları “xalça altına ötürən” hökumət hələ anlamır ki, bir gün üfunət iyindən özü boğulacaq. Buna inanmayan və gücünə güvənən İlham Əliyev onu unudur ki, heç bir xof xalqın səsini batıra bilməz və müvəqqəti sükut heç də firavanlığın, razılığın göstəricisi deyil. Demokratiyanın təməli olan müstəqil mətbuatın yox edilməsi, jurnalistlərin kütləvi həbsi, məhz Azərbaycan xalqına verilən “Sus” mesajıdır. Bu cinayət hamımıza qarşı işlənilir. Bütün hüquqları əlindən alınan, görməzdən gəlinən Azərbaycan xalqı bilsin ki, həqiqəti göstərmək, iqtidarın korrupsiya cinayətlərini, qanunsuzluqlarını üzə çıxarmaq üçün həbsxanada dirənən jurnalistlər var!

Biz ifadə azadlığını qəsb edənlərin məhbusları, beynəlxalq təşkilatlara, söz azadlığının keşiyində duranlara çağırış edirik! Müharibələrlə çalxalanan dünyada ifadə azadlığının boğulmasını gözardı etməyin. Əks halda diktatorların əzdiyi cəmiyyətlərin dairəsi genişlənəcək! Biz – İstintaq Təcridxanasının az qala hər “qarmoşka”sından boylanan jurnalistlər haqqımız olan azadlığımızı tələb edirik!”.

Aynur Elgünəş (Qənbərova)
Şəmşad Ağa
Ramin Deko (Cəbrayılzadə)
Natiq Cavadlı
Ülvi Tahirov
Aytac Tapdıq (Əhmədova)
Xəyalə Ağayeva
Aysel Umudova
Fatimə Mövlamlı
Nurlan Libre (Qəhrəmanlı)

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

3-05-2025, 19:10

Telefonlarına Zəng Çatmayan Jurnalistlərdən Oxuculara Müraciət: “Bir gün o telefonlar açılacaq”

Gündəm / Siyasət / Sosial / Araşdırma

3-05-2025, 19:02

3 May – Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd olunur

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2025, 12:32

Avropa Şurası ölkələri arasında Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə ikinci yerdədir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2025, 12:02

Məhkəmə Fatimə Mövlamlını həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-03-2025, 10:51

CPJ Nurlan Libre və Fatimə Mövlamlının həbsini pisləyən bəyanat yayıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

28-02-2025, 21:19

Daha bir jurnalist Fatimə Mövlamlı saxlanılıb

Gündəm / Sosial / Hadisə / Araşdırma

4-05-2024, 08:57

Mətbuat Azadlığı Günündə Co Bayden həbsdə olan bütün jurnalistlərin dərhal azad olunmasına çağırıb

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

9-03-2024, 13:39

Amnesty İnternational: “Hakimiyyət müstəqil mediyanı hədəfə almağı dayandırmalıdır”

Son xəbərlər
  • Bugün, 00:53
    Tramp: “İranda yeni liderlik axtarmağın vaxtıdır”
  • Dün, 21:58
    Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
  • Dün, 18:20
    Fərid İsmayılovun həbsindən bir il ötür
  • Dün, 18:20
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • Dün, 15:07
    Minimum əmək haqqı anlayışı dəyişdirildi
  • Dün, 14:55
    Tovuzda kişi su kanalında boğularaq ölüb
  • Dün, 14:53
    Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb
  • Dün, 14:38
    Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
  • 16-01-2026, 14:50
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 16-01-2026, 14:42
    Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
  • 16-01-2026, 14:40
    İran molla rejimi etirazlarda ölənlərin meyitlərini ailələrinə pulla verir – BBC
  • 15-01-2026, 17:22
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • 15-01-2026, 17:19
    Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
  • 15-01-2026, 17:14
    Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
  • 15-01-2026, 13:56
    Narkotik satan iki nəfər saxlanılıb
  • 15-01-2026, 13:53
    Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
  • 15-01-2026, 02:53
    İran hava sahəsini bağladı
  • 14-01-2026, 21:52
    Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
  • 14-01-2026, 20:26
    Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
  • 14-01-2026, 15:05
    Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
  • 14-01-2026, 14:39
    İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
  • 13-01-2026, 22:40
    Tərtər sakinləri üçün pulsuz hüquqi məsləhət keçiriləcək
  • 13-01-2026, 22:40
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • 13-01-2026, 15:05
    Beyin idmanı: Mütaliə vərdişi intellektual səviyyəni necə dəyişir?
  • 12-01-2026, 23:51
    İran prezidenti etirazlara qarşı təşkil olunan hökumətyönlü mitinqdə iştirak edib
  • 12-01-2026, 23:49
    İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi
  • 12-01-2026, 21:37
    SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
  • 12-01-2026, 17:59
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • 12-01-2026, 17:57
    Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib
  • 12-01-2026, 15:58
    Fələstinli yazıçı: “Öz xalqını öldürən hökumət mənim xalqımı azad edə bilməz”
  • 12-01-2026, 15:56
    Ölkəyə qanunsuz qızıl külçələr gətirmək istəyən şəxs saxlanılıb
  • 12-01-2026, 15:53
    Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb
  • 12-01-2026, 15:52
    Gəncədə peşə məktəbinin tələbəsi dünyasını dəyişib
  • 12-01-2026, 15:50
    Bakıda iki narkokuryer saxlanılıb
  • 12-01-2026, 15:48
    BMT İranla bağlı təcili iclas çağırıb
Daha çox
Çox oxunanlar
11-01-2026, 16:29
Beyləqanda azyaşlıya qarşı cinsi zorakılıq — 5 nəfər saxlanıldı
11-01-2026, 16:40
İranın Milandakı konsulluğunun lövhəsi söküldü
11-01-2026, 16:38
İran parlamentinin sədrindən ABŞ-yə sərt xəbərdarlıq
11-01-2026, 16:25
İranın Londondakı səfirliyində bayraq dəyişdirildi
12-01-2026, 15:48
BMT İranla bağlı təcili iclas çağırıb
12-01-2026, 15:50
Bakıda iki narkokuryer saxlanılıb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 18:20
Fərid İsmayılovun həbsindən bir il ötür
Dün, 14:38
Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
Sosial
Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
Beyin idmanı: Mütaliə vərdişi intellektual səviyyəni necə dəyişir?
İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi
Bakıda iki narkokuryer saxlanılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə