USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Nigar Həzi: "Mantiyalı dələduzun məhkəmədəki küçə şousu"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-01-2025, 23:17

Nigar Həzi: "Mantiyalı dələduzun məhkəmədəki küçə şousu"
Hakim Elnur Nuriyevə Tofiq Yaqublunu məhkəmə prosesindən uzaqlaşdırmaq tapşırığı gəlib.

Mantiyalı dələduzun məhkəmədəki küçə şousu.

Bu gün Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirildi. İstintaq materiallarının tədqiqi 3 prosesdir ki, davam edir. Proses dələduz müstəntiq Abdulla Cəlillinin cinayət işində ştatlı üzəduranlar- Elşən Hüseynov və Elnur Məmmədov üçün düzüb-qoşduğu saxta Whatsapp dialoqunun müzakirəsi ilə başladı. Mantiyalı dələduz hakim Elnur Nuriyev dialoqu səsləndirdi. Tofiq Yaqublu bu dialoqun saxta olduğunu ifşa etmək istəyəndə, Elnur Nuriyev biıdirdi ki, siz hər detala bu qədər vaxt sərf etsəniz, biz gərək aylarla bu prosesi davam etdirək. Hakimin bu sərsəmləməsinə cavab olaraq Tofiq Yaqublu bildirdi ki, işinizin-gücünüzün adı nədir ki, indi də aylar çəksin. Siz məni illərlə həbs həyatına məhkum edəcəksiniz. Bu işdə məni bu saxta Whatsapp dialoquna görə həbs ediblər. Suflyor müstəntiq Abdulla Cəlilli bu dialoqu məni həbs etmək üçün əsas dəlil kimi təqdim edib.

“Baxın, bu adam - hakim Elnur Nuriyev 165 ailənin şikayətçi olduğu dələdüz Pənah Kərimovu ev dustaqlığına buraxıb, amma məni saxta ittihamla bir ildən çoxdur ki, həbsdə saxlayır. Siz mənim barədə ədalətli qərar verəcəksiniz? T.Yaqublunu dələduzluqda ittiham etmək elə dələfuzluqdur”.

Elnur Nuriyev: “Siz mənim başqa işlərimə qarışmayın!”

T.Yaqublu: “Əlbəttə, sizə tapşırıq yuxarıdan gəlib. Siz də yuxarıdakılara hesabat verirsiniz ki, T.Yaqublunu şərləmə işini canla-başla görürsünüz. Nədir, siz gözləyirsiniz, tapşırıq verən özü gəlib sizə desin ki, nəyi təsdiq edin, nəyi yox ”.

Bundan sonra T.Yaqublu bir-bir bu dialoqun saxta olduğunu, senarinin dələduz müstəntiq Abdulla Cəlilli tərəfindən yazıldığını, bu dialoqda məntiqi ardəcıllığın olmadığını ifşa etdi. Bu ifşaları ucadan və əsəbi şəkildə dilə gətirən T.Yaqublu üzünü hakim Azər Tağıyevə tutaraq dedi ki, heç olmasa siz diqqətlə qulaq asın, onsuz da o biri hakim malalamaqla məşğuldur. Yenə siz arada qarşı tərəfə suallar verirsiniz. Özünü Femida cəfakeşi kimi aparan mantiyalı dələduz Elnur Nuriyev bundan sonra bütün etik çərçivələri aşaraq özünü tin uşaqları kimi aparmağa başladı. Sanki üzəduran Elnur Məmmədova mantiya geyindirib hakim kürsüsündə oturtmuşdular.

Hakim Elnur Nuriyev: “Mən sizin hər dediyinizi təsdiq edəsi deyiləm”.

T.Yaqublu: “Siz bu vaxta kimi nəyi təsdiq etmisiniz ki? Ancaq Elnurla Elşəni yönləndirməklə, onların yalanlarını malalamaqla məşğulsunuz. Əgər Ermənistandakı məhkəmə azadlığının bir faizi Azərbaycanda olsaydı, mən indi həbsdə yox, azadlıqda olardım”.

Elnur Nuriyev: “Məhkəməyə hörmət edin, özünüzə hörmət edin. Niyə əsəbi və ucadan danışırsınız? Üzünüzü niyə zaldakılara tutub danışırsınız?”

T.Yaqublu: “Özünə hörmət edən adam gəlib məni dələduzluqda ittiham etməz! Sizə onsuz da burada mənim nə deməyim maraqlı deyil. Çünki sizə nə deyəcəklər, gəlib onu da icra edəcəksiniz. Mən bunları bu prosesi izləməyə gələnlərə danışıram ki, onlar həqiqətləri bilsinlər”.

Bundan sonra zalda gərginlik daha da artdı. Zaldakı iştirakçılardan Rövşən bəy hakimə etiraz etdi ki, nə dəxli var, adam üzünü divara tutub danışa da bilər. Bu replikaya bərk əsəbləşən Elnur Nuriyev Rövşən bəyi məhkəmə zalından uzaqlaşdırdı.
Geyindiyi mantiyanın ağırlığı qədər çəkisi olmayan hakim Elnur Nuriyev bütün etik normaları pozaraq özünü küçə adamı kimi aparmağa başladı. Sanki məhkəmədə deyil də, küçədə kiməsə söz deyir. O, bilərəkdən məhkəmədəki auranı gərginləşdirdi ki, onsuzda bu ittihamın şər olduğunu dəfələrlə sübut etməkdən əsəbləri gərilən T.Yaqublunu və haqsızlığı görüb əsəbləri tarıma çəkilmiş proses iştirakçəlarını etiraz etməyə təhrik etsin. Hakimin qeyri-etik davranışlarına etiraz edən Seymur Hezi də məhkəmə prosesindən çıxarıldı.

Tofiq Yaqublunun ifşaları qarşısında aciz qalan və qarşı tərəfin yalanlarını malalamaq imkanları azalan mantiyalı dələduz Elnur Nurouev bundan sonra nə desə yaxşıdır?

“Kim tərbiyəsizlik edərsə, tərbiyəsiz də cavab alacaq”.

T.Yaqublu: “ Ən böyük tərbiyəsizlik məni dələduzluqda, 4-cü dəfə cinayətdə ittiham etməkdir!

İnsan ömrü 2500 il deyil ki, deyim Elnur Nuriyevə görə 5 il də əlavə həbsdə qalım. Adamı neçə dəfə şərləmək olar?Mənim bu gün-sabah 65 yaşım olacaq. Mən niyə ömrümün qalan hissəsini həbsdə keçirməliyəm?”

Elnur Nuriyev: “Sizə xəbərdarlıq edirəm, Tofiq Yaqublu, bir də məhkəməyə hörmətsizlik (üzünüzü zaldakılara tutub danışma) etsəniz, prosesə sizin iştirakınız olmadan davam edəcəm”.

T.Yaqublu: “Siz burada səslənən faktları, ifşaları eşitmək istəmirsiniz deyə, məni prosesdən uzaqlaşdırmaq istəyirsiz. Bu ittihamın sizə, dövlət ittihamçısına, zaldakəlara nə qədər aidiyyatı varsa, mənə də o qədər aidiyyatı var. O pulu alanın da, götürənin də, o pula əli dəyənin də dünyanın ən pis təhqirləri onun ünvanına getsin!

Bu qədər ifşadan sonra sizdə yenə şübhə qalacaqmı ki, bu senarini sarsaq Abdulla düzüb-qoşub?”

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-01-2025, 11:53

Tofiq Yaqublu Dubay mülklərindən danışdı

Gündəm / Siyasət / Sosial / Araşdırma

16-12-2024, 15:05

Məhkəmədə Tofiq Yaqublu ilə hakim arasında mübahisə yaranıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

28-09-2024, 00:43

Məhkəmə Tofiq Yaqublunun vəsatətini qismən təmin edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

18-09-2024, 09:10

Tofiq Yaqubluya qarşı ittihamları təkzib edən 8 fakt

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-05-2024, 17:30

Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

18-01-2024, 00:26

Apellyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etmədi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-01-2024, 05:40

Məhkəmə yenə Tofiq Yaqublunu ev dustaqlığına buraxmadı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-12-2023, 12:45

Tofiq Yaqublunun həbsindən apellyasiya şikayətinə dekabrın 21-də baxılacaq

Gündəm / Siyasət / Sosial / Hadisə

19-01-2023, 01:15

Tofiq Yaqublu aclığı dayandırmamaqda israrlıdır

Gündəm / Siyasət / Sosial

15-01-2023, 17:06

Tofiq Yaqublunun vəziyyəti son dərəcə kritikdir

Sosial

15-07-2021, 18:08

Tofiq Yaqublu şərti azadlığa buraxıldı

Son xəbərlər
  • Dün, 21:23
    Xankəndidə və Şuşada Zəfər atəşfəşanlığı keçirilib
  • Dün, 21:21
    Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatdı
  • Dün, 21:20
    Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
  • Dün, 21:17
    Bakıda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib
  • Dün, 16:22
    “AzerGold” QSC tərəfindən “Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən rayonlarında ağacəkmə aksiyaları təşkil edilib
  • Dün, 14:09
    Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçirilir
  • 7-11-2025, 23:55
    Avropa Məhkəməsi “Facebook” paylaşımına görə həbs olunan fəalın xeyrinə qərar verdi
  • 7-11-2025, 23:51
    Orban Ağ Evə getdi
  • 7-11-2025, 23:50
    Türkiyə Netanyahunun həbsinə qərar verdi
  • 7-11-2025, 23:48
    İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
  • 7-11-2025, 23:44
    Ərdoğan Zəfər Günü münasibətilə sabah Azərbaycana gələcək
  • 7-11-2025, 23:42
    Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib
  • 7-11-2025, 23:40
    Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb
  • 7-11-2025, 23:38
    Fəzail Ağamalının oğlu “Ana Vətən” Partiyasından qovuldu
  • 7-11-2025, 23:36
    Prezident İlham Əliyev Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verib
  • 7-11-2025, 16:49
    “Pajiznicesi” adlı tiktoker 60 sutka müddətinə həbs edilib
  • 7-11-2025, 16:47
    Prezident İlham Əliyev hərbi qulluqçuların təltif edilməsi haqqında Sərəncam imzalayıb
  • 7-11-2025, 16:45
    Prezident İlham Əliyev iki generalı ali hərbi rütbə ilə təltif edib
  • 7-11-2025, 12:29
    Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək
  • 6-11-2025, 20:25
    “AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
  • 6-11-2025, 17:30
    Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu
  • 6-11-2025, 15:30
    Kobaxidze: “2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik”
  • 6-11-2025, 15:28
    Ermənistan və Aİ arasında viza liberallaşdırılması planı təqdim olunub
  • 6-11-2025, 15:25
    Aytac Tapdığın nikaha girmə qadağası qüvvədə qaldı
  • 6-11-2025, 15:23
    Prezident İlham Əliyev: “Azərbaycan Ordusunun müasirləşdirilməsi prosesi davam edəcək”
  • 6-11-2025, 15:20
    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
  • 6-11-2025, 15:17
    General-mayor Bəkir Orucovun həbsi qüvvədə saxlanıldı
  • 6-11-2025, 15:14
    Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
  • 6-11-2025, 15:12
    AzTV-dəki 26 milyonluq pozuntu ilə bağlı məsələ böyüyür — Prokurorluq araşdırmaya başlaya bilər
  • 6-11-2025, 15:09
    Azərbaycanlı ekspertlər Ermənistanda keçirilən beynəlxalq konfransda iştirak ediblər
  • 6-11-2025, 00:14
    Oyun bitdi
  • 5-11-2025, 19:35
    Yevlaxda hotel otağında vəkilin meyiti tapılıb
  • 5-11-2025, 18:36
    Prezident İlham Əliyev bir qrup alimi təltif edib
  • 5-11-2025, 18:36
    Hesablama Palatası “AzTV”-də 26 milyon manatlıq maliyyə pozuntusu aşkarladı
  • 5-11-2025, 17:38
    AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
Daha çox
Çox oxunanlar
6-11-2025, 00:14
Oyun bitdi
7-11-2025, 12:29
Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək
5-11-2025, 17:38
AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
5-11-2025, 11:04
Bu gün “Qarabağ” “Çelsi” ilə qarşılaşacaq
5-11-2025, 16:17
Zərdabda “Qırmızı Kitab”a düşən quşları ovlayan ata və oğul saxlanılıb
7-11-2025, 16:47
Prezident İlham Əliyev hərbi qulluqçuların təltif edilməsi haqqında Sərəncam imzalayıb
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
7-11-2025, 23:55
Avropa Məhkəməsi “Facebook” paylaşımına görə həbs olunan fəalın xeyrinə qərar verdi
6-11-2025, 15:25
Aytac Tapdığın nikaha girmə qadağası qüvvədə qaldı
4-11-2025, 12:41
“Toplum TV işi”: Məhkəmədə gərginlik, şahidlər təzyiq iddialarını səsləndirdi
3-11-2025, 16:13
İşdən çıxan polkovniklə bağlı maraqlı fakt: qardaşı oğlu 4 kq qızılla tutulmuşdu
3-11-2025, 13:03
Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov kimdir?
1-11-2025, 23:25
Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat – İcra başçısının müavini həbs olundu
Sosial
“AzerGold” QSC tərəfindən “Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən rayonlarında ağacəkmə aksiyaları təşkil edilib
“Pajiznicesi” adlı tiktoker 60 sutka müddətinə həbs edilib
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
20 Yanvar dairəsində hərəkət sxemində dəyişiklik edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə