USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İqtidar-müxalifət siyasi dialoqu çərçivəsində növbəti görüş Azərbaycan Naminə Alyans Partiyasının sədri ilə keçirilib

Siyasət

17-05-2022, 15:51

İqtidar-müxalifət siyasi dialoqu çərçivəsində növbəti görüş Azərbaycan Naminə Alyans Partiyasının sədri ilə keçirilibİqtidar-müxalifət siyasi dialoqu çərçivəsində növbəti görüş Azərbaycan Naminə Alyans Partiyasının sədri ilə keçirilibMayın 17-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə son illər ölkədə aparılan məqsədyönlü islahatlar, bu islahatların ölkəmizin güclənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına müsbət təsirləri, genişmiqyaslı islahatların məntiqi davamının yeni siyasi konfiqurasiyanın formalaşmasında özünü göstərməsi və nəticədə iqtidar-müxalifət siyasi dialoqunun dərinləşməsi prosesinin davam etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan və ölkəmizdə fəaliyyət göstərən bütün əksər siyasi güclərin cəlb olunduğu siyasi dialoq prosesinin əhəmiyyəti haqqında danışan şöbə müdiri Ədalət Vəliyev qeyd edib ki, bu proses ali siyasi iradənin ifadəsidir və bu prosesin davamlı olması dövlətçiliyimizin möhkəmlənməsi baxımından çox önəmlidir.

Şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra işğaldan azad edilmiş torpaqların yenidən qurulması, postpandemiya dövründə ölkəmizin iqtisadi gücünün artırılması, əhalinin sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində atılan addımların müsbət nəticələri, ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə tədbirləri barədə danışıb və bu çoxşaxəli proseslərdə siyasi dialoq çərçivəsində müxalifət partiyalarının iştirak etmək istəklərini yüksək dəyərləndirib.

Görüş zamanı Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Vətən müharibəsi Zəfəri və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən uğurlu xarici siyasətin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə böyük töhfə verdiyini, haqlı mübarizədə dünya dövlətlərinin ölkəmizi dəstəklədiyini vurğulayıb və bunun Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin əsas səbəbi olduğunu bildirib. Ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu, həmçinin siyasi dialoqun dövlətçilik, milli birlik üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Abutalıb Səmədov bu istiqamətdə rəhbərlik etdiyi partiyanın ümumi işə daim dəstək vermək istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.

Tərəflər siyasi dialoq prosesi çərçivəsində gündən-günə inkişaf edən və davamlı şəkil alan əməkdaşlığın qısa zamanda müsbət nəticələr verdiyini, bunun gələcəkdə ölkəmizə qarşı baş verə biləcək xarici təhdidlərin aradan qaldırılması üçün xalqımızın birliyini simvolizə edəcəyinə əminlik ifadə edib.

Sonda Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ölkədə aparılan siyasi dialoq prosesinin inkişafına xidmət edən görüşə dəvət edildiyi üçün öz təşəkkürünü bildirib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-05-2022, 12:15

Bakının mərkəzində müxalifət liderləri, ictimai fəallar, vətəndaş cəmiyyətinin fəallarının iştirakı ilə aksiya keçiriləcək

Siyasət

11-04-2022, 22:00

18 ilin böyük tarixi uğurları

Siyasət

24-12-2021, 23:00

DSX zabitləri VİP partiyasının sədri Əli Əliyevi məhkəməyə verdi.

Siyasət

24-12-2021, 13:45

Müxalifət partiyaların liderləri Prezident İlham Əliyevi təbrik edib

Siyasət

6-09-2021, 13:04

Fuad Əliyev Mustafa Kamal Bəyazbayramla görüşüb

Siyasət

27-07-2021, 13:19

"Bakı Bəyannaməsi" regionun siyasi palitrasını dəyişəcək

Siyasət / Sosial

11-03-2021, 09:41

Pensiya və maaşların 50 faiz artırılması təklif olunur

Siyasət

25-02-2021, 16:35

Partiyalar arasında görüş zərurətə çevrilib - Partiya sədri yazır

Siyasət

11-07-2020, 14:14

Prezident Administrasiyasındakı BÖYÜK UĞUR... - və ya kadrlar hər şeyi həll edir

Siyasət

11-05-2020, 15:34

Rəsmən 59 oldular - SİYAHI

Siyasət

11-03-2020, 14:21

İlham Əliyev Prezident Administrasiyasına görüşə getməyən "dərnək lideri" haqda

Siyasət

29-02-2020, 13:52

Prezident Administrasiyasında İlqar Məmmədovla görüş keçirilib - "Ümid edək ki..."

Son xəbərlər
  • Bugün, 19:25
    MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
  • Bugün, 19:24
    Daxili qoşunların komandanının təyinatı Prezidentin səlahiyyətinə verildi
  • Bugün, 00:14
    Daxili qoşunların komandanının təyinatı Prezidentin səlahiyyətinə verildi
  • Bugün, 00:09
    Mnatsakanyan ibtidai istintaqda verdiyi ifadələrdən imtina etdi
  • Bugün, 00:06
    Həbsdə ölən sabiq icra başçısının oğluna yeni vəzifə verildi
  • Bugün, 00:04
    Ramzan Kadırov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
  • Dün, 23:59
    DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadılıb
  • Dün, 16:09
    Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kiloqramdan çox marixuana götürülüb
  • Dün, 14:54
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • Dün, 00:13
    Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi aşkarlanıb
  • Dün, 00:10
    AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
  • Dün, 00:09
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 24-12-2025, 22:24
    Yaponiya Suriyaya 53 milyon dollar maliyyə yardımı ayırıb
  • 24-12-2025, 22:21
    Daşkəsəndə qadın dərmandan zəhərlənib
  • 24-12-2025, 22:19
    Prezidentin ad günündən ailəvi foto paylaşılıb
  • 24-12-2025, 22:18
    Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyıb
  • 24-12-2025, 22:15
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 24-12-2025, 22:05
    Xankəndidə Zəfər parkının açılışı olub
  • 24-12-2025, 22:02
    Prezident İlham Əliyevin doğum günüdür
  • 24-12-2025, 13:30
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
  • 24-12-2025, 13:23
    Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
  • 24-12-2025, 13:03
    Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
  • 24-12-2025, 12:52
    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
  • 23-12-2025, 16:51
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 23-12-2025, 16:48
    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həlak olub
  • 23-12-2025, 15:36
    Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
  • 23-12-2025, 15:33
    Prezident İlham Əliyev Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin binasının açılışında iştirak edib
  • 23-12-2025, 15:29
    Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi
  • 23-12-2025, 15:21
    Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərilir
  • 23-12-2025, 15:20
    Podolyak vəzifəsindən azad edilib
  • 23-12-2025, 13:18
    AZAL təyyarə qəzası ilə bağlı istintaqın müddətinə aydınlıq gətirilib
  • 23-12-2025, 00:02
    Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
  • 22-12-2025, 19:47
    Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
  • 22-12-2025, 16:50
    Podolyak vəzifəsindən azad edilib
  • 22-12-2025, 15:18
    Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
Daha çox
Çox oxunanlar
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
23-12-2025, 00:02
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
19-12-2025, 23:46
Samirə Cavanşir qızı Məmmədova-Filologiya üzrə fəlsəfə doktoru, dosent SelEdu Academy-nin təsisçi-rəhbəri
23-12-2025, 16:51
Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
19-12-2025, 23:48
Gültəkin Hacıbəyli saxlanıldığı mərkəzdən MİT rəhbəri İbrahim Kalına müraciət edib
20-12-2025, 15:44
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
17-12-2025, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
Sosial
Xankəndidə Zəfər parkının açılışı olub
Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə