USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycan multikultiralizm modeli bütün dünyaya bir örnəkdir

Sosial

23-02-2022, 13:17

Azərbaycan multikultiralizm modeli bütün dünyaya bir örnəkdirMurad Salman: “Azərbaycan xalqı tarix boyu öz qonaqprəvərliyi, mərdliyi və başqa xalqlara hörmətlə yanaşması ilə fərqlənib”

Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar, milli azlıqlar və etnik qrupların nümayəndələri əhalinin 9 faizini təşkil edir. Azərbaycan ərazisində yaşaması üçün dövlət olaraq bir çox beynəlxalq konvensiyalara qoşulub ki, bunların da sayı 50-dən çoxdur. Azsaylı milli azlıqların müdafiəsi ilə məşğul olan təşkilatların, dövlət qurumların da sayı kifayət qədərdir. Son məlumatlara görə bu qəbildən olan təşkilatların sayı 40-45 arasındadır. Bununla yanaşı demək olar ki, hər bir azsaylı milli azlıqların məskunlaşdığı regionlardan onlara aid mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri fəaliyyət göstərir. Onların öz dillərində jurnallar, qəzetlər nəşr olunur. Azsaylı milli azlıqlara aid olan ictimai birliklər də hazırda fəaliyyətdədir. Televiziya efirlərində, radiolarda və digər mətbuat orqanlarında milli azlıqların etik-mədəni həyatı, etnoqrafiası haqqında materialları hazırlanır, yayımlanır. Hətta 5 bölgədə, milli azlıqların yaşadığı ərazilərdə onlara aid teleradio kanalları fəaliyyət göstəri. Bütün bunlarla yanaşı rus dilində 19, gürcü dilində 6 orta ümumtəhsil, 35 benəlmiləl orta məktəb fəaliyyət göstərir. Dövlətin uğurlu siyasəti nəticəsində azsaylı xalqların Azərbaycanda yaşayışı, inkişafı və təhlükəsizliyi tam şəkildə təmin olur ki, bu da tolerantlıq nümunəsi kimi qəbul olunur.
Yeri gəlmişkən, 1992-ci ildə imzalanan "Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında" fərmana görə, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilir.
Azərbaycanda məskunlaşan belə azsaylı xalqlardan biri də yəhudiləridir. Hazırda ölkəmizdə yəhudilərə məxsus 7 sinaqoq, 2 orta məktəb, kollec və 3 uşaq bağçası fəaliyyət göstərir. Digər ölkələrlə müqayisədə bunlar az göstərici deyil. Yəhudilər, əsasən Azərbaycanın şimalında, Quba rayonunda məskunlaşıblar.

Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, aşkenazi yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Ümumiyyətlə, Azərbaycandakı yəhudilər XVIII əsrdən etibarən Polşa və Ukrayna yəhudiləri arasında özünü göstərən xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən uzaqdırlar. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Sloboda (Qırmızı Qəsəbə) qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə yerdir. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva var.
Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşıb, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlədib, öz dini məktəblərini - iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaradıblar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılıb. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.
Quba rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı "Qırmızı Qəsəbə"də yəhudi uşaqları üçün "Şmirat a-Şem" adlı kollec açılıb. Burada yəhudi milli adət və ənənələrini tədris edən israilli müəllimlər çalışır. 2010-cu ilin oktyabr ayında isə bu qəsəbədə Dağ yəhudiləri dini icmasına məxsus 200 il yaşı olan sinaqoq əsaslı təmirdən sonra istifadəyə verilib.

Bnai Brtith İnternational beynəlxalq yəhudi təşkilatının Azərbaycan üzrə nümayəndəsi Murad Salman “Xalq Cəbhəsi”nə bildirib ki, tolerantlıq və dözümlülük yaşadığımız dünyada ən əsas problemlərdən birinə çevrilib. Bu gün yaşadığımız dünyada dözümlülük, tolerantlıq özündən fərqli olana hörmətlə yanaşmaq ən aktual məsələlərdən biridir: “Tolernatlılıq və özündən fərqli olana hörmətlə yanaşmaq Azərbaycan xalqı üçün ən əsas prinsiplərdən biri olub. Tarix boyu Azərbaycan müxtəlif millətlərin və konfessiyaların sülh içində yaşadığı bir məkandır. Azərbaycan xalqı tarix boyu öz qonaqprəvərliyi, mərdliyi və başqa xalqlara hörmətlə yanaşması ilə fərqlənib. Tolerantlıq və multikultiralizm Azərbaycan dövlətinin ən başlıca siyasətindən biridir. Azərbaycanda yaşayan bütün xalqlara qarşı multikultural və tolerant münasibət var. Ölkəmizdə yaşayan müxtəlif millətlər və konfessiyalar hər zaman Azərbaycan dövlətindən və xalqından qayğı və diqqət görüb. Tolerantlıq və multikultiralizm Azərbaycan xalqının həyat tərzinə çevrilib. Tarix boyu Azərbaycan xalqı ona pənah gətirən bütün xalqlarla mehriban və sülh şəraitində yaşayıb”.
M.Salman qeyd edib ki, baxmayaraq ki, hər zaman erməni terrorundən və xəyanətindən əzəiyyət çəkən bir xalq olsaq da, heç zaman humanizm və sülh siyasətindən əl çəkməmişik. Azərbaycanda müxtəlif konfessiyalar öz dinlərini və mədəniyyərlərini çəkinmədən qoruyub saxlayıblar. Azərbaycan dövləti hər bir sahədə bütün icmalara yardım və dəstək göstərir: “Tolerantlıq və multikultiralizm siyasəti Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başcısı bütün azsaylı xalqların problemləri ilə şəxsən özü məşğul olur və müxtəlif dini və milli azlıqlara dövlət qayğısının göstərilməsinə nəzarət edir. Ölkəmizdə bütün az saylı xalqlar sülh və əminəmanlq içərisində yaşayırlar. Bu xalqlardan biri də yəhudi xalqıdır. Onlar Azərbaycana pənah gətirdikləri vaxtdan ölkəmizdə sülh və əmin-amanlıq şəriatində yaşayırlar. Digər azsaylı xalqlarda olduğu kimi yəhudi xalqı da öz dinlərini və mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər xalqı hər zaman Azərbaycan xalqından və dövlətindən qayğı görüb. Bu gün bütün dünyada antisemitizm olduğu halda yəhudi xalqı öz milli kimliklərini qoruyub saxlayıb, dinlərini, adət-ənənələrini, mədəniyyətini inkişaf etdirib. Yəhudilərin dünyada İsraildən sonra öz dinlərini qorxmadan yaşadan yeganə ölkə Azərbaycandır. Azərbaycan dünyada nadir ölkədir ki, tarix boyu burada antisemitizm olmayıb.

Yəhudilər bu xoş münasibəti unutmurlar ki, dünyanın harasında olurlarsa, olsunlar Azərbaycan maraqlarını qorumağa çalışırlar və İsraillə Azərbaycan arasında xoş münasibətlərin qurulmasında köprü rolu oynayırlar. Azərbaycanın kədəri onların kədəri, sevinci onların sevincidir. Oxşar qədəri və taleyi olan iki xalq hər zaman sülh və əmin-amanlıq içərisində yaşayıblar”.
M.Salman daha sonra vurğulayıb ki, ermənilər 1915-ci ildə Azərbaycan xalqına qarşı soyqırım həyata keçidikləri zaman 3 min yəhudini də qətlə yetiriblər. Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Albert Aqarunovdur. O, Qarabağ savaşında heç düşünmədən canını bu vətən üçün qurban verib. İkinci Vətən müharibəsi zamanda torpaqlarımızın bərpası uğrunda yəhudi xalqı qəhrəmancasına döyüşmüş və vətənin düşməndən azad olunmasında aktiv iştirak edib. Bu bir daha Azərbaycanda vətəndaşlar və xalqlar arasında olan birliyin və bərabərliyin təcəssümüdür: “Qırmızı Qəsəbə Qafqazın Yerusəlimi adlandırılır ki, bu həqiqətən xaricdən gələn insanlarda belə heyranlıq hissi yaradır. Ölkəmizdə yəhudi məktəbləri, sinaqoqlar və yəhudi xalqının öz milli mədəniyyətlərini və kimliklərini qorumaq üçün mərkəzlər faəliyyət göstərir. Mən xüsusən, Azərbaycanda fəaliyyət göstərən dövlət nəzdində olan 46 saylı məktəbdə yəhudi siniflərini misal göstərmək istəyirəm ki, bu bütün dünyaya əsil tolerantlıq nümünəsidir. Azərbaycan hökuməti bütün azsaylı xalqlar kimi, biz yəhudilərin tarixi dini abidələrini qoruyub saxlayıb. Hətta Azərbaycan Dağ yəhudiləri Sinaqoqu ölkə başçısı Cənab Prezident İlham Əliyevin şəxsi göstərişi ilə tikilib. Azərbaycanda nəinki yəhudiləri digər xalqlarda hər zaman Azərbaycan xalqından və dövlətindən qayğı və diqqət görür.

Tarix boyu erməni xəyanəti və zülmünə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı öz humanizm prinsiplərindən dönməyib. Çünki humanizm və tolerantlıq bu xalqın canında və qanındadır. Əlbəttə, yəhudi xalqı da Azərbaycan xalqından və dövlətindən görülən bu qayğını unutmur. İstər İsraildə, istərsə də dünyanın başqa ölkələrində Azərbaycan maraqlarının qorunmasında canla, başla çalışırlar. Azərbaycan dilini və mədəniyyətini hər zaman qoruyub saxlayırlar.Azərbaycançılıq naminə bütün səylərini əsirgəmirlər. İsrail dövləti ilə qurulan xoş münasibətdə əlbəttə, Azərbaycan dövlətinin və xalqının yəhudilərə göstərdiyi humanizm siyasəti böyük rol oynayır”.
O, daha sonra bildirib ki, yəhudi dövləti olan İsrail də bu xoş münasibəti unutmur. İsrailin keşmiş prezidenti Reuven Ruvlin BMT kürsüsündən Xocalını Holokost kimi soyqırım adlandırıb və insalığa qarşı edilən bir cinayət olduğunu bütün düynaya bildirib. Azərbaycan multikultiralizm modeli bütün dünyaya bir örnəkdir. Bu gün ölkəmizin apardığı tolerant və multikultural dəyərlər əslində dünyada sülhün bərqərar olması üçün bir model rolunu oynaya bilər. Azərbaycan multikultural dəyərlərinin təbliğində Bakı Beynəlxaq Multikultiralizm Mərkəzi çox aktiv iştirak edir və bu qurum Azərbaycan xalqının və dövlətinin humanizm və tolerantlıq dəyərərlərinin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayır. Azərbaycan multikultiralizm modeli düyanın bir çox aparıcı universitetlərində tədris olunur. Həmçinin bir çox mötəbər ölkələrdə Azərbaycan Evləri fəaliyyət göstərir ki, bu, ölkəmizin bu sahədə gördüyü uğurlu fəaliyyətin nəticəsidir. Biz istəsəkdə humanizm və multikultural dəyərlərimizdən dönə bilmərik. Cənab Prezident İlham Əlyevin dediyi kimi: “Multikulturalizm Azərbaycanda həyat tərzidir”.

Paylaş:
Digər xəbərlər

Sosial

2-02-2022, 17:11

Qaiser Navab Azərbaycan gənclərini təbrik edib

Sosial / Hadisə / Dünya

23-01-2022, 13:32

Ermənistanda Covid-19-a yoluxanların sayı 351 mindən çoxdur

Sosial

24-09-2021, 12:14

İxtisaslı işçilərin sayı çox azdır - Nazir

Sosial

17-08-2021, 09:36

Sosial müavinət alanların sayı açıqlandı

Sosial

22-07-2021, 17:51

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Sosial

17-05-2021, 08:33

"Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır"

Gündəm / Sosial / Hadisə / Araşdırma

3-05-2021, 13:11

Avropa Jurnalistlər Federasiyası Azərbaycan jurnalistlərilə bağlı hesabat açıqlandı: Həbsdə hələ də jurnalistlər var

Gündəm / Sosial / Hadisə

6-03-2021, 21:14

Dövlət Dəniz Agentliyi təhlükəli hidrometeoroloji hadisə barədə məlumat yayıb

İqtisadiyyat / Sosial / Dünya

19-02-2021, 18:59

Vətəndaşlarımız ötən ay ən çox hansı ölkələrə gedib?

Sosial

29-01-2021, 01:14

Vətəndaşlarımız pandemiya dövründə hansı ölkələrə səfər edib?

Gündəm / Siyasət / Sosial

2-09-2020, 12:42

Azərbaycan Milli Elimlər Akademiyasının Rəyasət Heyətinə

Sosial

24-03-2020, 10:44

Azərbaycanda işsizlərin sayı AÇIQLANDI

Son xəbərlər
  • Bugün, 01:15
    Jurnalist Kamran Nəsirlinin sosial şəbəkə hesabları və saytı kiberhücuma məruz qalıb
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • 10-08-2026, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • 10-08-2026, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • 10-08-2026, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • 10-08-2026, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • 10-08-2026, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
Daha çox
Çox oxunanlar
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
10-08-2026, 20:46
Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə