USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Apellyasiya Məhkəməsi bu gün “Meydan” TV-nin jurnalistlərini həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

13-12-2024, 19:04


Apellyasiya Məhkəməsi bu gün “Meydan” TV-nin jurnalistlərini həbsdə saxlayıb
Cümə günü Bakı Apellyasiya Məhkəməsində “Meydan” TV jurnalistlərinin həbsindən şikayətlərə baxılıb.

Belə ki, jurnalist Xəyalə Ağayevanın vəkili Nazim Musayev məhkəmədən həbs qərarının ləğv edilməsini və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib. Ağayevanın "qaçaqmalçılıqda" əli olmasına dair heç bir ilkin sübut yoxdur.

Vəkil istintaqın nümayəndəsindən - Bakı Polis İdarəsindən - soruşub ki, Ağayevanın gömrük sərhədindən xarici valyutanı daşıdığına dair sübutlar varmı, yoxsa bunu gömrükdə yan keçməklə gizli yolla edib? Vəkilin sözlərinə görə, polis nümayəndəsi mənfi cavab verib.

"Belə olduğu halda mən soruşdum ki, Xəyalə Ağayevanı hansı əsasla həbs edilbər? O cavab verdi ki," fərziyyələr" var və istintaq zamanı Ağayevanın "qaçaqmalçılıqda" əli olduğunu "sübut edəcəklər".

Hakim də soruşub ki, Ağayevaya qarşı konkret sübutlar varmı? "Lakin polis nümayəndəsi mahiyyəti üzrə cavab vermək əvəzinə dedi ki, "bu qədər pul" aşkar edilib... Ancaq bunun Agaeva ilə nə əlaqəsinin olduğunu izah etmədi. Bunun əvəzinə dedi ki, "Hələlik yoxdur, amma biz bunu sübut edəcəyik", - vəkil deyib.

Polis nümayəndəsi “İstintaqda Ağayevanın “Meydan” TV-nin maliyyə məsələlərinə bağlılığı barədə hər hansı məlumat varmı?” sualına da mənfi cavab verib

Lakin məhkəmə şikayəti və qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib.

Bu gün Apellyasiya Məhkəməsində “Meydan” TV-nin digər əməkdaşı Aytac Tapdığın da həbsindən şikayətə baxılıb.

Vəkil Cavad Cavadov bildirib ki, müdafiə tərəfi jurnalistin həbsinin qanunsuz olduğunu, onunla bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğunu göstərib. Lakin məhkəmə Tapdıgın həbsi barədə qərarı qüvvədə saxlayıb.

Həmçinin Apellyasiya Məhkəməsi jurnalist Ramin Dekonun həbsindən şikayəti təmin etməyib, onun vəkili Nemət Kərimli bildirib. Onun sözlərinə görə, jurnalistə qarşı cinayət təqibi əsassızdır. Dekonun saxlanma şəraitindən şikayəti olmasa da, bu gün məhkəmədə konvoy onun vəkillə məxfi ünsiyyətinə mane olub. Bundan əlavə, Dekoya vəkillə yazışmağı qadağan ediblər.

Bu gün Apellyasiya Məhkəməsi media eksperti Ülvi Tahirovun həbsi barədə qərarı qüvvədə saxlayıb, onun vəkili Bəhruz Bayramov bildirib.

Apellyasiya instansiyası jurnalist Natiq Cavadlının da şikayətini təmin etməyib, onun vəkili Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, şikayətdə qeyd olunub ki, birinci instansiya məhkəməsi Cavadlıya qarşı şübhələrin əsaslı olduğunu, onun həbsinə əsasın olduğunu araşdırmayıb.

Cavadlı özü deyib ki, 33 ildir jurnalistika ilə məşğuldur və heç vaxt qanunları və peşə etikasını pozmayıb. "Əgər mən cinayətkar olsaydım, deputatlar, məmurlar niyə mənə şərhlər və müsahibələr veriblər", - Cavadlı deyib və qeyd edib ki, jurnalist fəaliyyətinə görə beynəlxalq mükafata layiq görülüb.

Apellyasiya Məhkəməsi Aynur Elgüneşi də həbsdə saxlayıb, vəkil Elçin Sadıqov deyib. "Azərbaycan yeganə ölkədir ki, araşdırma jurnalistikası cinayət sayılır", - məhkəmə zamanı Elgüneş bildirib.

Ötən gün Apellyasiya Məhkəməsi “Meydan” TV-nin daha bir jurnalisti Aysel Umudovanı həbsdə saxlayıb.

*Oktyabrın 6-da “Meydan” TV-nin 5 əməkdaşı və digər medianın iki nümayəndəsi "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb.

Dekabrın 8-də məhkəmə onları 4 ay müddətinə həbs edib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

19-11-2024, 13:07

Apellyasiya Məhkəməsi yenə də Fərid Mehralızadəni həbsdə saxladı

Gündəm / Siyasət / Hadisə / Araşdırma

28-10-2024, 15:07

Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalını yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

2-07-2024, 17:59

Apellyasiya Məhkəməsi kanal 13-ün baş redaktoru, jurnalist Əziz Orucovu yenə də həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Araşdırma

7-06-2024, 02:40

Məhkəmə Fərid Mehralızadənin həbsindən verilmiş apellyasiya şikayətini təmin etmədi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-05-2024, 22:50

Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanı yenə həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-03-2024, 19:24

Məhkəmə Toplum TV-nin jurnalistlərini və Demokratik Təşəbbüslər İnstitutunun üzvlərini həbsdə

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-01-2024, 17:49

Apellyasiya Məhkəməsi xanım jurnalist Elnarə Qasımovanı həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-01-2024, 11:59

Apellyasiya Məhkəməsi bu dəfə də Sevinc Vaqifqızını həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

21-12-2023, 11:10

Apellyasiya Məhkəməsi Hafiz Babalını həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-12-2023, 11:43

Bu gün Apellyasiya Məhkəməsi Hafiz Babalının üç şikayətinə baxacaq

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

11-12-2023, 21:43

Apellyasiya Məhkəməsi Nərgiz Absalamovanı həbsdə saxlayıb

Sosial

10-08-2021, 11:55

Eldəniz Səlimov apellyasiya şikayəti verdi

Son xəbərlər
  • Dün, 19:58
    Azərbaycanlı müğənni Meksika-ABŞ sərhədində öldürülüb
  • Dün, 17:09
    Emin Ağalarovun Çarvak sahilində “Sea Breeze” layihəsi Özbəkistanda narazılıq doğurub
  • Dün, 17:05
    Sevinc Vaqifqızı doğum gününü həbsdə qeyd edir — RSF azadlıq çağırışı etdi
  • Dün, 16:59
    Erdoğandan Azərbaycan-Rusiya gərginliyinə çağırış: “Təmkinli olmaq lazımdır”
  • Dün, 14:55
    Ukraynanın qatı tərəfdarı olan ABŞ generalı NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı təyin olunub
  • Dün, 14:52
    Xaçmazda Aşura günü könüllü qanvermə aksiyası keçirilib
  • Dün, 14:50
    Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında növbəti məzun buraxılışı olub
  • Dün, 14:46
    Danışan şəkil
  • Dün, 14:43
    Günün fotosu
  • Dün, 14:42
    CHP Bələdiyyələrinə Qarşı Əməliyyatlar Genişlənir: Daha Üç Böyükşəhər Bələdiyyə Başçısı Saxlanılıb
  • Dün, 14:29
    Moskva vilayətindəki Azərbaycan diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edildi
  • Dün, 14:26
    “Abzas Media” əməkdaşları aclıq aksiyasını dayandırıb
  • Dün, 14:22
    Aşura günü ilə bağlı ölkə üzrə qanvermə aksiyası keçirilir
  • Dün, 13:22
    ​“AzerGold” qiymətli metalların yerli və xarici bazarlarda satışını uğurla davam etdirir
  • 4-07-2025, 19:17
    “Təhlükədə olan alimlər” təşkilatı Azərbaycan hökumətini tənqidçi alimləri azad etməyə çağırdı
  • 4-07-2025, 19:08
    Aqil Abbas Milli Məclisdə polis əməkdaşlarının maaşlarının artmasını istəyib
  • 4-07-2025, 19:02
    Natiq Cavadlının apellyasiya şikayəti təmin edilmədi
  • 4-07-2025, 18:22
    Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 4-07-2025, 18:20
    Astarada ağacdan yıxılan 55 yaşlı kişi həyatını itirib
  • 4-07-2025, 18:18
    Ərdoğan və Pezeşkian Xankəndidə görüşüblər
  • 4-07-2025, 18:17
    Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
  • 4-07-2025, 18:15
    Ukraynanın keçmiş müdafiə naziri axtarışa verilib
  • 4-07-2025, 16:27
    “AzerGold” QSC-nin daha bir sosial layihəsi uğurla icra edilib
  • 4-07-2025, 13:22
    Milli Məclis Səudiyyə Ərəbistanı ilə iki sazişi ratifikasiya edib
  • 4-07-2025, 13:19
    Bakıda marketdən oğurluq edənlər saxlanılıb
  • 4-07-2025, 13:17
    Prokuror İmamoğluna 8 il 9 ay həbs və siyasi qadağa tələb edib
  • 4-07-2025, 13:14
    Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
  • 4-07-2025, 13:12
    Ərdoğan Qarabağda – Türkiyə Prezidenti Azərbaycana səfər edib
  • 3-07-2025, 22:41
    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasına baş çəkiblər
  • 3-07-2025, 22:35
    İmişlidə etiraz edən sakinlərə hökm oxundu: Onlarla nəfərə azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzası verilib
  • 3-07-2025, 21:55
    “Amnesty International” Azərbaycan və Rusiyada İnsan Hüquqlarının Pozulmasını Pislədi
  • 3-07-2025, 21:16
    Prezident İlham Əliyev və bir sıra ölkə liderləri Ağdamda Qarabağ atlarının Zəfər şousunu izləyiblər
  • 3-07-2025, 21:10
    “AbzasMedia”nın həbsdə olan qadın jurnalistləri də aclıq aksiyasına başladıqları bildirilir
  • 3-07-2025, 21:06
    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
  • 3-07-2025, 21:04
    Dövlət İmtahan Mərkəzinin xalis mənfəəti kəskin azalıb
Daha çox
Çox oxunanlar
29-06-2025, 13:17
Rusiyanın Azərbaycanda keçirəcəyi mədəniyyət tədbirləri ləğv edildi
29-06-2025, 13:39
OMON 5 azərbaycanlını qətlə yetirib
29-06-2025, 22:38
Xocəsəndə qadın 8-ci mərtəbədən yıxılaraq həyatını itirib
29-06-2025, 13:21
Rusiyada azərbaycanlılara qarşı təzyiqlər artır – Bakı bu vəziyyətə hazırdırmı?
29-06-2025, 13:23
Yekaterinburqda saxlanılan azərbaycanlı Məzahir Səfərovun məhkəməsi keçirilib
29-06-2025, 13:27
Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında bilavasitə prezident Putin durur
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Dün, 17:09
Emin Ağalarovun Çarvak sahilində “Sea Breeze” layihəsi Özbəkistanda narazılıq doğurub
Dün, 17:05
Sevinc Vaqifqızı doğum gününü həbsdə qeyd edir — RSF azadlıq çağırışı etdi
Dün, 14:42
CHP Bələdiyyələrinə Qarşı Əməliyyatlar Genişlənir: Daha Üç Böyükşəhər Bələdiyyə Başçısı Saxlanılıb
Dün, 14:26
“Abzas Media” əməkdaşları aclıq aksiyasını dayandırıb
4-07-2025, 19:17
“Təhlükədə olan alimlər” təşkilatı Azərbaycan hökumətini tənqidçi alimləri azad etməyə çağırdı
4-07-2025, 19:08
Aqil Abbas Milli Məclisdə polis əməkdaşlarının maaşlarının artmasını istəyib
Sosial
Sevinc Vaqifqızı doğum gününü həbsdə qeyd edir — RSF azadlıq çağırışı etdi
Xaçmazda Aşura günü könüllü qanvermə aksiyası keçirilib
“Abzas Media” əməkdaşları aclıq aksiyasını dayandırıb
Aşura günü ilə bağlı ölkə üzrə qanvermə aksiyası keçirilir
Aqil Abbas Milli Məclisdə polis əməkdaşlarının maaşlarının artmasını istəyib
Natiq Cavadlının apellyasiya şikayəti təmin edilmədi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə