USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Avropa Parlamenti komitəsinin Azərbaycanla bağlı qəbul etdiyi hesabatları pisləyib

Siyasət

1-12-2023, 11:57

Avropa Parlamenti komitəsinin Azərbaycanla bağlı qəbul etdiyi hesabatları pisləyib
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir.

Hesabatda çoxlu sayda köhnəlmiş, hətta artıq Ermənistanın belə istifadə etmədiyi terminologiyanın yer alması onu deməyə əsas verir ki, Avropa Parlamentinin bölgədəki reallıqlardan heç bir anlayışı yoxdur. Avropa Parlamentində olan həmkarlarımıza xatırladırıq ki, “Dağlıq Qarabağ münaqişəsi”, “Laçın dəhlizi” kimi artıq keçmişdə qalmış məsələlərə istinad olunması tamamilə məntiqsizlikdir.

Avropa Parlamentinin deputatlarının Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı çağırışı təhlükəli geosiyasi rəqabətin Cənubi Qafqaz regionuna gətirilməsi cəhdi kimi yolverilməzdir və onların bəlli dairələrin Azərbaycana qarşı düşmənçilik fəaliyyətində alətə çevrildiyini göstərir.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəliyin məhz Ermənistan tərəfindən yerinə yetirilməməsi bu hesabatların müəlliflərinə çox yaxşı məlumdur. Bununla belə, bu müddət ərzində Ermənistanın dağıdıcı əməlləri Avropa Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən pislənilməmişdir.

Qəbul edilmiş sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların yer alması Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin məsələlərə ikili standartlar, dini və etnik simpatiya əsasında yanaşmasının, korrupsiyaya bulaşmasının bariz göstəricisidir. Azərbaycan özünün suveren ərazilərində “boz zona”ya son qoyulması məqsədilə əməliyyat aparmağa görə heç kimdən icazə almır.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə bağlı narahatlıqlarını ifadə edən, onların hüquqlarının pozulduğunu iddia edən komitə Ermənistandan, habelə vaxtilə işğal edilən Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasına, Xocalı soyqırımının törədilməsinə və Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasına susmaqla Azərbaycanofobiya və İslamofobiya siyasətlərini bir daha sübut etmiş oldular.

Qarabağda guya ermənilərə aid olan mədəni irsin qorunmasını utanmadan təşviq edən, özlərini “demokratiya keşikçiləri” sayan deputatlara məsləhət görərdik ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə və saxtalaşdırmağa yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərinə diqqət yetirsinlər. Uzun illər ərzində Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsə qarşı törədilmiş kulturisidin araşdırılması üçün bu ölkəyə YUNESKO missiyasının göndərilməsini tələb etsinlər.

Avropalı deputatlar öz məsuliyyətsiz hərəkətləri ilə Azərbaycanın tarixi qələbəsi nəticəsində bölgədə yaranmış və beynəlxalq hüquqa tam uyğun olan yeni reallıqlar əsasında sülh prosesinə əngəllər törədirlər.

Sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışlarına gəldikdə isə, avropalı həmkarlarımız başa düşməlidirlər ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq, onu təhdid etmək heç bir nəticə verməyəcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin hazırladığı sözügedən kağız parçalarının heç bir hüquqi qüvvəsinin və çəkisinin olmadığını bildirir və Azərbaycan əleyhinə fəaliyyətə son qoyulmasını tələb edir”.

Paylaş:
Digər xəbərlər

Siyasət

23-10-2023, 22:16

Parlament Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədrinin bəyanatına etiraz edib

Siyasət

22-09-2023, 22:36

Qarabağın erməni icması ilə görüşdə Azərbaycanı təmsil edən Ramin Məmmədov kimdir? - Dosye

Siyasət / Sosial

2-08-2023, 23:12

Vasif Talıbov və oğlu Seymura vəzifə verildi

Siyasət

22-06-2023, 14:54

Azərbaycanla Ermənistan arasında münasibətlər Avropa İttifaqı Beynəlxalq Məsələlər Şurasının iclasında müzakirə olunacaq

Siyasət

21-02-2023, 09:28

Aİ-nın müşahidəçi missiyası Ermənistanın Azərbaycanla sərhədində işə başlayır

Gündəm / Siyasət / Hadisə / Araşdırma

20-01-2023, 22:43

Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Gündəm / Siyasət / Hadisə

20-01-2023, 10:21

Avropa parlamenti Azərbaycana tələblər irəli sürüb

Siyasət / Sosial

2-12-2022, 19:45

Bəzi deputatlara yeni vəzifə verilib

Siyasət

15-03-2022, 07:50

"Avropa Parlamenti ədalətsiz qurumdur"

Siyasət

15-03-2022, 10:48

“Ermənistan 30 illik işğalı zamanı Azərbaycana məxsus mədəni irsi tamamilə məhv edib"

Gündəm / Siyasət

25-01-2022, 17:38

Avropa Məhkəməsi ötən il Azərbaycanla bağlı 79 qərar çıxarıb

Siyasət

10-12-2021, 08:12

Milli Məclisdən Kiprə etiraz

Son xəbərlər
  • Dün, 19:50
    "Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi
  • Dün, 14:29
    Həmkarlar ittifaqı fəalı Elvin Mustafayevə qarşı yeni cəza: ümumi rejimdən ciddi rejimə
  • Dün, 14:26
    Prezident İlham Əliyev Neft Fondunun 2024-cü il büdcəsinin icrasına dair sərəncam imzalayıb
  • Dün, 14:24
    Araz Əliyevin ölkədən çıxışına qoyulan qadağa ləğv edilib
  • Dün, 14:21
    İqtisadçı Natiq Cəfərli: “Azərbaycan vətəndaşı ölkəsinə niyə quru yolla qayıda bilmir?!”
  • Dün, 14:18
    Siyasi məhbusdan xalqına çağırış: “Susmaq – daha 30 il özünü aldatmaqdır”
  • Dün, 14:14
    PKK silahlarını yerə qoyur – Tarixi proses başladı
  • 10-07-2025, 20:57
    DTX “Vaqner”lə əlaqədə ittiham olunan iki nəfəri həbs etdi
  • 10-07-2025, 20:43
    Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan görüşü başa çatdı: Zəngəzur dəhlizi və sülh razılaşması müzakirə olunub
  • 10-07-2025, 17:19
    Tolikə qarşı məhbus ailələrinin şikayəti məhkəmə tərəfindən icraata götürülmədi
  • 10-07-2025, 16:49
    DİN: “6 ayda 103 kriminal qrup zərərsizləşdirilib”
  • 10-07-2025, 16:46
    Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri görüşüblər
  • 10-07-2025, 16:43
    Naxçıvanda muxtariyyətin səlahiyyətləri ləğv olunur – Konstitusiyaya mühüm dəyişikliklər təsdiqləndi
  • 10-07-2025, 14:59
    “QHT işi” üzrə həbs olunanların qətimkan tədbiri uzadıldı
  • 9-07-2025, 21:45
    Beynəlxalq Cinayət Məhkəməsi Taliban lideri Heybətullah Axundzadə barəsində həbs qərarı çıxardı
  • 9-07-2025, 21:36
    Rusiya Elşən İbrahimovu deportasiya etdi
  • 9-07-2025, 21:33
    Paşinyanın BƏƏ-yə səfəri başlayıb – Əliyevlə görüş gözlənilir
  • 9-07-2025, 21:26
    Jurnalist Ramin Deko yenə həbsdə qaldı
  • 9-07-2025, 16:25
    Hüquq müdafiəçisi Fikrət Cəfərli təqsirləndirilən şəxs kimi tanınıb
  • 9-07-2025, 16:20
    Hüquq müdafiəçisi Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında cinayət işi başlanıb
  • 9-07-2025, 16:13
    Bakıdan sərt reaksiya - İran səfiri: “Xankəndi Kommünikesi” rəsmi Tehranın mövqeyini əks etdirmir
  • 9-07-2025, 16:08
    Almaniya Çin hərbi gəmisini lazer hücumunda ittiham edir – Pekin təkzib edir
  • 9-07-2025, 15:39
    AİHM: MH17 təyyarəsini Rusiya vurub, 298 nəfərin ölümünə görə məsuliyyət daşıyır
  • 9-07-2025, 15:30
    Prezident İlham Əliyev BƏƏ-də işgüzar səfərdədir
  • 9-07-2025, 13:01
    Xaçmazda şaftalı və nektarin yığımına start verildi – məhsul bol, satış zəif
  • 9-07-2025, 12:53
    Abdullah Öcalan PKK-nın buraxıldığını elan etdi: 1999-dan bəri ilk videogörüntü
  • 9-07-2025, 12:48
    Hüquq müdafiəçisinə qarşı xüsusi ittiham üzrə cinayət işi icraata götürüldü
  • 8-07-2025, 20:52
    Akif Qurbanov məhkəmədə: “Dövlət bir ailənin mülkiyyəti ola bilməz”
  • 8-07-2025, 20:46
    Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
  • 8-07-2025, 20:42
    Məhkəmə Ülviyyə Əlinin də apellyasiya şikayətini təmin etmədi
  • 8-07-2025, 16:55
    Aysel Umudovanın apellyasiya şikayəti təmin olunmayıb
  • 8-07-2025, 15:05
    DTX kibermüdaxilə əməliyyatı keçirdi – Xaricdən müşahidə kameralarına icazəsiz qoşulma halları aşkarlanıb
  • 8-07-2025, 14:55
    Çin Almaniyanın hərbi təyyarəsinə lazerlə hücum edib – Almaniya XİN
  • 8-07-2025, 14:53
    Hacı Vəliyevin səhhəti ağırlaşıb – 16 gündür aclıq aksiyası keçirir
  • 8-07-2025, 14:02
    Azərbaycanda kazinolar leqallaşdırıldı – Yalnız Xəzərdə süni torpaq sahələrində
Daha çox
Çox oxunanlar
7-07-2025, 21:44
Araz Musayevdən Eduarta sərt cavab: “Ged, əvvəl adını milliləşdir!“
7-07-2025, 00:11
Astarada pir yanıb
8-07-2025, 13:50
Almaniyadan Azərbaycana kütləvi deportasiya
5-07-2025, 14:55
Ukraynanın qatı tərəfdarı olan ABŞ generalı NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı təyin olunub
5-07-2025, 13:22
​“AzerGold” qiymətli metalların yerli və xarici bazarlarda satışını uğurla davam etdirir
7-07-2025, 11:46
Qaxda istirahətə gedən iş adamının meyiti tapılıb
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Dün, 14:29
Həmkarlar ittifaqı fəalı Elvin Mustafayevə qarşı yeni cəza: ümumi rejimdən ciddi rejimə
Dün, 14:24
Araz Əliyevin ölkədən çıxışına qoyulan qadağa ləğv edilib
Dün, 14:21
İqtisadçı Natiq Cəfərli: “Azərbaycan vətəndaşı ölkəsinə niyə quru yolla qayıda bilmir?!”
Dün, 14:18
Siyasi məhbusdan xalqına çağırış: “Susmaq – daha 30 il özünü aldatmaqdır”
10-07-2025, 17:19
Tolikə qarşı məhbus ailələrinin şikayəti məhkəmə tərəfindən icraata götürülmədi
10-07-2025, 16:43
Naxçıvanda muxtariyyətin səlahiyyətləri ləğv olunur – Konstitusiyaya mühüm dəyişikliklər təsdiqləndi
Sosial
Həmkarlar ittifaqı fəalı Elvin Mustafayevə qarşı yeni cəza: ümumi rejimdən ciddi rejimə
Naxçıvanda muxtariyyətin səlahiyyətləri ləğv olunur – Konstitusiyaya mühüm dəyişikliklər təsdiqləndi
Jurnalist Ramin Deko yenə həbsdə qaldı
Hüquq müdafiəçisi Fikrət Cəfərli təqsirləndirilən şəxs kimi tanınıb
Hüquq müdafiəçisi Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında cinayət işi başlanıb
Məhkəmə Ülviyyə Əlinin də apellyasiya şikayətini təmin etmədi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə