"Abzas Media" onlayn nəşrinin baş redaktoruna Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçalmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb, - vəkil Elçin Sadıqov Turan-a bildirib.
O, şübhəli kimi 48 saat saxlanılıb. Vəkilin sözlərinə görə, Vaqifqızıya qarşı heç bir dəlil yoxdur.
Bu günun ikinci yarısında müəyyən istintaq hərəkətləri aparılacaq, axşam isə Xətai Rayon Məhkəməsi istintaqın həbs barədə təqdimatına baxacaq.
Vaqifqızının həmkarlarının sözlərinə görə, o, saxlanma zamanı polis zorakılığına məruz qalıb. Bundan sonra Vaqifqızı həmkarlarına səhhətinin pis olduğunu, ürəkbulanması olduğunu bildirib.
Qeyd edək ki, dünən “Abzas Media”nın direktoru Ülvi Həsənli də Cinayət Məcəlləsinin eyni maddəsilə saxlanılıb.
Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi 7 ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Vaqifqızı ona qarşı irəli sürülən ittihamları rədd edib.
Görünür, istintaqın əsas "sübutu" “Abzas Media”nın ofisindəki şkafda "aşkar edilmiş" 40 min avro olacaq