
Gürcüstanda zəlzələ baş verib.
Məlumata görə, yeraltı təkanların episentri Ninotsminda şəhərindən 22 kilometr şərqdə, Saqamo kəndi yaxınlığında yerləşib.
Zəlzələnin gücünün 3,3 bal olduğu bildirilib.
Hadisə ilə bağlı dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.