Azərbaycanda narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı son illərdə artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 4 967 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata düşüb. Müqayisə üçün, bu göstərici 2023-cü ildə 3 796, 2020-ci ildə isə 2 723 nəfər olub.
Ümumilikdə, 2024-cü ildə narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyata alınanların sayı 40 490 nəfərə çatıb. 2023-cü ildə bu rəqəm 36 659 nəfər təşkil edib.
Hesabata görə, ötən il tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik qəbulu səbəbindən qeydiyyata alınıb. Bundan əlavə, alkoqolizm və alkoqol psixozu ilə müraciət edənlərin sayı 2024-cü ildə 9 578 nəfər olub.
Rəsmi statistika, ölkədə həm narkotik, həm də digər psixoaktiv maddələrin istifadəsi ilə bağlı vəziyyətin pisləşdiyini göstərir.