USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İlham Əliyev hansı sualları cavabsız qoydu və niyə?

Siyasət / Araşdırma

21-07-2025, 16:38

İlham Əliyev hansı sualları cavabsız qoydu və niyə?
III Şuşa Qlobal Media Forumuna sözardı

İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxış edib və jurnalistlərin suallarına cavablandırıb. Tədbirdə “Euronews”un Yaxın Şərq Bürosunun rəhbəri Ceyn Viterspun xanımın verdiyi məlumata görə 52 ölkədən, 80 media qrumundan, 140 nəfər təmsilçi iştirak etsə də, nə suallarda, nə də cavablarda hazırda Azərbaycanda həbsdə olan 35 jurnalist və 375 siyasi məhbus məsələsinə toxunulmayıb. Necə olubsa bu 140 “jurnalistdən” bircə nəfəri belə saxta ittihamla həbs edilmiş 35 jurnalist həmkarlarının taleyi maraqlandırmayıb. Deməli bunlar daha çox “seçilmiş” jurnalistlər olublar. İlham Əliyevə sual verən jurnalistlərin çoxunun birinci cümləsi belə olur: “Yenidən burada olmağa çox şadam!” Və ya bir başqası deyir: “Biz üçüncü ildir ki, gəlirik!” Və sualların çoxu mədhiyyə xarakteri daşıyır. Eyni adamlar, eyni suallar, eyni cavablar.

Londonda yerləşən “Economyfirst Limited”in direktoru Klaus Piter Ralf Yurgensin COP – 29-la bağlı sualına cavabda İlham Əliyev COP-un fəzilətlərindən danışdıqdan sonra deyir ki, “Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir” və “Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı.” Bu ölkədə Bakıdan çıxandan sonra Qazaxa, Astaraya, Zaqatalaya, Qusara qədər yol boyu bir dənə normal tualet yoxdur, hər gün müxtəlif televiziya kanallarındakı reportajlarda adamlar su deyib dad vurur, il boyu az qala hər həftə insanlar hamamda qaz tullantısından həyatını itirir, Azərbyacanın kəndlərində eşşəklə su daşıyırlar, əkin yerləri susuzluqdan Kərbəla düzünə çevrilib, dağ kəndləri məktəblərində qış vaxtı təzək yandırırlar, ərzaq məhsullarının tərkibi ekoloji baxımdan son dərəcə çirkli olduğu üçün xərçəng xəstəliyinin yayılma sürətinə görə dünyada ilk yerlərdən birinə çıxmışıq dövlət isə az inkişaf etmiş ölkələrə iqlim dəyişməsi üçün 10 milyon dollar pul köçürür. Azərbaycan COP-29-a bu qədər xərc çəkdi, xeyli “qonaqları öz hesabına tədbirə gətirdi, amma İlham Əliyevin təbirincə “COP30, 31 və 32 necə olacaq, bu, əlbəttə ki, açıq sual olaraq qalır.” Yəni “hamını bəzər, özü lüt gəzər” buna deyərlər.

Sualların və cavabların bir çoxunda Qarabağda infrastruktur işlərindən və köçkünlərin qayıdışından söz açılır. 40 gündən sonra 44 günlük müharibədən 5 il keçir. İlham Əliyev Dmitro Qordonun sualına cavabda deyir ki, Qarabağ regionundan 700 min qaçqın olub. Bəs bu qədər qaçqından son 5 ildə neçə nəfər yurduna qayıda bilib? Azad olunmuş ərazilərə 20 milyard manat vəsait qoyulub və 2025-ci ilin iyun ayına olan məlumata görə 15 174 nəfər yurduna qayıda bilib! Paradoks deyilmi? Azad olunmuş ərazilərdə torpaq islahatı həyata keçirilmir. Müxtəlif mətbuat orqanlarında köçkünlər üçün tikilən yaşayış məntəqələrinin inşasında korrupsiya halları barədə xeyli məlumatlar var. "Böyük qayıdış" prosesi kütləvi işsizliklə müşayiət olunur. Tenderlərin keçirilməsi şəffaf deyil və sair.

Forumda Zəngəzur dəhlizi yenidən gündəliyə gəlir. Nə suallarda, nə cavablarda deyilmədi ki, yaxın keçmişə qədər Azərbaycan rəhbərliyi dəhlizin və yolun mühafizəsinin Rusiya sərhəd və təhlükəsizlik orqanlarının nəzarətində olmasına nə üçün təkid edirdi? Bu yanlış siyasət Rusiyanı regionda saxlamağa, onun Cənubi Qafqazda qalmasına hüquqi baza yaratmağa xidmət etmirdimi? Əgər indi vəziyyət dəyişibsə, buna yalnız sevinmək lazımdır. Yaxşı ki, Paşinyan Azərbaycan rəhbərliyinin həmin vaxt bu qeyri-adekvat tələbləri ilə razılaşmadı. Hər halda zərərin yarısından qayıtmaq da xeyirdir.

ABŞ-ın Beynəlxalq Siyasət İnstitutunun nümayəndəsi Paolo Liebl von Şirax forumdakı sualında 3-cü dəfə tədbirdə iştirakın vurğulayıb soruşur ki, “Sizcə ən əsas əhəmiyyətli inkişaf vektorları həm ölkəniz, həm regionunuz üçün nədən ibarətdir? Xüsusilə də birbaşa xarici sərmayə baxımından.” Sula bir başa cavab yoxdur. Nə üçün dünyanın tanınmış banklarından hansısa Azərbaycanda fəaliyyət göstərmir? Axı, bu hakim ailənin nəzarətində olan kredit soyğunçuluğu ilə uzlaşmır.

Hakim ailə və hakim elitanın total monopoliya və korrupsiyası, müstəqil məhkəmə institutunun, müstəqil medianın olmaması xarici invistiyaların cəlb olunması yolunda başlıca maneədir. Ölkə iqtisadiyyatında kəskin geriləmə müşahidə edilir. Son 2 ilin ərzində Azərbaycanın yarımillik xarici ticarət dövriyəsində müsbət saldo böyük həcmdə azalıb. Son 6 ildə neft istehsalı 40 faiz azalıb. Neft və qaz istehsalına qoyulan xarici sərmayələr 23 faiz aşağı düşüb. Qeyri-neft sektoru haqqında şirin vədlər verilsə də, bunlar söz olaraq qalır. Yerli istehsal yox dərəcəsindədir. Ölkə bütövlükdə idaxalın üzərində oturub.

İnvistisiya deyilmişkən Xəzər sahilində "Sea Breeze” layihəsinə Emin Ağalar tərəfindən 5 milyarda invistisiya qoyulduğu bildirirlir. Hətta yaxın illərdə burada investisiyanın həcminin 60 milyarda çatdırılacağı haqqında söz-söhbət gəzir. 60 milyard təxminən ölkənin 2 illik dövlət büdcəsinə bərabərdir. Üstəgəl Özbəkistanda da belə bir layihənin həyata keçirildiyi elan edildi.

Lakin qoyulan yatrımların şəffaflığı bəzi suallar doğurur. Birincisi, bu daxili investisyadır, yoxsa xarici? Rusiya və Qərb mətbuatı dəfələrlə Ağalarovların müflis olması barədə məlumatlar yayıb. Belə olan halda Azərbaycanın illik büdəcəsindən 2 dəfə artıq olan vəsait haradan peyda oldu? Bəlkə, ofşor hesablar, Avropa və Rusiya bankları təhlükəsizlik baxımından öz “etibarlılığın” itirdikdən sonra bu, elə hakim ailənin daxili layihələrə yönəltdiyi korrupsiya pullarıdır?

Bu forumların və tədbirlərin daimi qonaqlarından biri də Mixail Qusmandır. Qusman öz sualına Amerikadan başlasa da və “Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür” fikrini vurğulasa da, sonra daha həssas məqama gəlib çıxdı və dedi: “Son zamanlar nə Rusiyada, nə də Azərbaycanda geniş ictimaiyyətin müsbət reaksiyasına səbəb olma ehtimalı az olan, mənim dediyim kimi, son zamanların “çalxalanmalarına” baxmayaraq, 2022-ci il fevralın 22-də Moskvada imzaladığınız müqavilənin əsasları heç bir şübhə doğurmur.

İlham Əliyev cavabında qeyd etdi ki, “mən xalqıma heç vaxt yalan söyləmirəm...mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram.” Şübhəsiz ki, bu “doğruçuluq” korrupsiya, büdcə talançılığı, ofşor hesablar, hakim ailə üzvlərinin sərvətləri, London mülkləri, Azərbaycan Çamaşırxanası, xarici siyasətçilərin satın alınması, hakim ailə uşaqlarının biznes “möcüzəsi”nə də aid olsaydı bir qədər inandırıcı olardı.

Amma Qusmanın sualının mərkəzi məsələsini İlham Əliyev cavabsız qoyur. 22 fevral 2022-ci il İttifaq Bəyannaməsinə münasibət necə olacaq? Bu barədə heç nə deyilmir. Məlum Yekaternburq hadisələri, Azərbaycanın cavabı, Rusiyada azərbaycanlıların təqib edilməsi, aşağılanması, Soyuq Müharibə dövrünə uyğun Moskvanın informasiya savaşı, ilk cavab addamlarından sonra Bakının susması və Moskvanın daha da dərinə getməsi bir sıra suallar doğurur. İlk günlər Bakıda da Rusiyanın əleyhinə çox şey deyildi. Lakin nə rəsmi, nə də qeyri rəsmi iki ölkə arasında “qardaşlığın” məhək daşı olan 22 fevral İttifaq Bəyannaməsinə toxunulmadı.

Bəyannamə Azərbaycanı Rusiyanın yedəyinə bağlayır, bizim ölkəmizə Rusiyanın hədəfinə çevirir, Azərbaycana müdaxilə üçün Moskvaya hüquqi baza yaradır. İttifaq Bəyannəməsi bütün hakimiyyəti ərzində İlham Əliyevin ən ciddi səhvi idi. Bu Bəyannamə qüvvədə qaldıqca söz savaşı ritorikadan başqa bir şey deyildir.
“Berliner Verlag” qəzetinin redaktoru Holger Fridrixin sualına İlham Əliyevin cavabı daha maraqlıdır. Əliyev deyir ki, “güclü ölkəni, güclü iqtisadiyyatı qurduq. Xarici borcumuzu ÜDM-in 6,9 faizinə qədər azaltdıq. Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizindən çoxdur. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirdik.” Bəlkə də yüzüncü dəfədir Əliyev yoxsulluğun və işsizliyin 5 faizə endirdiyin bəyan edir. Real məzərə isə tapam fərqlidir.

Əslində Azərbaycanda yoxsuslluğun səviyyəsi 5 faiz yox, bəlkə də 55 faizdir. Bakıdan kənar həyat yoxdur. Rayonlar, kəndlər səfalət içərisindədir. Görünür İlham Əliyevin bundan xəbəri yoxdur və ya 5 faizlik yoxsulluq həddinə doğrudan da özünü inandırıb. İşsizlərin sayı isə 2,5 - 3 milyon ətrafındadır. “Güclü ölkən, güclü iqtisadiyyat” necə də gözəl səslənir. Amma Azərbaycan regionda və post-sovet məkanında uşaq pulu verməyən yeganə dövlətdir və 2,5 milyon uşaq hökumətin saxta şəkildə uydurduğu 5 faizlik yoxsulluq nağılının şirin yuxusuna dalıb. Əvəzində Əliyevin öz uşaqları daha da zənginləşib.

“Paşa Holdinqin” sərvəti az qalır ölkənin illik büdəcəinə çatsın. Əliyevlər özləri üçün güclü iqtisadiyyat yaradıblar, elə bilirlər xalqa da bu güclü iqtisadiyyatdan pay düşür. Rəsmi statiskaya görə büdcə təşkilatlarında işləyən 1,7 milyon işçinin 800 mini vur-tut 400 manat (yəni 235 dollar) aylıq əmək haqqı alır, pensiyaçıların yarıya qədəri bundan da az 280-335 manat pensiya alır və sən demə bizdə güclü dövlət və güclü iqtisadiyyat varmış.

Əliyevin 5 faizlik standartları rəqəm manipulyasıdır, sadəcə rəqəmlərin 5 faizə endirilməsidir. Gerçək mənzərə isə tamam bambaşqadır. İqtisadi-sosial baxımından Azərbaycan öz tarixinin ən ağır dövrünü yaşayır. 44 günlük tarixi qələbədən sonra xalq daha yaxşı yaşayacağına ümid bəsləyirdi. Amma əksinə oldu.
Təəssüf ki, bu ümid səhradakı ilğım kimi puça çıxdı.
Cəmil Həsənli
Milli Şuranın sədri.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Araşdırma

22-05-2025, 01:48

ABŞ konqresmeni İlham Əliyevə müraciət edib: Fərid Mehralızadənin azad olunmasını tələb edir

Siyasət

15-05-2025, 12:44

BDU və Üsküdar Universitetindən Rəqəmsal Media Mövzusunda Beynəlxalq Konfrans

Gündəm / Siyasət / Sosial / Hadisə

13-03-2025, 18:38

RSF: "Azərbaycan: İlham Əliyev rejiminin susdurduğu xarici media"

Gündəm / Siyasət / Sosial / Araşdırma

27-02-2025, 21:11

“IFJ” və “EFJ”: Azərbaycan hökuməti tənqidi səsləri sistemli şəkildə susdurur

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-06-2024, 16:42

Jurnalist İmran Əliyevin həbs müddəti 2 ay 7 gün uzadıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-06-2024, 09:33

Məhkəmə jurnalistlərin həbs müddətini yenə də uzatdı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-05-2024, 19:16

Məhkəmə "Abzas Media" işi üzrə üç jurnalist müttəhimi yenə də həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-03-2024, 17:14

“Abzas Media cinayət işi” Onlar jurnalist olduqları üçün həbs olunublar

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2024, 20:11

Jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri daha üç ay uzadıldı

Gündəm / Siyasət / Sosial / Araşdırma

19-10-2022, 16:09

Media Reyestri nədir?

Siyasət / Sosial / Araşdırma

18-04-2022, 11:10

Jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanıb

Son xəbərlər
  • Dün, 23:21
    Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
  • Dün, 23:19
    Pezeşkian Xamenei ilə bağlı xəbərdarlıq edib
  • Dün, 23:17
    Hindistan Ermənistana yeni raket partiyası göndərib
  • Dün, 00:53
    Tramp: “İranda yeni liderlik axtarmağın vaxtıdır”
  • 17-01-2026, 21:58
    Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
  • 17-01-2026, 18:20
    Fərid İsmayılovun həbsindən bir il ötür
  • 17-01-2026, 18:20
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 17-01-2026, 15:07
    Minimum əmək haqqı anlayışı dəyişdirildi
  • 17-01-2026, 14:55
    Tovuzda kişi su kanalında boğularaq ölüb
  • 17-01-2026, 14:53
    Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb
  • 17-01-2026, 14:38
    Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
  • 16-01-2026, 14:50
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 16-01-2026, 14:42
    Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
  • 16-01-2026, 14:40
    İran molla rejimi etirazlarda ölənlərin meyitlərini ailələrinə pulla verir – BBC
  • 15-01-2026, 17:22
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • 15-01-2026, 17:19
    Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
  • 15-01-2026, 17:14
    Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
  • 15-01-2026, 13:56
    Narkotik satan iki nəfər saxlanılıb
  • 15-01-2026, 13:53
    Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
  • 15-01-2026, 02:53
    İran hava sahəsini bağladı
  • 14-01-2026, 21:52
    Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
  • 14-01-2026, 20:26
    Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
  • 14-01-2026, 15:05
    Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
  • 14-01-2026, 14:39
    İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
  • 13-01-2026, 22:40
    Tərtər sakinləri üçün pulsuz hüquqi məsləhət keçiriləcək
  • 13-01-2026, 22:40
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • 13-01-2026, 15:05
    Beyin idmanı: Mütaliə vərdişi intellektual səviyyəni necə dəyişir?
  • 12-01-2026, 23:51
    İran prezidenti etirazlara qarşı təşkil olunan hökumətyönlü mitinqdə iştirak edib
  • 12-01-2026, 23:49
    İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi
  • 12-01-2026, 21:37
    SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
  • 12-01-2026, 17:59
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • 12-01-2026, 17:57
    Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib
  • 12-01-2026, 15:58
    Fələstinli yazıçı: “Öz xalqını öldürən hökumət mənim xalqımı azad edə bilməz”
  • 12-01-2026, 15:56
    Ölkəyə qanunsuz qızıl külçələr gətirmək istəyən şəxs saxlanılıb
  • 12-01-2026, 15:53
    Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb
Daha çox
Çox oxunanlar
12-01-2026, 15:48
BMT İranla bağlı təcili iclas çağırıb
12-01-2026, 15:45
İranın Milandakı konsulluğunun lövhəsi söküldü
12-01-2026, 15:50
Bakıda iki narkokuryer saxlanılıb
12-01-2026, 15:53
Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb
12-01-2026, 15:41
Pezeşkian təhlükəsizlik qüvvələrini etirazlar zamanı təmkinli davranmağa çağırıb
12-01-2026, 15:42
SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
17-01-2026, 18:20
Fərid İsmayılovun həbsindən bir il ötür
17-01-2026, 14:38
Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
Sosial
Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
Beyin idmanı: Mütaliə vərdişi intellektual səviyyəni necə dəyişir?
İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə