USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bu gün Müsavat partiyasının qərargahında 38 gündür ki, aclıq edən Tofiq Yaqublunun səhhətində yaranmış kritik duruma görə narahat olan ictimaiyyət nümayəndələrinin toplantısı keçirildi. Çıxış edənlər Tofiq bəyin həyatı üçün yaranmış təhlükəyə görə narahatlıqlarını bildirdilər və xalqa müraciət edərək hamılıqla Tofiq bəyi ölümdən qurtarmaq üçün ona dəstək olmağa çağırdılar.
Toplantıdan sonra Müsavat başqanının otağında AXCP və Müsavat rəhbərliyinin, eləcə də Yaqublular ailəsinin iştirakı ilə müdafiə işinin təşkili ilə bağlı müzakirələr aparıldı.
Daha sonra isə Tofiq bəyə görə aclıq edənlərə baş çəkildi.