
Bərdə rayonunda keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Mansur Məmmədov və Amil Musayev tutulub. Onlara baxış zamanı ümumilikdə 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirildiyini və Bərdə ərazisində satışını təşkil etmək məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ilin əvvəlindən bəri polis əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində rayonda 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.