USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Tofiq Yaqublu və Maya Yaqublunun aclıq aksiyasına dəstək güclənir

Gündəm / Sosial / Hadisə

8-01-2023, 15:40

Tofiq Yaqublu və Maya Yaqublunun aclıq aksiyasına dəstək güclənir

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun yanvarın 5-də başladığı aclıq aksiyasl genişlənməkdədir. Aksiyaya daha iki nəfər qoşulub.

Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu aclığa başladığını bildirib.

Maya Yaqublu yanvarın 8-də Amerikanın Səsinəı bildirib ki, Tofiq Yaqubluya dəstək məqsədi ilə dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin əməkdaşı Seymur Əhmədsoy və AXCP fəalı Elnur Quliyev onların yaşadığı evə gələrək aclıq aksiyasına qoşulub.

“Aclıq aksiyasına qoşulmaq üçün çoxsaylı insanlar müraciət edib. Onlar Müsavat Partiyasının qərargahında aclığa başlayacaqlarını bildirib. Həmçinin ölkənin regionlarından da fəallar aclıq aksiyasına qoşulacağını bildirib”, Maya YaqubluTurana deyib.

AXCP sədri Əli Kərinli bildirib ki, ölkənin mübariz insanları Tofiq Yaqublunun məhv edilməsinə seyrçi qalmayacaq.

“Etiraz hərəkatı genişlənəcək və bütün ölkə Tofiq bəyə azadlıq tələb edəcək. İlham Əliyev də bilməlidir ki, Tofiq Yaqublunun həyatına görə şəxsən məsuliyyət daşıyır. Tofiq Yaqubludan əl çəkin!” o facebook səhifəsində qeyd edib.



Yanvarın 8-də vəkil Nemət Kərimli Binəqədidəki inzibati qaydada həbs edilən şəxslərin saxlandığı təcridxanada T.Yaqubluya baş çəkib.

“Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. O, çox halsız idi. Buna baxmayaraq, Tofiq Yaqublu mübarizəsini davam etdirəcəyini bildirib”, deyə vəkil Turan-a bildirib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu yanvarın 5-dən aclıq etdiyni bildirib.

Yanvarın 7-də Maya Yaqublu Daxili İşlər Nazirliynin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində həyat yoldaşına baş çəkib.

“Biz şüşə arakəsmənin arxasından bir-birimizlə danışdıq. Orada mikrofon işləmirdi deyə bir-birimizi eşitmirdik. 10 dəqiqəyədək danışdıq, amma bir-birimizi zorla başa düşürdük. O elə bir insandır ki, səhhəti pis də olsa demir. Qan təzyiqi qalxıbmış, həkim dərman verib. O həkimin yanından çıxıb mənimlə görüşə gəldi”.

Tofiq Yaqublu bilidrib ki, onun haqq sözü eşidilməyincə aclığı davam etdirəcək.

“Mən də onun dedikləri ilə razıyam və ona qoşularaq bu gündən aclıq elan edirəm”, Maya Yaqublu Turana deyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiya ilə bağlı həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

7-01-2023, 18:49

Tofiq Yaqublunun xanımı Maya Yaqublu da bu gündən aclıq aksiyasına başlayıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

6-01-2023, 01:05

Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

Gündəm / Siyasət / Sosial

23-12-2022, 19:25

Bu gün keçirilən aksiyada iştirak edən Tofiq Yaqublu 30 sutka həbs olundu

Gündəm / Sosial

17-12-2022, 19:23

Milli şuranın üzvü Tofiq Yaqublu ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-11-2022, 16:06

AXCP-nin təyin etdiyi aksiya BŞİH qarşısında davam edir. Tofiq Yaqublu saxlanıldı

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

30-09-2022, 16:26

AXCP və Milli şuranın təşkil etdiyi aksiya başlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

30-09-2022, 14:09

Razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Müsavat Partiyasının fəalı Tofiq Yaqublu saxlanıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-07-2022, 12:58

Nazirlər Kabinetinin qarşısında aksiya təşkil edən Tofiq Yaqublu saxlanıldı

Gündəm / Sosial / Hadisə

18-07-2022, 01:27

Tofiq Yaqublu 20 İyul saat 12-də Nazirlər Kabineti qarşısında aksiya təşkil edib

Gündəm / Sosial / Hadisə

1-12-2021, 22:12

DİN: "Tofiq Yaqublunun bölmədə döyülməsi iddiaları araşdırılacaq"

Gündəm / Siyasət

29-07-2021, 19:36

Tofiq Yaqublu Britanya səfirliyinə dəvət olunub

Sosial

15-07-2021, 18:08

Tofiq Yaqublu şərti azadlığa buraxıldı

Son xəbərlər
  • Dün, 20:25
    “AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
  • Dün, 17:30
    Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu
  • Dün, 15:30
    Kobaxidze: “2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik”
  • Dün, 15:28
    Ermənistan və Aİ arasında viza liberallaşdırılması planı təqdim olunub
  • Dün, 15:25
    Aytac Tapdığın nikaha girmə qadağası qüvvədə qaldı
  • Dün, 15:23
    Prezident İlham Əliyev: “Azərbaycan Ordusunun müasirləşdirilməsi prosesi davam edəcək”
  • Dün, 15:20
    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
  • Dün, 15:17
    General-mayor Bəkir Orucovun həbsi qüvvədə saxlanıldı
  • Dün, 15:14
    Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
  • Dün, 15:12
    AzTV-dəki 26 milyonluq pozuntu ilə bağlı məsələ böyüyür — Prokurorluq araşdırmaya başlaya bilər
  • Dün, 15:09
    Azərbaycanlı ekspertlər Ermənistanda keçirilən beynəlxalq konfransda iştirak ediblər
  • Dün, 00:14
    Oyun bitdi
  • 5-11-2025, 19:35
    Yevlaxda hotel otağında vəkilin meyiti tapılıb
  • 5-11-2025, 18:36
    Prezident İlham Əliyev bir qrup alimi təltif edib
  • 5-11-2025, 18:36
    Hesablama Palatası “AzTV”-də 26 milyon manatlıq maliyyə pozuntusu aşkarladı
  • 5-11-2025, 17:38
    AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
  • 5-11-2025, 16:20
    Paşinyan: “Ermənilər Qarabağa iddia irəli sürəndə, azərbaycanlılar da Yerevandan danışacaq”
  • 5-11-2025, 16:17
    Zərdabda “Qırmızı Kitab”a düşən quşları ovlayan ata və oğul saxlanılıb
  • 5-11-2025, 11:04
    Bu gün “Qarabağ” “Çelsi” ilə qarşılaşacaq
  • 4-11-2025, 16:57
    Balakən Rayon İcra Hakimiyyətinə müvəqqəti icra başçısı təyin olunub
  • 4-11-2025, 16:22
    Gəncədə 39 yaşlı qadın avtomobil tərəfindən vurulub
  • 4-11-2025, 12:41
    “Toplum TV işi”: Məhkəmədə gərginlik, şahidlər təzyiq iddialarını səsləndirdi
  • 3-11-2025, 18:36
    Azərbaycanda gələn il Aİ-95 benzini istehsal olunmayacaq — Qiymət arta bilər?
  • 3-11-2025, 18:34
    Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas edilib
  • 3-11-2025, 18:32
    Azərbaycanda əsgərlərə maaşlar kartla verilir
  • 3-11-2025, 17:04
    Prezidentin Mühafizə Xidmətində kadr islahatı: Polkovnik işdən azad edildi
  • 3-11-2025, 16:18
    AMEA-da yeni təyinat: “Gənclər Akademiyası” yaradıldı
  • 3-11-2025, 16:16
    Bir mesajla aldadırlar, bir kliklə pulunuzu oğurlayırlar — DİN-dən çağırış
  • 3-11-2025, 16:13
    İşdən çıxan polkovniklə bağlı maraqlı fakt: qardaşı oğlu 4 kq qızılla tutulmuşdu
  • 3-11-2025, 16:11
    Qaxda 125 min manatlıq oğurluq edən şəxs xarici ölkələrə istirahətə gedib
  • 3-11-2025, 16:10
    Bakıda 68 yaşlı kişi pəncərədən yıxılaraq ölüb
  • 3-11-2025, 16:05
    Şamaxıda avtomobil aşıb – xəsarət alanlar var
  • 3-11-2025, 16:04
    20 Yanvar dairəsində hərəkət sxemində dəyişiklik edilib
  • 3-11-2025, 16:02
    Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
  • 3-11-2025, 16:01
    Rusiyanın Kamçatka diyarında 5,6 bal gücündə zəlzələ olub
Daha çox
Çox oxunanlar
31-10-2025, 12:09
Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib
31-10-2025, 12:18
Ramiz Mehdiyevin gəlini vəzifəsindən azad edilib
31-10-2025, 11:58
Xaricdəki azərbaycanlı mühacir-blogerlərin ekstradisiyası istiqamətində addımlar atılır
31-10-2025, 12:03
Bəxtiyar Hacıyev: “Ramiz Mehdiyevin mənə yapışdırdığı ittihamlarla indi onu mühakimə edirlər”
31-10-2025, 12:05
Vəkillərə yeni hüquqlar verilir
31-10-2025, 15:03
“AzerGold” QSC məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
Dün, 15:25
Aytac Tapdığın nikaha girmə qadağası qüvvədə qaldı
4-11-2025, 12:41
“Toplum TV işi”: Məhkəmədə gərginlik, şahidlər təzyiq iddialarını səsləndirdi
3-11-2025, 16:13
İşdən çıxan polkovniklə bağlı maraqlı fakt: qardaşı oğlu 4 kq qızılla tutulmuşdu
3-11-2025, 13:03
Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov kimdir?
1-11-2025, 23:25
Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat – İcra başçısının müavini həbs olundu
31-10-2025, 12:03
Bəxtiyar Hacıyev: “Ramiz Mehdiyevin mənə yapışdırdığı ittihamlarla indi onu mühakimə edirlər”
Sosial
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
20 Yanvar dairəsində hərəkət sxemində dəyişiklik edilib
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Azərbaycanda demoqrafik balans pozulur: doğumlar azalır, ölümlər artır

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə