USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılır. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, yeni sənaye parkının yaradılması regionda sənayeləşmənin sürətləndirilməsinə, istehsal və ixrac potensialının artırılmasına, həmçinin yeni iş yerlərinin açılmasına xidmət edəcək. Parkda müasir texnologiyalara əsaslanan istehsal sahələrinin formalaşdırılması nəzərdə tutulur.
Qərb Sənaye Parkının fəaliyyətinin Gəncə–Şəmkir iqtisadi zonasının inkişafına mühüm töhfə verəcəyi gözlənilir.