USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Dövlət siyasətinin təbliğat maşınında naşı şofer oturub! - FAKT

Gündəm / Siyasət / Sosial / Araşdırma

8-11-2023, 00:13

Dövlət siyasətinin təbliğat maşınında naşı şofer oturub! - FAKT
AzTv sədri Rövşən Məmmədov vəzifəyə təyin olunandan bəri onun barəsində mətbuatda yazılanların ardı - arası kəsilmədi. Bəziləri bu yazarları və yazılanları qınadı ki, Rövşən Məmmədova qarşı şər-böhtan atılır, filan-behməkan... Lakin onun AzTv sədri qismində gördüyü işlər göz qabağındadır. Sözün əsl mənasında göz qabağında!

Gəlin sizə bir reallığı təqdim edim: bu adam faktiki olaraq dövlətin hərbi-siyasi qalibiyyətlərinin təməlində başqalarının onun efiri üçün yazılmış fikirləri konsepsiyasında "əsaslandırmağa" cəhd edir! Daha sadə dillə desək, sən demə, "roşka" özünün "sanballı", "əl-qollu", sürətli sağa-sola başyellədən fikirlərini "şərh" etməsəymiş, heç bu günkü qalibiyyətlərin də dadı-duzu olmayacaqmış (?!)
Amma hələlik haşiyəyə çıxmamış qayıdaq bəzi yaddan çıxmayacaq bəsi məsələlərə. Bir neçə il bundan qabaq işdən çıxarılan Səidə Məmmədovanın AzTv-nin giriş qapısında özünü yandırması, yüzlərlə işçinin haqsız olaraq işini itirməsi və bu kimi bənzər digər faktlar. Axı bunlar şər deyil, axı bunlar böhtan, şantaj, sabotaj cəhdləri deyil, bunlar əlazrət danılmaz FAKTLADIR!!!

Niyaməddin Quliyevdən elə xəbərlər çıxacaq ki...

...Nə də heç kimin nə vaxtı, nə də marağı yoxdur ki, zamanında müstəqil TV-lətin birində idman xəbərlərini oxuyan Rövşən Məmmədova şər atmağa...

Bə isə... qayıdaq mətləbə. Bu yaxınlarda işindən uzaqlaşdırılan AzTv-nin maliyyə və mühasibat uçotu departamentinin keçmiş rəisi Niyaməddin Quliyev öz yaxın çevrəsində işdən çıxarılmasının əsl səbəbini danışıb. Yaxın vaxtlarda Niyaməddin Quliyevin dilindən çıxan o kəlmələri də oxucularımıza təqdim edəcəyik. AzTv-də sədrin yaxın ətrafının, daha doğrusu həyat yoldaşının tapşırdığı adamların aldığı maaş və qonararlar barədə internetdə kifayət qədər tutarlı məqalələr dərc olunub. Yenidən bu mövzuya qayıdıb həmin dələduzları şərəfləndirmək kimi bir niyyətimiz də yoxdur... Geç olmayaraq ən dəhşətli faktlara istinad edək.

BELƏLİKLƏ..!

Vaxtılə AzTv- də çalışan xanımın elektron poçt ünvanımıza göndərdikləri qanımızı dondurdu. Qeyd edək ki, şikayətçinin özündən sonra uzun illər qızı da AzTv- də çalışıb. Qızının da oradan uzaqlaşmasına səbəb Rövşən Məmmədovun həyat yoldaşının adamları olub. Belə ki. həmin adamlar AzTv-yə gələndən kollektivin köhnə əməkdaşlarını gözümçıxdıya salır, dövlət, milli maraqlar və azərbaycançılıq xarakterli verilişlərinin bağlanmasına səbəb olur!!!

Rövşən Məmmədovu bildik, bəs "bala Rövşən" kimdir?

Və nəhayət: indi də gələk televiziyada "at oyanadan" Həmidağa Əsədzadəyə. Ona şirkətdə Həmid deyirlər. AzTv-nin keçmiş sədri Arif Alışanovun dövründən qalan həmin bu Həmidin o illərdə demək olar televiziyada heç bir fəaliyyəti olmayıb. İnternetdən copy- paste edib bir -iki süjet hazırlayan bu fərdin ümumiyyətlə TV reallığından xəbəri yoxdur. Və ən maraqlısı isə budur ki, hazırda həmin Həmid AzTv-də televiziyada "bala Rövşən" təxəllüsü ilə tanınır...
Xüsusi layihələr studiyasının direktoru vəzifəsini, eləcə də sədrin rəsmi köməkçisi və televiziyada yüzlərlə verilişdən qonorar alır bu "bala Rövşən'...

İstənilən şəxs bu yazını oxuyandan sonra Həmidağayla ( Həmid) əlaqə saxlayıb ondan tərcümeyi-halını yazıb göndərməsini xahiş etsə o bunu bacarmayacaq. Elementar vatsap yazışmalarında bir cümləni doğru - dürüst yaza bilməyən Həmidağa bəs bu qədər vəzifəni necə tutub? Görünür bir neçə il əvvəl AzTv - də yoxlamalar olanda birinci sədri satdığına görə yuxarı dairələrdən bərk tapşırılıb. Hər halda Rövşən Məmmədovun bütün maliyyə maxinasiyalarını məhz Həmidağadan yaxsı bilən yoxdur.

Həmidağa "tendensiyası"

Azərbaycan radiosunda çalışan xanım mənbəmizin verdiyi məlumata görə bu gün AzTv-də günləri qara olub. Dünyaca məşhur yarışma “Düşən pullar” televiziya şousunun çəkilişində iştirak etmək üçün radio və televiziyanın əməkdaşlarını hər dəfə çəkilişə məcburi qaydada aparırlar. Çəkiliş meydançasının Güzdək qəsəbəsində olması da ora gedən günü "qara" işçiləri bir tərəfdən daha da dilxor edib. Həmidağa radio və televiziyada tapşırıq verib ki, kim çəkilişlərə tamaşaçı qismində gəlməsə ona izahat yazdırılacaq. Buna bir növ Həmidağa "tendensiyası" da desək, yanılmarıq!

Görünür toxun acdan xəbəri yoxdur. Əməkdaşları məcburi çəkilişə aparan Həmidağa ayda 5-6 min AZN qonarar alır. Ora cəkilişə gedənləri isə kolbasa çörək və bir şüşə suyla aldadır. Bir daha qeyd edirik ki , Həmidağanın qonorardan da əlavə yüksək rəsmi maaşı var. Nə Həmidağanın nə də Həmidağanın rəhbəri Rövşən Məmmədovun qətiyyən əməkdaşlarından xəbəri yoxdur.

Digər bir mənbəmiz də məlumat verir ki, orada çalışan texniki işçilərin və redaktorların aldığı qonorar minumum əməkhaqqından da aşağıdır!!! Halbuki dövlət rəsmi qaydada minimum əməkhaqqını elan edib.

Televiziya sahəsində çalışan və televiziyada heç bir uğura imza atmayan bəzi həmkarlarımız bu gün AzTv-də Rövşən Məmmədovun rəhbərliyi altında qaz vurub qazan doldururlar. Görünür, Rövşən Məmmədovun haqqında yazılanlar bəzi aidiyyatı orqanlar tərəfindən hələ də ciddi nəzarətdə saxlanılmır. Bu boyda dövlət televiziyasının sükanının tapşırıldığı fərdin daha hansı oyunlardan çıxması barədə növbəti yazılarımızda...

P S. Amma sonda da qeyd edək: bu o demək deyil ki , Rövşən Məmmədov və onun komandası , həyat yoldaşının əmisi və digər aidiyyaysız adamlar AzTv-nin altından girib üstündən cıxmalıdırlar. Dövlət siyasətinin təbliğat maşınında naşı şofer oturub!

Ramiq İlyaslı

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə

10-08-2023, 19:23

Siyasi fəal Afiəddin Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb

Sosial / Hadisə

29-06-2023, 11:00

Fransada AzTV-nin əməkdaşlarına hücum olub, onlar silahla hədələnib

Sosial / Hadisə

18-06-2023, 15:53

AzTV açıqlama yaydı: "Avtomobil yandıracayıq"

Sosial

23-04-2023, 09:03

"Kriminal işlə siyasəti qarışdırmaq olmaz"

Sosial / Hadisə

31-03-2023, 07:31

Daha bir tiktoker həbs olundu

Gündəm / Sosial

13-12-2021, 11:01

General Rövşən Əkbərovun məhkəməsinin vaxtı məlum olub

Sosial

18-08-2021, 16:33

İcra başçısının oğlu işdən çıxarılıb

Sosial

5-07-2021, 11:05

General Rövşən Əkbərov hakim qarşısına çıxarılacaq

Sosial

17-05-2021, 10:49

AzTV-də aparılan yoxlamalar barədə açıqlama

Gündəm / Siyasət / Sosial / Hadisə

16-03-2021, 08:25

General Rövşən Əkbərov həbs olundu

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Müsahibə / Video

1-02-2021, 21:33

Prezident İlham Əliyev AZTV-yə müsahibə verib - VİDEO

Gündəm / Sosial / Video

3-09-2020, 21:36

Rövşən Pənahov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Son xəbərlər
  • Dün, 21:33
    Azərbaycanda “Kərimə” adlı dövlət qurmaqda ittiham olunan 6 nəfərə hökm oxunub
  • Dün, 20:41
    Erdoğan: “Yenidən namizəd olmaq fikrim yoxdur”
  • Dün, 20:37
    Əli Kərimlinin Daha Bir Mühafizəçisi və Sürücüsü Həbs Olundu
  • Dün, 14:26
    Masallıda 15 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
  • Dün, 14:23
    Litva Gürcüstan diplomatları və rəsmiləri üçün vizasız rejimi ləğv etdi
  • Dün, 13:13
    Vaşinqtonda İsrail Səfirliyinin İki Əməkdaşı Qətlə Yetirilib
  • Dün, 01:48
    ABŞ konqresmeni İlham Əliyevə müraciət edib: Fərid Mehralızadənin azad olunmasını tələb edir
  • Dün, 01:36
    Sabiq maliyyə rəisinə 143 milyonluq mənimsəmə işi üzrə 11 il həbs cəzası verildi
  • Dün, 01:22
    Viktor Yanukoviçin keçmiş müşaviri Andriy Portnov Madriddə güllələnib
  • 21-05-2025, 22:18
    Azərbaycanın Tehrandakı Səfirliyinə Hücum Edən Şəxs Edam Olundu
  • 21-05-2025, 13:50
    Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb
  • 21-05-2025, 13:46
    Məhkəmə Azər Qasımlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib
  • 21-05-2025, 12:54
    Qurbanlıq heyvanın kəsimi zamanı bu tələblərə əməl edilməlidir – AQTA-dan xəbərdarlıq
  • 20-05-2025, 22:30
    Polşa Azərbaycana göndərilən “Boeing” təkərlərini müsadirə edib
  • 20-05-2025, 22:20
    Azərbaycanlı doktorant Fazil Qasımov 10 gündür həbsdə aclıq aksiyası keçirir
  • 20-05-2025, 20:59
    İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
  • 20-05-2025, 20:56
    Prokuror “Abzas Media işi” üzrə ağır cəzalar tələb etdi
  • 20-05-2025, 20:52
    Apelyasiya məhkəməsi Tofiq Yaqublu ilə bağlı saxta hökmü qüvvədə saxladı
  • 20-05-2025, 18:30
    Prezident İlham Əliyev Macarıstanda səfərdədir
  • 20-05-2025, 18:27
    Şamaxıda Quldurluq Hadisəsi: 10 Kiloqram Qızıl Əldə Edən Dəstə Saxlanılıb
  • 20-05-2025, 18:20
    16 yaşlı arvadını öldürüb Kürə atdı
  • 20-05-2025, 17:10
    Prezidentdən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA
  • 20-05-2025, 12:32
    İqbal Əbilova 18 il həbs cəzası verildi
  • 20-05-2025, 02:43
    Azərbaycanda 365-dən çox siyasi məhbus var
  • 19-05-2025, 19:08
    Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
  • 19-05-2025, 18:43
    İcra başçıları nə qədər maaş alır?
  • 19-05-2025, 18:29
    Anar Məmmədlinin məhkəmə prosesi başlayır
  • 19-05-2025, 18:23
    Başıbəlalı sədrin oğlu da işini itirdi
  • 19-05-2025, 16:11
    Sumqayıtda “Range Rover” 32 yaşlı qazini vurdu: Vəziyyəti ağırdır
  • 19-05-2025, 15:45
    “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
  • 19-05-2025, 15:38
    Prezident İlham Əliyev hərbi xidmətlə bağlı Sərəncam imzalayıb
  • 19-05-2025, 15:34
    “AzerGold” QSC-də IE Universiteti tərəfindən dayanıqlı inkişaf mövzusunda təlim keçirilib
  • 19-05-2025, 02:23
    Lənkəranda baş verən iki yol qəzasında 10 nəfər yaralanıb – Xəstəxanadan açıqlama
  • 18-05-2025, 23:14
    Ülviyyə Əli: “ 1 sutka ərzində 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam!”
  • 18-05-2025, 22:25
    Ədliyyə Nazirliyinin idarə rəisinin avtomobili SAXLANILDI
Daha çox
Çox oxunanlar
17-05-2025, 19:42
Gəncədə vəhşicəsinə döyülən məktəbli ölüb
16-05-2025, 20:46
İmişlidə dəhşətli hadisə: 15 yaşlı məktəbli qız ölü tapıldı
17-05-2025, 20:03
Başlıq: Xırdalanda Amansız Qətl: 36 yaşlı şəxs şah damarından bıçaqlanaraq öldürüldü
17-05-2025, 16:54
20 may saat 15:00-da Bakı Apelliyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində qərarını elan edəcək
18-05-2025, 22:25
Ədliyyə Nazirliyinin idarə rəisinin avtomobili SAXLANILDI
19-05-2025, 02:23
Lənkəranda baş verən iki yol qəzasında 10 nəfər yaralanıb – Xəstəxanadan açıqlama
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Dün, 20:37
Əli Kərimlinin Daha Bir Mühafizəçisi və Sürücüsü Həbs Olundu
Dün, 01:48
ABŞ konqresmeni İlham Əliyevə müraciət edib: Fərid Mehralızadənin azad olunmasını tələb edir
21-05-2025, 13:46
Məhkəmə Azər Qasımlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib
20-05-2025, 22:30
Polşa Azərbaycana göndərilən “Boeing” təkərlərini müsadirə edib
20-05-2025, 22:20
Azərbaycanlı doktorant Fazil Qasımov 10 gündür həbsdə aclıq aksiyası keçirir
20-05-2025, 20:56
Prokuror “Abzas Media işi” üzrə ağır cəzalar tələb etdi
Sosial
Sabiq maliyyə rəisinə 143 milyonluq mənimsəmə işi üzrə 11 il həbs cəzası verildi
Məhkəmə Azər Qasımlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib
Qurbanlıq heyvanın kəsimi zamanı bu tələblərə əməl edilməlidir – AQTA-dan xəbərdarlıq
Azərbaycanlı doktorant Fazil Qasımov 10 gündür həbsdə aclıq aksiyası keçirir
Prokuror “Abzas Media işi” üzrə ağır cəzalar tələb etdi
16 yaşlı arvadını öldürüb Kürə atdı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə