USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Aprelin 30-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın müxtəlif rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, keçirilən tədbirlər nəticəsində 1 avtomat silahı, 1 tapança, 1 qumbara, 5 tüfəng, 3 patron darağı və 126 ədəd müxtəlif çaplı patron götürülüb.
Bildirilib ki, qanunsuz dövriyyədə olan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.