USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Gürcüstanda Azərbaycan vətəndaşı dövlət sərhədini qanunsuz keçdiyinə görə saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 27 yaşlı Ç.G. sərhəd nəzarətindən yayınaraq ölkənin dövlət sərhədini qanunsuz şəkildə keçib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu Tbilisi–Marneuli yolunda avtomobil idarə edərkən saxlayıblar. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi üzrə cinayət işi başlanıb. Həmin maddə sərhədi qanunsuz keçməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hazırda istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.