USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Gürcüstan Rusiyadan idarə olunur

Müsahibə

11-08-2021, 17:20

Gürcüstan Rusiyadan idarə olunurFazil Əliyev: “Əgər İvanişvili hakimiyyəti itirərsə, o zaman rusiyapərəst qüvvələr ölkədə qarşıdurmalar yarada bilər”

Gürcüstan mer və bələdiyyə seçkilərinə hazırlaşır. Artıq hakim "Gürcü Arzusu" partiyası və müxalifət namizəd seçiminə başlayıb. Ölkədə siyasi vəziyyət getdikcə gərginləşir. Buna səbəb Gürcüstanda hakim partiyanın müxalifətlə Avropa İttifaqının vasitəçiyili ilə üç ay bundan əvvəl əldə olunan razılaşmanı ləğv etməsi olub.
"Gürcü Arzusu" nun lideri İrakli Kobaxidze iyulun 28-də sözü gedən razılaşmanın iflasına görə müxalifəti ittiham edib. O bildirib ki, müxalifətdən olan deputatların yarıdan çoxu hələ də bu razılaşmaya qoşulmayıb. Gürcüstanda siyasi böhran ötən oktyabrda keçirilmiş parlament seçkisində "Gürcü Arzusu" partiyası qalib gələndən sonra başlanıb. Müxalifət seçkini ədalətsiz və saxta adlandırıb. Bunun ardınca bir qrup müxalifət partiyası parlamentin boykotuna dair qərar qəbul edib. Birləşmiş Ştatlar tərəfindən dəstəklənən Avropa İttifaqı böhranın çözülməsi üçün Gürcüstan iqtidarı və müxalifəti arasında danışıqlar təşkil edib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel aprel ayında bir daha iqtidarla müxalifəti barışdırmağa cəhd edib və hətta təcili qaydada Tbilisiyə gəlib. Bundan sonra kiçik müxalifət partiyaları parlamentə daxil olmağa razılaşıblar.

Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan sazişə görə hakim "Gürcü Arzusu" bələdiyyə seçkilərində 43 faizdən az səs topladığı təqdirdə, 2022-ci ildə erkən parlament seçkisi keçirilməli idi.

Bu arada ölkənin sabiq prezidenti Mixail Saakaşvili payızda baş tutacaq seçkidən əvvəl Gürcüstana qayıdacağını bəyanlayıb. "Mənim və ümumiyyətlə bizim planlarımız barədə çox sayda suallar var. Payızda, referendumdan öncə, İvanişvili və onun yoldaşlarına ciddi bir sürpriz hazırlayırıq. Bunu tam ciddiliyimlə deyirəm. Gürcü xalqına da yaxşı bir sürpriz hazırlayırıq. Buna milyonlarla insan sevinəcək, 100, 200-500 insan isə kədərlənəcək. Kədərlənənlərin hər biri soyuq su içsin" - deyib Saakaşvili.

Saakaşvili ona qarşı irəli sürülən ittihamlar və təqiblərin hansı ölkədən olduğunu açıqladı "Mənə qarşı edilən bütün bu təqibləri indi hamı başa düşməlidir ki, bu Putindən və Rusiyadan birbaşa əmrdir". Saakaşvilinin sözlərinə görə, Rusiyanın bu kimi bəyanatları onun planlarını dəyişə bilməyəcək: "Ruslar çox yaxşı bilirlər ki, Gürcüstan xalqının böyük əksəriyyəti mənim tərəfimdədir və Gürcüstana qayıtmağımı tələb edirlər. Onlar həmçinin, şantajın keçmişdə daha çox işə yaradığını və İvanişviliyə köməkçi rolu oynadığını yaxşı bilirlər. Hər kəsə bildirmək istəyirəm ki, biz Rusiya da daxil olmaqla heç kimlə qarşıdurma istəmirik. Belə bəyanatlar isə gürcü xalqını seçimindən məhrum edə bilməz və üstəlik mənim planlarımı da dəyişə bilməz. Onlar mənimlə əlaqəli olan Gürcüstanın sürətli inkişafı və uğurlarından daha çox qorxurlar, nəyinki bir tək Saakaşvilidən. Gürcüstanda xaos, iğtişaşlar və gürcü xalqının yoxsulluq bataqlığında boğulması onlar üçün daha əlverişlidir. Mənə qarşı edilən bütün bu təqibləri hamı başa düşməlidir ki, Putindən və Rusiyadan birbaşa əmrdir və İvanişvili mənə qarşı boş cinayət işləri açaraq özünü onlara sevdirdiyini heç vaxt gizlətmir. Çünkü onlar Gürcüstanın tərəqqi və inkişafını dayandırması üçün İvanişviliyə seçki kampaniyası zamanı iki milyard dollar vermişdi. Biz Gürcüstanı azad etmək üçün sona qədər gedəcəyik və sonra bütün qonşularımızla münasibətləri mütləq həll edəcəyik".

Ötən günlərdə Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasından sabiq millət vəkili Azər Süleymanovun istefa verməsi, ardınca partiyanın Marneulidəki üzvlərinin 2 oktyabr seçkilərində iştirak etməyəcəklərini elan etmələri vəziyyəti daha da gərginləşdirib.

"Xalq Cəbhəsi" Gürcüstan Naminə Partiyasının sədri Fazil Əliyevdən baş verən və gözlənilənlərlə bağlı müsahibə alıb.

- Seçkilər öncəsi ölkədə vəziyyətin gərginləşməsinə səbəb nədir, hakim partiyanın reytinqi hansı səbəblər üzündən düşür, əhali nədən narazıdır?

- Hakim partiyanın reytinqi həddən artıq aşağı düşməkdədir. Ötən seçkilərdə səsvermənin nəticəsi də bunu deməyə əsas verir. Əsas başlıca səbəblərdən biri də ölkədə aparılan daxili və xarici yarıtmaz siyasətdir. Bu aylarda Gürcüstanda baş verən hadisələr yadınızdadır? Mayda Dmanisidə svanların azərbaycanlılara hücumu, iyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı 55 jurnalistin döyülməsi, hücuma məruz qalan "Pirveli TV"nin operatoru Lesko Laşkaravanın ölməsi, ölkədə xarici vətəndaşlara təzyiqlərin edilməsi, məxfi səs dinləmələr, bütün vətəndaşların nəzarətə alınması, izlənməsi, kriminogen vəziyyətin ağırlaşması, iqtisadi vəziyyətin pisləşməsi, işsizliyin artması, koronavirusun acı nəticələri və digər səbəblər hökumətin yarıtmaz siyasətindən və hakim partiyanın düzgün siyasi yol tuta bilməməsindən, seçkilərdən öncə verdiyi vədləri yerinə yetirməməsinin nəticəsidir. Gürcüstan turizm ölkəsidir, büdcənin 60 faizi türuzm sahəsindən gələn gəlirdən ibarətdir. Yuxarıda sadaladıqlarım xaricdən Gürcüstana turizm axının azalmasına səbəb olub. ABŞ, Avropa İttifaqı Gürcüstanda baş verən hadisələri analiz edərək belə nəticəyə gəliblər ki, ölkə demokratik dəyərlərdən uzaqlaşıb. Çox güman ki, ölkəyə iqtisadi sanksiyaların tətbiqi gözlənilir, bu barədə artıq anonslar verilib. Demək olar ki, Gürcüstan artıq 90-cı illərə qayıdır.

- Payızda keçiriləcək seçkilərdən gözləntiləriniz. Hakim partiya bu seçkilərdə məğlub olarsa, hadisələri necə proqnozlaşdırmaq olar.

- Ölkədə iqtisadi, siyası böhran var. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Gürcüstana gəlib müxalifətlə iqtidar arasında danışıqlar aparıb. Mişelin ölkəyə gəlişinin əsas məqsədi siyasi böhranı həll etmək idi. Belə bir razılıq əldə olunub ki, oktyabrda keçiriləcək seçkilərdə hakim partiya 43 faiz səs toplaya bilməsə, növbədənkənar parlament seçkiləri keçiriləcək. Hakim “Gürcüstan Arzusu” partiyası bu razılaşmadan imtina etməklə bağlı qərar qəbul edib. Bəyan edildi ki, 43 faiz və yaxud ondan az faiz səs toplasaq da bu razılaşmaya əməl etməyəcəyik. Yəni Mişelin hakim partiya ilə müxalifət arasındakı razılaşmanın qüvvədən düşdüyü elan edildi. Fikrimcə, bununla hakim partiya göstərdi ki, Gürcüstan Avropaya inteqrasiya yolundan, demokratik dəyərlərdən üz döndərir, çünki artıq başa düşüblər ki, rəsmi Tiflisin Avropada yeri yoxdur. İkincisi bu imtina Saakaşvilinin Gürcüstana dönmək fikrinə münasibətdir. Hakim partiya bununla demək istəyir ki, əgər seçkilərdə 43 faizdən az səs toplasaq belə növbədənkənar parlament seçkilərinin keçirilməsinə imkan verilməyəcək. Ona görə də, Saakaşvilinin ölkəyə gəlişinin heç bir mənası olmayacaq. Saakaşvilinin ölkəyə qayıtmasının əsas məqsədi hökumətdən narazı siysasi çevrələri, kütləni öz ətrafında birləşdirib bu seçkilərdə hakim partiyanın təbliğatına zərbə vurmaq və onu uduzdurmaqdır və təkrar parlament seçkilərinin keçirilməsinə nail olmaqdır. Bu seçkilərdə də Saakaşvili qələbə qazanıb, hökuməti formalaşdırmaq niyyətindədir. Bugünki Gürcüstan hakimiyyətində demokratik prinsiplərdən heç bir əlamət qalmayıb. Hakimiyyət artıq diktaturanın klassik formalarını tətbiq etməyə başlayıb. İstər məhkəmə sistemi, istər seçki sistemi, istərsə də güc sturukturlarında bu əlamətlər özünü biruzə verməkdədir. Hökumət Şevardnadzenin dönəmində olduğu kimi bütün sahələri bir partiyanın nəzarəti altına alınmasına çalışır. Öz hakimiyyətlərini uzatmaq üçün bir diktatura rejimi qururlar.

- Saakaşvilinin qayıdacağına söz düşdü, gələrsə nə dəyişə bilər və onu təhlükə gözləyə bilərmi?

- Saakaşvili Gürcüstana gələrsə, bəli, siyasi aura, iqlim dəyişəcək. Hökumətin məğlubiyyəti sürətlənə bilər. Gəlməsə, o zaman müxalifət seçikərə qatılacaq. Amma onu da qeyd edim ki, xalqın bu hakimiyyətə və müxalifətə inamı, etibarı qalmayıb. Xalq üçüncü qüvvənin axtarışındadır. Saakaşvilinin dönəmində də böyük narazılıqlar olub. “Gürcü Arzusu” da on ilə yaxındır ki, hakimiyyətdədir. Bu on ildə məhkəmə, polis sistemində özbaşnalığın yaranması, insan hüquq və azadlıqlarının pozulması, kriminogen durumun yaranması, sosial, iqtisadi vəziyyətin pisləşməsinin nəticəsidir ki, xalq üçüncü qüvvənin axtarışına çıxmaq məcburiyyətində qalıb. Saakaşvili gələrsə bir çox siyasi qüvvələr birləşə və koalision hökumət formalaşa bilər. Düşünürəm ki, ölkədə iqtisadi, siyasi böhran bu seçkidən sonra daha çox dərinləşəcək. Bu hakimiyyət güc sturukturları və polisin gücündən istifadə edərək yenidən saxtakarlıqlara əl atacaq, nəticədə ABŞ və Avropanın sanksiyaları qaçılmaz olacaq.

- Çıxış yolu kimi ölkədə koalision hökumət formalaşdırmaq mümkündürmü?

- İndiki hakimiyyət saxtakarlıqla qurulub. Hakim partiya xalqın səsini qazanmayıb. Bu gün müxalifət iqtidarla razılaşıb koalision hökumət formalaşdıra bilməz. “Gürcü Arzusu” hakimiyyətdən getdikdən sonra bu barədə fikirləşmək olar. Əgər növbədənkənar parlament seçkiləri demokratik və şəffaf formada keçirilərsə, o zaman koalision hökumət formalaşdırla bilər, buna inanıram.

- Necə fikirləşirsiz, İvanişvili hakimiyyəti könüllü və asanlıqla təhvil verə biləcək?

- Dünya praktikasında diktatura üsulu ilə hakimiyyətə gələn heç bir partiyanın xoşluqla getdiyinin şahidi olmamışıq. Regionda nə baş verir? Qarabağın işğalçılardan azad edilməsi, Türkiyənin regionda güclənməsi, Avropanın bu proseslərdən kənada qalması, Rusiya sülhməramlılarının Xankəndinə yerləşdirilməsi regiondakı vəziyyəti dəyişir. Rusiyapərəst qüvvələr çox çalışdılar ki, Ermənistanda hakimiyyətə Paşinyan yox, Koçaryan gətirilsin. Paşinyan da “Soros” tərəfindən dəstəklənən bir qrupu təmsil edir. İndi növbə Gürcüstandadır. Əgər Gürcüstanda da Soros qüvvələri İvanişvilini devirib hakimiyyətə gəlsələr, o zaman bunun sərhədləri genişlənəcək. Hətta Orta Asiya ölkələrinə gedib çıxa bilər. Məqsəd bölgədə Rusiyanın təsirini zəiflətməkdir. Rusiya çalışacaq ki, İvanişvilinin hakimiyyətini qoruyub saxlasın. Amma qarşı tərəf də zəif deyil. İvanişvili siyasətçi deyil, biznesmendir, ancaq pulunu düşünür. Son sözü əlbəttə xalq deyəcək. Əgər meydanlara yüz mindən artıq insan çıxarsa, o zaman İvanişvili hakimiyyəti xoşluqla təhvil vermək məcburiyyətində qalacaq.

- Gürcüstanın gələcəyini kimin hakimiyyətində görürsüz - Saakaşvili, İvanişvili, yoxsa yeni bir sima meydana çıxmalıdır.

- İvanişvili ustalıqla xalqı çox yaxşı aldada bildi. İnsanlar elə firkirləşirdilər ki, milyardları olan İvanişvili Gürcüstanı cənnətə çevirəcək, İsveç və İsveçrəyə oxşar bir dövlət quracaq, yaxşı vədlər vermişdi. Hətta mən də inanmışdım ki, İvanişvili hakimiyyətə gələndən sonra Gürcüstan İsveçrə kimi Avropasayaq bir ölkə olacaq. Sonradan məlum oldu ki, bunu təyin edən super güclərin məqsədi başqa imiş. Nəticədə biz döyülmüş, söyülmüş, taqətdən düşmüş bir Gürcüstanı gördük. Gürcüstan bu qədər demokratiyadan uzaq bir duruma düşməyib. Düşünürəm ki, böyük qüvvələrin Gürcüstanda ciddi qarşıdurması olacaq. Amma xalqın istəyi ölkəni Avropa yolunda görməkdir.

- Ölkədə siyasi vəziyyət və partiyaların fəaliyyətinə yaradılan şəraitdən razısızmı?

- Əlbəttə yox. Gürcüstan tarixində, hələ 5-ci, 12-ci əsrlərdən bu yana, hətta Sovetlər birliyi dönəmlərdə ölkədə 50-dən çox jurnalist döyülməyib, təhqir olunmayıb, öldürülməyib, xarici və yerli vətəndaşlara zülm edilməyib. Diktaturaya meylli hökumətlərin heç birində nə media, nə siyasi çevrələrin fəaliyyətinə şərait yaradılmayıb. İvanişvili hakimiyyətini yeganə düşündürən odur ki, pul gücünə siyasi partiyalar arasında qarşıdurma yarada bilsin, parçalasın. Son parlament seçkilərində hakimiyyət 3-4 deputatı pulla əla ala bildi. Vətənpərvər, qürurlu müxalif partiya rəhbərlərini ələ ala bilməyiblər. Gürcüstanda fəaliyyətdə olan bütün müxalif partiyalar bu diktatura rejimi yaradan hakimiyyətdən narazıdır. Media əhlinin telefonları dinlənilir, mikrofonları zorla əllərindən alınır, təhqir edilir, ölkədə söz və mətbuat azadlığı yoxdur.

- Azərbaycan Qarabağı işğaldan azad etdi, Gürcüstan nə zaman Cənubi Osetiya və Abxaziyanı Rusiyanın işğalından azad etmək fikrində olacaq?

- Qarabağı Cənubi Osetiya və Abxaziya məsələsiylə eyniləşdirmək istəməzdim. Birincisi, Xankəndidə həm işğalçı ölkənin, həm də Rusiyanın hərbçiləri hələ də qalmaqdadır. Həm də Qarabağ muxtariyyət və yaxud başqa statusu olmayan yerdir. Gürcüstanda isə Abxaziya muxtar respublika, Osetiya isə muxtar vilayət idi. Onların hər ikisi müstəqilliyini elan ediblər və bir neçə dövlət tərəfindən müstəqillikləri tanınıb. Onların da arxasında Rusiya dayanıb. Kremlin marağındadır ki, onları müstəqil dövlət kimi saxlasın. Ona görə ki, Abxaziya ərazisində, Suximidə, Qara dəniz sahillərində Rusiya hərbi bazalarını yaradıb. Pyotr dövründə belə Qara dəniz hövzəsində hərbi baza yarada bilməyən Rusiya dövləti Abxaziya ərazisində hərbi bazasını yaradıb. Bununla da Kreml orada olan NATO qüvvələrinə qarşı öz mövqeyini möhkəmləndirib. Azərbaycan 44 günlük müharibə dönəmində torpaqlarını işğalçılardan azad edəndə Rusiya sakit durdu. Baxmayaraq ki, Ermənistanla arasında müəyyən müqavilələri vardı. Amma Ermənistanda qərbpərəst qüvvələrin hakimiyyətə gəlməsi Rusiyanı qane etmədiyinə görə bu məsələdə Kreml seyriçi mövqe tutdu. Qarabağla müqayisədə durum və vəziyyət fərqlidir. Bir də Gürcüstanın nə hərbi, nə iqtisadi potensialı buna imkan verimir ki, silah yolu ilə bunu həll edə bilsin. Məsələnin həllinin yeganə yolu danışıqlar vasitəsidir. Bu gün o da mümkün deyil. Gözləməliyik ki, nə vaxtsa Rusiya dövlət kimi süqut etsin. Bu da yaxın gələcəkdə gözlənilmir.

- Hakim partiyanın rəsmi Kremlin təsiri altında olduğu söylənilir, iqtidar isə bunu inkar edir. Rusiyanın Gürcüstanda hansı təsir mexanizmləri var?

- Gürcüstan hakimiyyəti Rusiyanın təsirindədir. Rusiyada milyardlar qazanan İvanişvili ölkəni şirkət kimi idarə edir. Fakt odur ki, Gürcüstan Rusiya tərəfindən idarə olunur. Özü də pultla kənardan idarə olunan dövlətə oxşayır. İvanişvili xaricdə oturub cangüdənlərinin birini daxili işlər naziri, digərini təhlükəsizlik naziri qoyub, şirkətlərinin birinin rəhbəri olan Qaribaşvilini baş nazir təyin edib. 10 ildir ki, ölkə Rusiyadan idarə olunur. Hakim partiyanın Mişelin məlum razılaşmasından çıxamsı və sair məsələlər ölkənin Avropaya yolundan döndərmək deməkdir ki, bu da Kremlin istəyidir. Bir neçə müxalifət partiyası isə Avropadan dəstəklənir. MHP, Avropalı Gürcüstan və başqa partiyalar Gürcüstanın NATO-ya qoşulması və ölkədə demokratik seçkilərin keçirilməsini, demokratik hakimiyyətin qurulmasını istəyir.

- Əgər Rusiya Gürcüstanda hakimiyyəti qoruyub saxlaya bilməsə və yaxud Avropapərəst qüvvələr hakimiyyətə gəldiyi təqdirdə nə baş verə bilər?

- O zaman Abxaziya və Cənubi Osetiya və digər separat region sərhədlərdə qarşıdurma, adam öldürmə, adam oğurluğu hadisələri başlaya bilər. Gürcüstan tərkibində olan rusiyapərəst qüvvələr qarşıdurmalar yarada bilər. Gürcüstan o zaman diktaturadan xilas olacaq ki, İvanişvili hakimiyyətdən gedəcək, ölkədə demokratiya bərqərar olacaq.

Paylaş:
Digər xəbərlər

Müsahibə / Dünya

27-01-2021, 17:11

Dağlıq Qarabağın artıq statusu var: O, Azərbaycanın bir hissəsidir - MÜSAHİBƏ

Müsahibə

14-09-2020, 10:00

"Ramiz Mehdiyevin güc göstərməsinin əsası yoxdur" - Partiya sədri

Müsahibə

31-07-2020, 14:00

“Kim bu dövləti sevir, Prezidentin siyasətini ağılla dəstəkləyirsə, YAP rəhbərliyi onu kənara itələyir” - İLGİNC İDDİA

Müsahibə

3-07-2020, 12:57

"Ədliyyə Nazirliyi gəlməlidir ki, sən Allah qoy səni qeydiyyata alım" - Partiya sədri

Müsahibə

2-07-2020, 17:04

YAP Əli İnsanovun partiyasını təşkilatlandırmasından narahat deyil - deputatdan açıqlama

Müsahibə

26-06-2020, 15:12

“Müxalifətin hərəsi bir dövlətin yanında oturub” - YAP-çı deputatdan İTTİHAM

Müsahibə

18-06-2020, 13:56

Fəzail Ağamalıdan Ramiz Mehdiyevə sensasion iddialar - "Özünün “vacibliyini” və “təkrarolunmazlığını” nümayiş etdirir"

Müsahibə

11-06-2020, 13:53

“HEÇ BİLMİRDİM Kİ, NAZİRİN ÖZÜ KİMDİR, KİMƏ QULLUQ EDİR” – “Sülhəddin Əkbərin təyin edilməsini o xahiş etdi...”

Müsahibə

22-05-2020, 11:30

“Keşikçidağ olayında xarici xüsusi xidmət orqanlarının "əli" olub” - İDDİA

Müsahibə

8-04-2020, 09:00

Şahin İsmayılov: "Bu qüvvələr yəqin gündəmdə qalmağın yollarını axtarır"

Müsahibə

4-04-2020, 13:00

"Şükür ki, çox oynaya bildiyim komandanı Azərbaycanda tapdım" - Müsahibə

Müsahibə

10-03-2020, 18:15

Nazir: "Neftlə bağlı razılaşmanı uzatmaq, yaxud dayandırmaq söhbəti olmayacaq"

Son xəbərlər
  • Bugün, 18:15
    Rusiya Gümrüdəki hadisəyə görə Ermənistana etiraz notası göndərib
  • Bugün, 18:13
    PUA hücumunda Moskvada yaralananların sayı 17-yə çatıb
  • Bugün, 18:11
    Zelenski: “Ukrayna yanırsa, Moskva da yanacaq”
  • Bugün, 18:10
    Sertifikasiya imtahanında 3548 müəllim iştirak edib
  • Bugün, 18:09
    Neftçalada Xəzərə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
  • Bugün, 18:07
    Ermənistan parlamentinin 8-ci çağırışının fəaliyyəti başa çatdı
  • Bugün, 18:02
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • Bugün, 16:15
    Dələduzluqda ittiham olunan Namizəd Səfərovun işi məhkəmə baxışına verildi
  • Bugün, 15:01
    Moskvanın “Sadovod” bazarında dron hücumu sonrası yanğın baş verib
  • Bugün, 13:12
    Azərbaycanda ilin ilk 4 ayında 11 mindən çox nikah, 6 mindən çox boşanma qeydə alınıb
  • Bugün, 13:10
    Polis bir gündə 42 şübhəlini saxlayıb
  • Bugün, 13:08
    Moskva istiqamətində 180-ə yaxın PUA vurulduğu bildirilib
  • Bugün, 13:07
    Ukrayna Moskvaya kütləvi PUA hücumu həyata keçirib: neft emalı zavodunda yanğın baş verib
  • Bugün, 13:00
    Merz: G7 Kiyevə dəstəyi artıracaq, Moskvaya təzyiqi gücləndirəcək
  • Bugün, 12:58
    İlham Əliyev: “Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik”
  • Bugün, 12:52
    Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
  • Bugün, 11:27
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • Dün, 22:41
    “Qarabağ” Mozambik millisinin müdafiəçisini heyətinə qatıb
  • Dün, 22:37
    III ixtisas qrupu üzrə ən yüksək nəticə: 690 bal toplayan məzun fərqlənib
  • Dün, 22:35
    II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
  • Dün, 22:33
    Lukaşenko Zelenski ilə bağlı tonunu dəyişdi: ekspertlər səbəbləri izah edir
  • Dün, 22:30
    Almaniya XİN rəhbəri: Avropanın təhlükəsizliyi Rusiya ilə qarşıdurmadan keçir
  • Dün, 21:52
    Ormuz boğazında təhlükə hələ davam edir: gəmiçilik dərhal normallaşmaya bilər
  • Dün, 21:47
    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif etdi
  • Dün, 19:50
    Hörmüz boğazının tam açılması ilin sonuna qədər uzana bilər – ekspert xəbərdarlıq etdi
  • Dün, 15:36
    ABŞ–İran arasında mümkün sülh razılaşmasının detalları üzə çıxıb
  • Dün, 15:25
    Füzulidə 3,8 ton yabanı çətənə məhv edilib – əməliyyat keçirilib
  • Dün, 15:15
    Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alındı
  • Dün, 15:10
    İslam İnkişaf Bankının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
  • Dün, 15:08
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin işi üzrə məhkəmədə yeni ifadələr: Zərərçəkənlər danışdı
  • Dün, 15:01
    Zelenski G7 sammitinin nəticələrini Ukrayna üçün yüksək qiymətləndirib
  • Dün, 14:58
    Regionlarda 65 yaşlı həkimlərin fəaliyyətinə davam etməsi üçün imkan yaradılacaq
  • Dün, 14:00
    Tanınmış vəkilin 17 yaşlı qızı yol qəzasında həyatını itirib
  • 16-06-2026, 20:40
    Xaricdə təhsil alanlar üçün peşə tanınması imtahanı keçirildi
  • 16-06-2026, 20:38
    İlham Əliyev Niderlandın Baş naziri ilə telefonla danışdı
Daha çox
Çox oxunanlar
13-06-2026, 01:38
Netanyahu Prezident İlham Əliyevi təbrik edib
12-06-2026, 13:21
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub
12-06-2026, 14:55
Şuşada abidələrin razılaşdırılmadan köçürülməsi qadağan ediləcək
14-06-2026, 14:17
İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
14-06-2026, 14:19
Ələt yaxınlığında yeni yük hava limanı tikilir
14-06-2026, 14:16
Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
Ağdamda çobanlar arasında mübahisə ölümlə nəticələnib
“86 47” kodu nə deməkdir? Trampı narahat edən gizli mesajın arxasında nə dayanır?
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Köçəryanın ölkədən qaçarkən saxlanıldı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə