USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Şəhidlər Xiyabanında təhqiredici videolar çəkdiyi iddia edilən üç ərəb turist həbs olunub.
Avqustun 18-də Səbail Rayon Məhkəməsi onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Sosial şəbəkələrdə yayılan videolarda turistlərin Şəhidlər Xiyabanında məzarlara baxaraq gülməsi və müxtəlif hərəkətlər etməsi əks olunub. Paylaşımlardan sonra videolar Azərbaycan seqmentində tənqid və narazılıqla qarşılanıb.
Turistlərin Cinayət Məcəlləsinin “qəbirlər üzərində təhqiredici hərəkət” maddəsi ilə ittiham olunduğu bildirilir. Saxlanılan şəxslərin bu ittihama münasibəti hələ açıqlanmayıb.