USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Bəxtiyar Hacıyevin səhhəti ağırlaşır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

27-12-2022, 08:06

Bəxtiyar Hacıyevin səhhəti ağırlaşır


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 12 gündür aclığı davam etdirir.

Dekabrın 26-da vəkil Şəhla Hümbətova 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə deyib ki, Hacıyev 12 gündür aclığı davam etdirir.

“Bəxtiyar Hacıyevin səhhəti pisdir, zəifdir. O dedi ki, başı gicəllənir, müvazinətini itirir. Zəif görünürdü.”

Vəkilin sözlərinə görə, həkim nəzarəti var.

“Həkim hər səhər qan təzyiqini ölçür, qan analizi götürür. Çəkisini çəkir. Bəzən axşamlar da müayinə edir. Çəkisi 6,5 kiloqram azalıb. Təcridxanaya daxil olanda çəkisi 84,5 kiloqram olub, bu gün səhər 78 kiloqram olub. Qan təzyiqi 90/60, nəbzi 78-dir”.

Bəxtiyar Hacıyevin səhhəti ağırlaşır

Hümbətova deyib ki, Bəxtiyar Hacıyev həbsinə daha sərt reaksiyalar gözləyir.

“O dedi ki, özünə qarşı qanunsuzluqlara, özbaşınalığa yerli cəmiyyətdən, beynəlxalq təşkilatlardan, Azərbaycandakı səfirliklərdən daha sərt reaksiyalar gözləyir. Amma mən belə başa düşdüm ki, bu hələ baş vermir. REAL TV-də Mirşahinin verilişində həm Bəxtiyar Hacıyev, həm də onu müdafiə edənlər barədə xoşagəlməz ifadələr səsləndirilib. Hacıyev dedi ki, belə görünür ki, hakimiyyətin onu azad etmək fikri yoxdur. Yəni özbaşınalığı, qanunsuzluğu dayandırmaq fikri yoxdur. Elə isə hər an quru aclığa başlaya bilər. İndi o, qida qəbul etmir, amma su içir. Dedi ki, əgər hökumət elədiyindən dönmürsə o da hər an quru aclığa keçə bilər və sonadək davam edə bilər. Mən ona dostlarının, tanışlarının, narahat olanların aclığı dayandırmaq barədə xahişini çatdırdım. O qəti olaraq imtina etdi və dedi ki, sona qədər aclığı davam etdirəcək. Belə gedərsə quru aclığa başlayacaq və onun üçün başqa yol yoxdur,” vəkil Amerikanın Səsinə müsahibəsində deyib.

Öz növbəsində, Penitensiar Xidmətin İctmiayyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev həkim nəzarəti altındadır, səhhəti normaldır.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 12gündür aksiyanı davam etdirir.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Appelyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.

Amerikanın səsi

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

26-12-2022, 20:45

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi hesabları ələ keçirilib

Gündəm / Siyasət

22-12-2022, 13:29

Hüquq müdafiəçiləri ABŞ səfirliyində rəsmilərlə görüşüb

Gündəm / Sosial / Hadisə

20-12-2022, 20:25

Xəzər rayon məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı "müdafiə komitəsinin" vəsadətinii təmin etmədi

Gündəm / Hadisə

20-12-2022, 17:44

İctimai fəal Bəxtiyar Hacıyev 6 gündür aclıq edir

Gündəm / Sosial / Hadisə

17-12-2022, 19:27

Bəxtiyar Hacıyev barəsində çıxarılan məhkəmə hökmünə etiraz olaraq 3-cü gündür aclıq edir

Gündəm / Sosial / Hadisə / Araşdırma

15-12-2022, 17:11

Apelyasiya məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin vəsadətini təmin etmədi

Gündəm / Siyasət

14-12-2022, 23:26

Bəxtiyar Hacıyevin 15 dekabr saat 15:00 da Apellyasiya Məhkəməsi keçiriləcək

Gündəm / Siyasət / Sosial

10-12-2022, 15:18

Hüquq müdafiəsi komitəsi ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı toplantı keçirir

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

9-12-2022, 22:24

İctimai fəal Bəxtiyar Hacıyev şərlənərək cinayət məsuliyyətinə cəlb olundu

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

9-03-2022, 22:11

Siyasi və ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanıldı.

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

19-10-2021, 00:47

Ictimai-siyasi fəal Bəxtiyar Hacıyev özünü PA qarşısında yandırmağa cəhd etdi

Sosial

29-07-2021, 11:34

Hafiz Hacıyevin səhhəti ağırlaşdı

Son xəbərlər
  • Bugün, 02:42
    Baş Prokurorluq Qənimət Zahidi Bakıya çağırdı
  • Bugün, 02:09
    Adnan Əhmədzadənin həbsi barədə məlumat yayıldı
  • Dün, 23:42
    Əli Kərimli: “Xaricə buraxılmama qərarını İlham Əliyev verib”
  • Dün, 23:29
    Həqiqətləri danışan jurnalist Səidə Bəkirqızı təzyiqlərlə üzləşir
  • Dün, 23:23
    Rejim Əli Kərimlinin səsini boğmaq üçün nələr etməyib
  • Dün, 23:19
    Ruben Vardanyan məhkəmədə Paşinyan və beynəlxalq nümayəndələrin dindirilməsini istəyib
  • Dün, 23:16
    Qürurla xatırladığımız tarixi gün: Azərbaycan suverenliyinin tam bərpasından 2 il ötür
  • Dün, 23:11
    Ermənistan MTX direktoru Bakıya gəlir
  • Dün, 23:07
    “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı: “İttihamlar ağ yalandır, həbsdəyik çünki jurnalistikayla məşğuluq”
  • Dün, 23:03
    Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum
  • Dün, 22:56
    Əli Kərimli daha bir beynəlxalq tədbirə dəvət edilib
  • Dün, 22:52
    Prezident Mirziyoyev: Özbəkistan 2030-cu ilə qədər yoxsulluğu aradan qaldırmağa qadirdir
  • Dün, 18:06
    “AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib
  • Dün, 08:12
    NİDA üzvü siyasi baxışına görə işə götürülmədiyini deyir
  • 18-09-2025, 18:26
    Jurnalist Şəmşad Ağa müalicə müəssisəsinə köçürülüb
  • 18-09-2025, 17:21
    Ali Məhkəmə Bakıda yolu bağlayan TIR sürücüsünün şikayətini təmin etməyib
  • 18-09-2025, 17:11
    Qırğızıstanda iki jurnalist 5 il müddətinə həbs olunub
  • 18-09-2025, 15:51
    Almaniya kansleri Merts: “Menzil məhdudiyyəti olmayacaq”
  • 17-09-2025, 20:43
    Navalnının zəhərlənmə nəticəsində öldüyü təsdiqləndi
  • 17-09-2025, 20:40
    Dövlət büdcəsini talayan rejimin 1 elektrik avtobusu 544 min manata alıb
  • 17-09-2025, 18:41
    Zəngin Neft Ölkəsində Yoxsul Vətəndaşlar – Azərbaycanda Sosial Bərabərsizlik Artır
  • 17-09-2025, 18:10
    SOCAR Türkiyədə 7 milyard dollarlıq yeni sərmayə planlaşdırır
  • 17-09-2025, 18:04
    Məhkəmə “Abzas Media” jurnalistlərinin şikayətlərini rədd edib
  • 17-09-2025, 17:24
    UEFA “Qarabağ” futbolçusunu mükafatlandırdı
  • 17-09-2025, 15:40
    Fazil Qasımov: “Mənə qarşı sui-qəsd olub, hələ də hədə-qorxu gəlirlər”
  • 17-09-2025, 14:38
    Xaçmazda 16 yaşlı gənci elektrik cərəyanı vurdu
  • 17-09-2025, 14:32
    Elnarə Qasımova yazır: Təcridxanada “ölü canlar”: Təsərrüfat işçisi kimi qeydiyyata alınmadan pulsuz işlədilən xeyli dustaq var
  • 17-09-2025, 14:29
    Belarusda 25 nəfər daha əfv edilib
  • 17-09-2025, 14:27
    Azərbaycan hərbi büdcəni artırır
  • 17-09-2025, 14:25
    “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin həbs müddəti uzadılıb
  • 17-09-2025, 14:22
    “Amnesty International” azərbaycanlı tədqiqatçıların azadlığı üçün kampaniyaya başlayıb
  • 17-09-2025, 14:17
    Mağaza və avtomobildən oğurluq edən şəxslər tutuldu
  • 17-09-2025, 14:15
    İsrail Qəzzada uşaq xəstəxanasını vurub
  • 17-09-2025, 14:14
    “Bakı Kart”ın rəhbəri dəyişdi
  • 17-09-2025, 12:22
    Azərbaycan UEFA reytinqində irəlilədi
Daha çox
Çox oxunanlar
17-09-2025, 00:58
“Qarabağ” “Benfika”nı məğlub etdi
15-09-2025, 09:05
Türkiyədə müxalifətin kütləvi etirazı: On minlərlə insan Ərdoğanın istefasını tələb etdi
15-09-2025, 16:34
“See Breeze”də dava: İsa Əzizov yenidən həbs olundu
16-09-2025, 15:31
Cəlilabadda fəal sahibkar Elşad Təhməzov həbs edilib – yaxınları siyasi sifariş olduğunu deyir
17-09-2025, 10:18
Gecənin yekunları
15-09-2025, 12:49
Ruslan İzzətli oğluna məktub yazdı: “Nə sənin getdiyin yerdə təhsil, nə də mənim getdiyim yerdə ədalət var”
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
3-01-2025, 00:53
Prezidentin əmisi qızı narkotik ittihamı ilə saxlanılıb
Araşdırma
Bugün, 02:42
Baş Prokurorluq Qənimət Zahidi Bakıya çağırdı
Dün, 23:42
Əli Kərimli: “Xaricə buraxılmama qərarını İlham Əliyev verib”
Dün, 23:29
Həqiqətləri danışan jurnalist Səidə Bəkirqızı təzyiqlərlə üzləşir
Dün, 23:23
Rejim Əli Kərimlinin səsini boğmaq üçün nələr etməyib
Dün, 23:07
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı: “İttihamlar ağ yalandır, həbsdəyik çünki jurnalistikayla məşğuluq”
Dün, 08:12
NİDA üzvü siyasi baxışına görə işə götürülmədiyini deyir
Sosial
Həqiqətləri danışan jurnalist Səidə Bəkirqızı təzyiqlərlə üzləşir
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı: “İttihamlar ağ yalandır, həbsdəyik çünki jurnalistikayla məşğuluq”
“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib
Navalnının zəhərlənmə nəticəsində öldüyü təsdiqləndi
Zəngin Neft Ölkəsində Yoxsul Vətəndaşlar – Azərbaycanda Sosial Bərabərsizlik Artır
Belarusda 25 nəfər daha əfv edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə