USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Faydalı məşhur qocalar və Fəttah Heydərov

Gündəm

31-08-2020, 16:53

Faydalı məşhur qocalar və Fəttah Heydərov

Mənim bir qorxum var, o da ömrümün çox uzun sürəcəyi və cırıq kilim kimi daha heç nəyə yaramayacağımdır.

Tomas Ceferson

ABŞ-ın “İstiqlaliyyət bəyannaməsi”nin həmmüəllifi, diplomat, filosof, ən əsası, ölkəsinin üçüncü prezidenti olmuş şəxsiyyət yuxarıdakı ifadəni söyləyən zaman yalnız qocalığın onu əldən salaraq, faydalı fəaliyyətini azaltmasını etiraf etmir, həmçinin inanırdı ki, gələcəkdə, əsas da XX-XXI əsrin insanları, hər cəhətdən daha üstün və faydalı olacaqlar. Tarixi şəxsiyyətin aforizminə rəğmən, Azərbaycanda faydalı iş əmsalı olmayan şəxslər nəinki daim üzə çıxdılar, eyni zamanda Xaqaniləri, Nizamiləri, Nəsimiləri, Füzuliləri, Vazehləri, Axundovları, Zərdabiləri, Sabirləri, Nərimanovları, Haqverdiyevləri, Məmmədquluzadələri sıxışdırıb kənar da etdilər. Nəticədə, intellekti, idrakı, şəxsi fikri olmayan, altruist, asketik keyfiyyətlər baxımdan xədim olan “ziyalılar”, ictimai-siyasi “xadimlər”, “ağsaqqallar” meydanlarda at oynadaraq, həm xalqı, həm də Qarabağ köhlənlərini mələtdilər...
“Kovid 19” virusunun bəşəriyyəti toruna salıb nəfəsini kəsdiyi bir vaxtda gözlənilmədən Milli Məclisin “deputat”ı vəfat etdi. Dünyadan vaxtsız köçən qalstuklu elə-belə vəzifəli deyil, parlamentin ən veteran “millət vəkili” olan Fəttah Heydərov idi. İki qərinədən çox ömür sürən “mərhum” hansı vəzifələrdə olmamışdı...
İttifaq zamanı Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Ordubad və Culfa rayon Partiya Komitələrində birinci katib, Naxçıvan MSSR-də Əhaliyə Məişət Xidməti, Mədəniyyət naziri, 20 il fasiləsiz (1970-1990-cı illər) deputat. Qüdrətli imperiya laxladılmağa başladığı dönəmdə və Naxçıvan Muxtar Respublikası İttifaqdan rəsmən çıxdığını elan etdiyi vaxtdan sonra o, Naxçıvan Ali Məclisinin deputatı olmaqla yanaşı, daha 5 il Mədəniyyət naziri vəzifəsində də qalır. O həmçinin 30 il fəaliyyət göstərməsinə baxmayaraq, bir dəfə də olsun xalqa ağsaqqallıq etməyən Azərbaycan Ağsaqqallar Şurasının sədri olur, Milli Məclisdə I-VI çağırış üzrə 25 ildən çox (ölən günə kimi) deputat kürsüsündə əyləşir. Miqyasına, dərəcəsinə görə müqayisə olunmasa da, vəzifələr çeşidi və vəzifədə olma müddətinə görə qoca Fəttah ABŞ tarixində ən çox (4 dəfə) prezident seçilmiş Franklin Ruzvelti, 28 il SSRİ-yə rəhbərlik etmiş Leonid Brejnevi, hətta hamisi-himayədarı Heydər Əliyevi də geridə qoyub. Görəsən, adları çəkilən azmanları ofsaytda saxlayan, 82 yaşında həyatdan doymayaraq, nakam gedən “vəzifələr baronu” sağlığında camaat, xalq, əsas da kasıb, əzilən təbəqə üçün nələr edib?
Mərhum Fəttah Heydərovun xidməti vəzifələrinin, əl uzunluğunun “filantropluğ”unu, faydasını yalnız bütün dərəcəli qohumları, ona dünyanın bütün dördayaqlı hürənlərindən də sadiq olan “Şıqqı”, “Nehrəm” başda olmaqla digər klanlar görüb, yaşayıb və yaşayırlar...
Təbii ki, “klan” dedikdə buna Muxtar Respublikanın vicdanlı, zəhmətkeş, qan-tərlə güzəranını birtəhər keçirən sakinləri aid deyil. Bu gün xalq içində “Fəttah adlı hansı məşhur şəxsiyyətimizi tanıyırsınız” deyə, sorğu aparsaq, çoxları “heç kim” deyəcəklər. Yerdə qalanlar “Arxadan vurulan zərbə” filmindəki “Fəttah dayı” adı altında gizlənən “Qurd Cəbrayıl” obrazını dilə gətirəcəklər. Çox cüzi, olduqca az insanlar isə həmin adlı “məşhur”u Fövqəladə Hallar nazirinin atası kimi dilə gətirəcək. Qısası, xalq, 82 illik ömrün 50 ildən çoxunu nazir-deputat vəzifələrində keçirən şəxsdən xidmət, qayğı görmədiyindən, onu tanımır.
Mən heç də kütbeyin, əxlaqsız, vətənşüvən müxalifətçilər, demokratlar kimi yaşı altmışı keçmiş, amma potensialı, faydası olan insanları “təqaüd” adı ilə vaxtından əvvəl qəbrə göndərməyi təbliğ etmirəm. Əksinə, yaşından asılı olmayaraq, xalqın rifahını yüksəltməyə, dövlətçiliyə strateji əhəmiyyətli faydalar verən hər kəsin, o cümlədən də qoca şəxslərin təcrübəsindən istifadənin tərəfdarıyam.
Gəlin, bəzi yaşlı məşhurlara nəzər yetirək.
30 il Yaponiya taxtında imperatorluğu dönəmində xalqının rifahını, layiqli həyat səviyyəsini yaxşılaşdıran 86 yaşlı Akihito 2019-cu ilin 30 aprelində artıq millətinə layiqincə xidmət edə bilmədiyini vurğulayaraq, hakimiyyəti böyük oğlu Naruhitoya təhvil verərək “Daydzö-Tenno” (Yaponiyada imperatorların taxtlarını güzəştə getməsi, ondan əl çəkməsi) hüzrünə qovuşdu.
Adını dünya kino tarixinə qızıl hərflərlə yazdıran, “Oskar” da daxil olmaqla, bir çox mükafatlara, titullara sahib olan Klint İstvud 90 yaşını keçməsinə rəğmən, bu gün də on milyonlarla seyrçi toplayaraq, dünyanı heyran edən filmlər çəkməkdədir.
Jan-Pol Belmondonun 87, Pyer Rişarın 86 yaşları olmasına baxmayaraq, hələ də kinoda rəngarəng obrazları ifa etməklə, milyonların gözündə sevilən sənətkar olmağı bacarırlar.
Birinci Qarabağ müharibəsini götürək. Hərbi əməliyyatların, qızğın döyüşlərin ön cərgələrində nə qədər məşhurlarımız, onların övladları gözə dəyirdi?! Barmaqla göstəriləcək qədər! Əksər məşhurlarımız kreslo-vəzifə cəbhəsində daha çox yağlı-piyli tikə qoparmaq, günəşin ən parlaq şəfəq saçdığı güşələri əldə etmək davasındaydılar. Eynən “İstintaq” filmində deyildiyi kimi: “Elə bil yarışa giriblər – kimin cibi daha qalındır”. Düşmənimiz dığaların məşhurları, oliqarxları isə, kimin övladı neçə kəndin-şəhərin ələ keçirilməsi əməliyyatlarında, ən qızğın döyüş teatrlarında iştirak edərək, daha çox türk qanı axıdacaq, kim “Hayastan” və “Artsax” hərbi birliklərinə daha çox maddi-mənəvi dəstək verəcək rəqabətiylə alışıb-yanırdılar.
Həmin dövrdə zavallı yeganə və peşəkar generalımız olan Valeh Bərşadlını SSRİ ordusunda xidmətlərinə, döşündə sovet orden-medalları gəzdirdiyinə görə ruspərəst, satqın kimi ifadələrlə aşağılayaraq, fiziki-mənəvi təqiblərə məruz qoyub, müdafiə naziri vəzifəsindən qovanda, dığaların İttifaq dönəmində Şimali Qafqaz hərbi dairəsi komandanının döyüş üzrə müavini vəzifəsinə qədər yüksəlib, sonra da yaşına görə ehtiyata çıxan general-mayor Qurgen Dəlibaltayan 65 yaşında olmasına baxmayaraq, könüllü şəkildə Ermənistan ordusu sıralarına yazılır, tezliklə Müdafiə Komitəsinin Baş Qərargah rəisi vəzifəsinə irəli çəkilir. 67 yaşında Ermənistan SQ-nin Baş Qərargah rəisi, MN birinci müavini, ardınca 24 il Prezidentin hərbi müşaviri, SQ-nin Baş hərbi inspektoru olur. 81 yaşından ölən günə qədər isə MN baş müşaviri olur. Dığa Dəlibaltayan general-mayor rütbəsi ilə Ermənistan ordusuna gəldi, general-polkovnik rütbəsinə qədər yüksəldi və xalqı, dövləti üçün bizi dəlicəsinə baltalayanda, bizimkilər utilitarizm-evdemonizmi vətən bilirdi.
Barmaqla göstəriləcək qədər az olsa da, özümüzün də nümunə ola biləcək qocalarımız var.
Ömər Eldarov yaşı 92-ni keçməsinə rəğmən, əksər həmyaşları kimi arxasını kresloya yapışdırıb, çəliyə güc verərək qəbiristanlığa boylanmır. Əksinə, işgüzarlığı, yaratdığı sənət əsərləri, aktiv fəaliyyətiylə sübut edir ki, heç də boş-boşuna Azərbaycanın bir nömrəli heykəltaraşı adını almayıb. Dediklərimi qüvvətləndirmək üçün daha bir faktı da qeyd edim. Lütfi Zadə vəfat edən zaman, alimin qəbirüstü abidəsi üçün heç bir “heykəltaraşımız” doğru-dürüst eskiz nümunələri təqdim edə bilməyəndə, yenə 90 yaşlı Ömər Eldarov qızıl əlləriylə bacarığını ortaya qoydu.
Yaltaqlıqdan, məddahlıqdan uzaq olan yazıçı Vidadi Babanlı son günlərə qədər masa arxasında yazıb-yaradırdı. Son olaraq, “Doğru söz” romanı üzərində çalışırdı. Lakin qocalıq onun da qapısını möhkəm döydü. 93 yaşında olmasına rəğmən, ədib özünü qınayaraq: “Gözüm çox zəif görür, yazı-pozuyla istədiyim kimi məşğul ola bilmirəm. Yeriyə bilmədiyimə görə 8 aydır, masaya da yaxın gedə bilmirəm, bu da məni darıxdırır. Bəzən mənə baxan qadına yarımçıq romanımı diktə edirəm. Amma diktə etməklə, bədii əsər o qədər də yaxşı alınmır. Qələm-kağız başqa şeydir. Onda fikirlər elə bil öz-özünə qələmin ucuna axıb gəlir” söyləyirdi.
Belə misallar çəkməklə davam edə bilərəm, amma buna lüzum yoxdur. Sözümün canı odur ki, yuxarıda adlarını sadaladığım məşhurlarla müqayisədə, 82 illik ömrünün 50 ildən çoxunu vəzifələrdə keçirərək, öz xalqı, dövlətçiliyi üçün iynənin ucu qədər də olsun faydalı fəaliyyəti olmayan Fəttah Heydərova dildə “Allah rəhmət etsin” deyənlər olsa da, əməlləriylə nə rəhmətə, nə ölkənin bir nömrəli qəbiristanlığında dəfn olunmağa layiqdir.

Abdulla İsmayıloğlu

Paylaş:
Digər xəbərlər

Video

17-08-2020, 13:17

Tərxun + limon. Damarlar üçün ən faydalı qarışıq

Video

23-06-2020, 18:00

Ağciyər üçün ən faydalı bitki – EVKALİPT. Müalicəvi reseptlər

Video

8-06-2020, 11:31

Qaraciyəri piylənmədən qoruyan, kişilərdə cinsi istəyini artıran BİTKİ

Video

4-06-2020, 13:30

Gilasın orqanizmə SAYSIZ FAYDALARI - Video

Maraqlı

28-03-2020, 13:38

Çiyələk saplaqlarını atmayın! Faydaları və müalicəvi xüsusiyyətləri

Səhiyyə

28-03-2020, 13:11

Sosial şəbəkədə bu ədviyyatın koronavirusa faydalı olduğu yazıldı, satışı sürətlə artdı

Səhiyyə

20-03-2020, 10:57

Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!

Siyasət

11-03-2020, 17:28

Fəttah Heydərov parlamentdə komissiya sədri oldu

Video

9-03-2020, 11:00

Kartof şirəsinin İNANILMAZ FAYDALARI

Son xəbərlər
  • Dün, 18:44
    AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər
  • Dün, 18:30
    ABŞ-ın F-35B qırıcıları ilk dəfə Finlandiyada yerləşdirildi
  • Dün, 18:29
    Evinə oğurluğa girən şəxsi bıçaqlayaraq öldürən şəxsə 10 il həbs cəzası verildi
  • Dün, 18:26
    Azərbaycanda məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq ediləcək
  • Dün, 18:25
    Ermənistanda Misir Mərdanovun Dilican səfəri barədə yazılıb
  • Dün, 18:24
    Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşdi
  • Dün, 13:16
    Rusiyada şok: “Bütün Moskva yanır!”
  • Dün, 00:28
    İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
  • 18-06-2026, 18:15
    Rusiya Gümrüdəki hadisəyə görə Ermənistana etiraz notası göndərib
  • 18-06-2026, 18:13
    PUA hücumunda Moskvada yaralananların sayı 17-yə çatıb
  • 18-06-2026, 18:11
    Zelenski: “Ukrayna yanırsa, Moskva da yanacaq”
  • 18-06-2026, 18:10
    Sertifikasiya imtahanında 3548 müəllim iştirak edib
  • 18-06-2026, 18:09
    Neftçalada Xəzərə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
  • 18-06-2026, 18:07
    Ermənistan parlamentinin 8-ci çağırışının fəaliyyəti başa çatdı
  • 18-06-2026, 18:02
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 18-06-2026, 16:15
    Dələduzluqda ittiham olunan Namizəd Səfərovun işi məhkəmə baxışına verildi
  • 18-06-2026, 15:01
    Moskvanın “Sadovod” bazarında dron hücumu sonrası yanğın baş verib
  • 18-06-2026, 13:12
    Azərbaycanda ilin ilk 4 ayında 11 mindən çox nikah, 6 mindən çox boşanma qeydə alınıb
  • 18-06-2026, 13:10
    Polis bir gündə 42 şübhəlini saxlayıb
  • 18-06-2026, 13:08
    Moskva istiqamətində 180-ə yaxın PUA vurulduğu bildirilib
  • 18-06-2026, 13:07
    Ukrayna Moskvaya kütləvi PUA hücumu həyata keçirib: neft emalı zavodunda yanğın baş verib
  • 18-06-2026, 13:00
    Merz: G7 Kiyevə dəstəyi artıracaq, Moskvaya təzyiqi gücləndirəcək
  • 18-06-2026, 12:58
    İlham Əliyev: “Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik”
  • 18-06-2026, 12:52
    Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
  • 18-06-2026, 11:27
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 17-06-2026, 22:41
    “Qarabağ” Mozambik millisinin müdafiəçisini heyətinə qatıb
  • 17-06-2026, 22:37
    III ixtisas qrupu üzrə ən yüksək nəticə: 690 bal toplayan məzun fərqlənib
  • 17-06-2026, 22:35
    II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
  • 17-06-2026, 22:33
    Lukaşenko Zelenski ilə bağlı tonunu dəyişdi: ekspertlər səbəbləri izah edir
  • 17-06-2026, 22:30
    Almaniya XİN rəhbəri: Avropanın təhlükəsizliyi Rusiya ilə qarşıdurmadan keçir
  • 17-06-2026, 21:52
    Ormuz boğazında təhlükə hələ davam edir: gəmiçilik dərhal normallaşmaya bilər
  • 17-06-2026, 21:47
    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif etdi
  • 17-06-2026, 19:50
    Hörmüz boğazının tam açılması ilin sonuna qədər uzana bilər – ekspert xəbərdarlıq etdi
  • 17-06-2026, 15:36
    ABŞ–İran arasında mümkün sülh razılaşmasının detalları üzə çıxıb
  • 17-06-2026, 15:25
    Füzulidə 3,8 ton yabanı çətənə məhv edilib – əməliyyat keçirilib
Daha çox
Çox oxunanlar
14-06-2026, 14:17
İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
14-06-2026, 14:19
Ələt yaxınlığında yeni yük hava limanı tikilir
15-06-2026, 13:34
Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
14-06-2026, 14:16
Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
15-06-2026, 13:30
Şüvəlanda it iki nəfərə hücum edib
15-06-2026, 13:24
İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
Ağdamda çobanlar arasında mübahisə ölümlə nəticələnib
“86 47” kodu nə deməkdir? Trampı narahat edən gizli mesajın arxasında nə dayanır?
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Köçəryanın ölkədən qaçarkən saxlanıldı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə