USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı, 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviç ölkəsinə təhvil verilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, o, Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə beynəlxalq axtarışa elan olunmuşdu. İbronov 2025-ci ilin may ayında Azərbaycanda saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Mütəhim, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.