USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

AzTV-dəki 26 milyonluq pozuntu ilə bağlı məsələ böyüyür — Prokurorluq araşdırmaya başlaya bilər

Gündəm / Siyasət

6-11-2025, 15:12

AzTV-dəki 26 milyonluq pozuntu ilə bağlı məsələ böyüyür — Prokurorluq araşdırmaya başlaya bilər
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (“AzTV”) 26 milyon manatlıq maliyyə pozuntusu ilə bağlı qalmaqal getdikcə böyüyür.

Xəbər verildiyi kimi, Hesablama Palatası “AzTV”-də dövlət vəsaitlərinin idarə olunması ilə bağlı ciddi nöqsanlar aşkarlayıb. Audit nəticələrinə görə, əmək müqaviləsi ilə işləyən əməkdaşlara ödənilməli olan maaşlar “qonorar” adı ilə rəsmiləşdirilib. Ümumi məbləğ 26 milyon manat təşkil edir: 2023-cü ildə 11,3 milyon, 2024-cü ildə 11,6 milyon, 2025-ci ilin ilk rübündə isə 3,1 milyon manat.

Palata qeyd edib ki, bu hal əmək münasibətlərinin mülki-hüquqi münasibətlər kimi səhv təsnif edilməsinə, sosial ayırmaların tam tutulmamasına və nəticədə işçilərin sosial təminat hüquqlarının məhdudlaşmasına səbəb olub.

Məsələ ictimaiyyət arasında da geniş rezonans doğurub. Ekspertlər və mediada yayılan məlumatlara görə, AzTV-dəki qonorar sistemi uzun müddətdir şəffaflıq problemləri yaradır. Bu sistem rəhbərliyə maliyyə vəsaitlərini subyektiv qaydada bölmək, bəzi şəxslərə yüksək məbləğli ödənişlər rəsmiləşdirmək imkanı verir.

Daha diqqətçəkən məqam isə AzTV-nin Maliyyə Departamentinin rəisi Aysel Əsədzadənin, sədrin köməkçisi və Müəllif Proqramları Departamentinin rəhbəri Həmidağa Əsədzadənin həyat yoldaşı olmasıdır. Müəllif proqramlarının yüksək qonorarla maliyyələşdirildiyi nəzərə alınarsa, bu, maraqlar toqquşması ehtimalını gündəmə gətirir.

Bundan başqa, Hesablama Palatasının əvvəlki illərdə apardığı yoxlamalarda da AzTV-də dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi halları aşkarlanmışdı. Məsələn, Prezidentin 2019-cu ildə televiziya üçün ayırdığı 3 milyon manatlıq ehtiyat fondu vəsaitinin bir hissəsi dekorasiya və çəkiliş avadanlıqlarına yönəldilmişdi.

Hesablama Palatası sədri Vüqar Gülməmmədov 2024-cü ilin aprelində bildirib ki, aparılan son audit zamanı eyni layihənin bir podratçı tərəfindən iki fərqli şəxsə təqdim edildiyi müəyyən olunub və bu məsələ hüquq-mühafizə orqanlarına ötürülüb.

Hazırda cəmiyyətdə əsas sual budur: Baş Prokurorluq AzTV-də aşkarlanan maliyyə pozuntuları ilə bağlı araşdırma başlayacaqmı?

Baş prokuror Kamran Əliyevin ötən il verdiyi açıqlamada qeyd olunmuşdu ki, mediada yayılan hüquqpozmalar barədə məlumatlar əsasında artıq bir neçə cinayət işi başlanıb. Buna görə də ictimaiyyət AzTV ilə bağlı bu məlumatların da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılacağına ümid edir.

Hazırda nə AzTV rəhbərliyi, nə də Baş Prokurorluq bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Paylaş:
Digər xəbərlər

Gündəm

5-11-2025, 18:36

Hesablama Palatası “AzTV”-də 26 milyon manatlıq maliyyə pozuntusu aşkarladı

Gündəm / Sosial / Hadisə

27-05-2022, 19:42

Prezident məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb

Gündəm

11-08-2020, 12:21

Xərcini büdcəyə yükləyən AZAL: - Cahangir Əsgərovu hədəfə çıxaran nöqsanlar...

Siyasət

7-07-2020, 14:51

Maliyyə yardımı verilməyən qəzetlərin sahibləri kimlərdir? – Əli Həsənovun xanımı, Ramiz Mehdiyevin qızı…

Gündəm

2-06-2020, 13:15

Zakir Qaralova qarşı sensasion ittihamlar: Tələbə vaxtı evində qaldığı adama cinayət işi açıb- SABİQ BAŞ PROKUROR "ADNA TERRORU"NUN İSTİNTAQINI SAXTALAŞDIRIB

Gündəm

4-05-2020, 13:30

900 manat maaş alan icra başçıları “təmiz” işləyə bilərmi? – Məmuru rüşvətdən necə xilas etməli

Siyasət

23-04-2020, 18:11

Milyonları yesələr də... - Onlara toxunan olmadı...

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-04-2020, 13:00

Milyonları yesələr də... - Onlara toxunan olmadı...

Gündəm

16-03-2020, 16:40

İlham Əliyev Sahil Babayevi qəbul etdi

Gündəm

28-02-2020, 11:14

Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? - İTTİHAM

Son xəbərlər
  • Dün, 17:45
    “AzerGold”un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb
  • 27-11-2026, 11:41
    Alen Simonyan dekabrın əvvəlində Azərbaycana səfər edəcək
  • 20-11-2026, 14:48
    Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib
  • 19-11-2026, 21:52
    Free Press Unlimited: İsrail iki fələstinli jurnalisti sübut olunmamış ittihamlarla hədəfə çevirib
  • 19-11-2026, 14:58
    Vəkil Orxan Kəngərli narkotik ittihamı ilə saxlanılıb
  • 17-11-2026, 21:42
    Berlində Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası keçirilir
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
Daha çox
Çox oxunanlar
27-11-2026, 11:41
Alen Simonyan dekabrın əvvəlində Azərbaycana səfər edəcək
Dün, 17:45
“AzerGold”un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“AzerGold”un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb
Vəkil Orxan Kəngərli narkotik ittihamı ilə saxlanılıb
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə