USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri noyabrın 8-də yekunlaşıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin Dövlət bayraqları dalğalanıb, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycandan Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
Səfər çərçivəsində Şahbaz Şərif Prezident İlham Əliyevlə görüşüb, Zəfər Günü münasibətilə keçirilən hərbi parada qatılıb və Azərbaycan, Türkiyə, Pakistan liderlərinin üçtərəfli görüşündə iştirak edib.