Das geheime Imperium von Beylar Eyubov: Vom Präsidentenwächter zu Millionenvillen

Beylar Eyubov, Leiter des Sicherheitsdienstes des Präsidenten von Aserbaidschan, gehört zu den wenigen Personen im Land, die ständigen und direkten Zugang zum Staatsoberhaupt haben. Seit über zwanzig Jahren sorgt er für die Sicherheit von Ilham Aliyev – und zuvor von Heydar Aliyev. Eyubov fällt jedoch nicht nur durch seine politische Stellung, sondern auch durch das Vermögen seiner Familie auf.
Eine Recherche von Foto.info.az zeigt, dass seine Familie in Großbritannien und Dubai Immobilien im Wert von mindestens 160 Millionen US-Dollar besitzt.
Drei Villen in einer Londoner NobelstraßeDokumente, die vom OCCRP und dessen Partnern erlangt wurden, belegen, dass Eyubovs Ehefrau Zöhra Sultanova und seine Tochter Elvira Eyubova zwischen 2007 und 2018 über Offshore-Firmen drei Villen in der prestigeträchtigen Courtenay Avenue im Norden Londons erworben haben:
Somerlese – 2014 für 17 Millionen Pfund gekauft, abgerissen und durch einen neuen Palast mit Hallenbad, Kino, Fitnessraum und Weinkeller ersetzt.
Branksome – 2018 für 15 Millionen Pfund erworben und umgebaut; mit Aufzug und Pool ausgestattet.
Beaulieu – 2015 für 31 Millionen Pfund gekauft und als „prächtige neue Villa“ erhalten.
Darüber hinaus besitzt Elvira Eyubova in London zwei Penthäuser, mehrere Wohnungen sowie Häuser in Canterbury und Dorset.
Mehr als zehn Villen und Büroflächen in DubaiLaut durchgesickerten Immobilienregistern verfügt die Familie Eyubov in Dubai über Villen in Luxuslagen wie der Palm Jumeirah und den Jumeirah Islands:
Vier Villen am „C Frond“ – eine im Besitz Eyubovs, eine seiner Ehefrau, eine seines Sohnes, eine mit unbekanntem Status.
Zwei Villen am „E Frond“ – im Besitz der Töchter Elvira und Semra.
Eine Villa am „A Frond“ – an seinen Bruder Rafiq Hasanov übertragen.
Eine Villa auf den „Jumeirah Islands“ – inzwischen verkauft.
Büro- und Geschäftsflächen im „Smart Heights“ und „O2 Residence“.
Rätselhafte EinkommensquellenOffiziellen Angaben zufolge hat Eyubovs Jahresgehalt nie mehr als 22.000 US-Dollar betragen. Weder die frühere Anstellung seiner Ehefrau am Botanischen Institut noch die Tätigkeit seiner Tochter als „Life Coach“ erklären den Aufbau dieses Vermögens.
2007 erhielt Eyubovs Firma auf den Britischen Jungferninseln 250.000 US-Dollar von einer neuseeländischen Offshore-Gesellschaft, die mit Geldwäsche in Verbindung gebracht wird. Die Herkunft des Geldes wurde nicht offengelegt.
Verbindungen zu einem georgischen UnternehmerRecherchen zeigen auch enge geschäftliche Beziehungen der Familie Eyubov zu Sulkhan Papashvili, dem ehemaligen Leiter des georgischen Staatsschutzes und heutigen Unternehmer:
Das Hotel „Le Port“ in Batumi gehört zu je 50 % Sultanova und Papashvili; das Startkapital soll von Eyubovs Bruder Rafiq Hasanov gekommen sein.
Das bekannte „Catalyst Cafe“ in London und das dazugehörige Gebäude gehören über die Firma „Beangreen Limited“ gemeinsam der Familie Eyubov und Papashvili.
Der Umbau und die Verwaltung der Londoner Villen der Eyubovs wurden von Firmen aus Papashvilis Umfeld durchgeführt.
Papashvili weist jegliche Vorwürfe von Rechtsverstößen oder Interessenkonflikten zurück.
Politische Position und wirtschaftlicher AufstiegIn der Sowjetzeit arbeitete Eyubov als Polizist in Nachitschewan. Nachdem er in den 1990er Jahren ein Mitglied der Familie von Heydar Aliyev heiratete, wurde er zum Leiter des Personenschutzes des Präsidenten ernannt. Seitdem gilt er als treuer Vertrauter der herrschenden Familie und als eine der einflussreichsten Persönlichkeiten des Landes.
FazitDer Wert der Immobilien im Besitz der Familie Eyubov steht in krassem Gegensatz zu ihren offiziell ausgewiesenen Einkünften. Die Herkunft des Geldes, die Rolle von Offshore-Konstrukten und internationale Geschäftsbeziehungen bleiben weiterhin im Dunkeln.
------------------------------------------------
Bəylər Eyyubovun gizli imperiyası: Prezidentin mühafizəçisindən milyonluq malikanələrə
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov — ölkədə azsaylı şəxslərdən biridir ki, dövlət başçısına daimi birbaşa çıxış imkanı var. İyirmi ildən artıqdır İlham Əliyevin və ondan əvvəl Heydər Əliyevin təhlükəsizliyini təmin edən Eyyubov yalnız siyasi mövqeyi ilə deyil, ailəsinin topladığı sərvətlərlə də diqqət çəkir.
Foto.info.az jurnalist araşdırması onun ailəsinin Böyük Britaniya və Dubayda ən azı 160 milyon dollar dəyərində daşınmaz əmlaka sahib olduğunu üzə çıxarıb.
Londonun elit küçəsində üç malikanəOCCRP və tərəfdaşlarının əldə etdiyi sənədlər göstərir ki, Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova və qızı Elvira Eyyubova 2007–2018-ci illərdə ofşor şirkətlər vasitəsilə Şimali Londonun prestijli Courtenay prospektində üç malikanə alıblar:
Somerlese – 2014-cü ildə 17 milyon funt sterlinqə alınıb, sökülərək yerində qapalı hovuz, kinoteatr, idman zalı və şərab zirzəmisi olan yeni saray tikilib.
Branksome – 2018-ci ildə 15 milyon funt sterlinqə alınıb, yenidən inşa olunub, lift və hovuz əlavə edilib.
Beaulieu – 2015-ci ildə 31 milyon funt sterlinqə alınıb, “möhtəşəm yeni malikanə” kimi saxlanılıb.
Elvira Eyyubovanın ayrıca Londonda iki penthausu, bir neçə mənzili və Kenterberi ilə Dorsetdə evləri var.
Dubayda ondan çox villa və ofis sahəsiSızdırılmış əmlak reyestrlərinə əsasən, Eyyubov ailəsi Dubayda Palm Jumeirah və Jumeirah Islands kimi lüks zonalarda villalara sahibdir:
“C Frond”da 4 villa – biri Eyyubovda, biri həyat yoldaşında, biri oğlunda, biri isə naməlum statusda.
“E Frond”da 2 villa – qızları Elvira və Səmranın adına keçib.
“A Frond”da villa – qardaşı Rafiq Həsənovun adına ötürülüb.
“Jumeirah Islands”da villa – satılıb.
Ofis və ticarət sahələri – “Smart Heights” və “O2 Residence”da yerləşir.
Gəlirin sirli mənbələriRəsmi məlumatlara görə, Eyyubovun illik maaşı heç vaxt 22 min dolları keçməyib. Həyat yoldaşının keçmiş iş yeri Botanika İnstitutu, qızının isə yaşam koçu fəaliyyəti göstərməsi bu sərvətin necə toplandığına izah vermir.
2007-ci ildə Eyyubovun Britaniya Virciniya adalarındakı şirkəti, çirkli pulların yuyulması ilə əlaqələndirilən Yeni Zelandiya ofşorundan 250 min dollar alıb. Pulun mənşəyi açıqlanmayıb.
Gürcü iş adamı ilə əlaqələrEyyubov ailəsinin Gürcüstanın keçmiş dövlət mühafizə rəisi və indiki iş adamı Sulxan Papaşvili ilə yaxın biznes əlaqələrini də göstərir:
Batumidəki “Le Port” otelinin 50%-i Sultanovaya, 50%-i Papaşviliyə məxsusdur. İlkin sərmayənin Eyyubovun qardaşı Rafiq Həsənovdan gəldiyi bildirilir.
Londondakı məşhur “Catalyst Cafe” və yerləşdiyi bina “Beangreen Limited” şirkəti vasitəsilə Eyyubov ailəsi və Papaşviliyə ortaqdır.
Eyyubovların London malikanələrinin təmiri və idarəsi Papaşvilinin tərəfdaşlarının şirkətləri tərəfindən həyata keçirilib.
Papaşvili tərəfi hər hansı qanunsuzluq və ya maraqların toqquşması iddialarını rədd edir.
Siyasi mövqe və iqtisadi yüksəlişSovet dövründə Naxçıvanda milis işçisi olan Eyyubov, Heydər Əliyevin qohumu ilə ailə qurduqdan sonra 1990-cı illərdə Prezidentin Mühafizə Xidmətinə rəhbər gətirilib. O vaxtdan bəri hakim ailəyə sadiqliyini qoruyub və ölkənin ən nüfuzlu fiqurlarından biri kimi tanınıb.
NəticəEyyubov ailəsinin mülkiyyətindəki əmlakların dəyəri, onların rəsmi gəlirləri ilə müqayisədə kəskin uyğunsuzluq göstərir. Pulun mənbəyi, ofşor strukturlar və beynəlxalq biznes əlaqələri isə hələ də qaranlıq qalır.