USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB

Gündəm

29-04-2020, 11:19

NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB

Gəncədə COVİD-19 infesiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılmış Koronavirusa Qarşı Mübarizə Qərargahının hesabatına dair video-konfrans keçirilib. Video-konfransda Gəncə Şəhər İcra Haimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev, habelə qərargahın digər üzvləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar öz töhvəsini verməkdədir. Gəncədə də bu sahədə müvafiq işlər görülür. Belə ki, 20 mart 2020-ci il tarixdən etibarən Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Qərargahın 24 saat aktiv olan qaynar xətti vasitəsilə şəhər sakinləri onları maraqlandıran suallar və narahat edən məsələlərlə bağlı məlumat ala bilirlər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, COVİD-19 infeksiyasına qarşı mübarizənin ilk günlərindən Gəncədə maarifləndirmə tədbirlərinə start verilib. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətində, daxilində bir nəfər DİN əməkdaşı da olmaqla, 32 mobil qrup yaradılıb. Həmin mobil qruplar şəhərdə nəzarət-maarifləndirmə işlərini həyata keçirirlər. Buna paralel olaraq, şəhərin küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında, uşaq bağçaları, məktəb və universitetlərdə, habelə Gəncə Uşaq Evi, Gəncə Şəhər 2 saylı Körpələr evi, Gəncə “SOS” Uşaq Kəndi, o cümlədən Gəncə Şəhər Pensiyaçıların Ərzai Sosial Xidmət Mərkəzində dezinfeksiya işləri aparılıb və aparılır. Bunlarla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı olan sakinlərə və yaşayış gəlirləri aşağı olan ailələrə yardımlar paylanılır. Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq, Heydər Əliyev Fondu tərəfindən 7000-ə yaxın, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 300-ə yaxın, digər müəssisə, təşkilat və iş adamları tərəfindən isə 2000-ə yaxın aztəminatlı ailəyə və tənha ahıl şəxsə sovqat paylanılıb. Həmçinin RİH-lərin könüllü əməkdaşları tərəfindən yaşı 65-dən yuxarı 250 nəfər tənha şəxsə (o cümlədən, müxtəlif səbəblərdən tənha yaşayan şəxslərə) sosial xidmətlər göstərilib.

Yerli televiziya, radio və xəbər saytlarında təbliğat işləri həyata keçirilib. Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən “Həyat evdədir” devizi altında 2 sosial çarx hazırlanaraq, ictimaiyyətə təqdim edilib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev bildirb ki, COVİD-19 infeksiyasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. O qeyd edib ki, yaradılmış mobil qruplarda təmsil olunan əməkdaşlar tərəfindən Nizami rayonu ərazisindəki bankomatların qarşısında, aptek və mağazalarda sosial məsafənin saxlanılmasına riayət olunması barədə mütəmadi olaraq maarifləndirici izahat işləri aparılır. Rayon ərasizində yaşayan 150-dən çox aztəminatlı ailəyə RİH və Nizami rayon bələdiyyəsi tərəfindən ərzaq yardımı olunub.

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri Kəpəz rayonunun ərazisində də aparılır. Bu barədə isə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev məlumat verib. O bildirib ki, RİH nəzdində yaradılmış mobil qrupların üzvləri əhali arasında maarifləndirmə tədbirləri aparır, xüsusi karantin rejimi qaydalarına riayət olunmasının önəmini xatırladırlar. RİH və Kəpəz rayon bələdiyyəsi tərəfindən 200-ə yaxın aztəminatlı ailəyə ərzaq da yardımı edilib.

Video-konfransda iştirak edən Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Oktay Süleymanlı bildirib ki, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə nəzarət üçün Gəncənin giriş-çıxışlarında 8, daxilində isə 17 post qurulub. Şəhər üzrə xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı 774 fakt aşkarlanıb, 11 nəfər barəsində aidiyyatı məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlqar Əhmədov aparılan dezinfeksiya işlərindən danışıb. O qeyd edib ki, çoxmənzilli binalar, küçə və prospektlərlə yanaşı, park və xiyabanlar, habelə xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən bütün idarə və müəssisələr dezinfeksiya edilib. O bildirib ki, mərkəz Səhiyyə Nazirliyi tərəfindən dezinfeksiyaedici məhlulla təmin olunub.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov bildirib ki, COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün xüsusi işçi qrupu yaradılıb. Bununla yanaşı, Gəncədə müasir molekulyar laboratoriya qurulub. Tibb işçiləri və ximət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVİD-19 testi aparılıb. Bu istiqamətdə işlər davam etdirilir.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Araz Rəfibəyli qeyd edib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyyəsinə uyğun olaraq ictimai nəqliyyat vasitələrində dezinfeksiya işlərinə fevral ayından başlanılıb və hazırda da davam edir. Avtobuslarla yanaşı, şəhərdə taksi xidməti göstərən avtomobillər də dezinfeksiya olunublar. Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələri sürücülərinin hər biri COVİD-19 testindən keçirilib. Onların tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə xüsusi nəzarət olunur.

Video-konfransın sonunda Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən Gəncədə 200 çarpayılıq modul tipli xəstəxananın inşasına başlanılıb. Şəhər rəhbəri qarşıda duran vəzifələrin icrasına dair müvafiq tapşırıqlar verib.

AtaTv.az

NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB
NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB
NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB
NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB
NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB
NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB
NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB
NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB
NIYAZI BAYRAMOV VIDEO-KONFRANS KEÇIRIB

Paylaş:
Digər xəbərlər

Gündəm

24-04-2020, 15:52

Niyazi Bayramov tibb müəssisələrində olub

Gündəm

20-04-2020, 15:13

BIRINCI VITSE-PREZIDENT MEHRIBAN ƏLIYEVANIN TƏŞƏBBÜSÜNƏ GƏNCƏ DƏ QOŞULDU

Gündəm

15-04-2020, 17:26

Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər

Gündəm

14-04-2020, 17:03

NIYAZI BAYRAMOVUN TƏŞƏBBÜSÜ ILƏ GƏNCƏDƏ TIBBI MASKA ISTEHSALINA BAŞLANILIB

Gündəm

9-04-2020, 12:18

İcra başçısı tənha ahıl şəxslərərə və aztəminatlı ailələrə ərzaq yardımı edib

Bölgə

8-04-2020, 11:53

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə sahibkarlar da qoşulub

Gündəm

24-03-2020, 19:03

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları 1 aylıq vəzifə maaşlarını KMDF-a ianə ediblər

Bölgə

23-03-2020, 15:46

Gəncədə küçə və prospektlər, habelə çoxmənzilli binalar dezinfeksiya olunurlar

Bölgə

12-03-2020, 12:01

Gəncənin icra başçısı Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
6-09-2026, 12:27
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə