Bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda 11 yanvar 2023-cü ildə prezidentin imzaladığı "Siyasi partiyalar haqqında" yeni Qanunun 4.7-ci maddəsində nəzərdə tutulan "Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol vermir." tələbi müzakirə olunub, ondan irəli gələn fəaliyyətlər və görüləsi işlər planıaşdırılıb. Qərara alınıb ki, Qanunun bu maddəsinin vətəndaşların hüquq və bərabərliyinin pozulmasına, siyasi fəaliyyət imkanlarının məhdudlaşdırılmasna, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü (Ayrı-seçkiliyin qadağan olunması), Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) III və IV bəndlərinin, 58-ci maddəsinin (Birləşmək hüququ) II bəndinin, 71-ci maddəsinin (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) II, IV. V bəndlərinin tələblərinə, həmçinin bu Qanunun 3.5-ci maddəsinin (Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir) tələbinə zidd olmasına dair yerli və beynəlalq ictimaiyyət məlumandırılsın və onun ləğvinə nail olunsun. Bununla yanaşı, İdarə Heyəti üzvləri Ali Məcslinin çağırılması barədə fikir mübadiləsi aparıb və razılaşıblar ki, ADR Partiyasının Ədliyyə Nazirliyinə qeydiyyat üçün etdiyi 5-ci müraciətin cavabından sonra bu barədə yekun qərar verilsin.
Sonda İdarə Heyəti üzvləri 20 yanvar günü saat 1-də 20 saylı məktəbin qarşısındakı bağda yığışıb Şəhidlər Xiyabanını ziyarət etməyə qərar veriblər.