USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Aynur Elgünəş həbsxanada gördüyü dəhsətlərdən yazır

Gündəm / Siyasət / Araşdırma

24-05-2025, 00:22

Aynur Elgünəş həbsxanada gördüyü dəhsətlərdən yazır
"Həbsxana jurnalistin məhv olacağı yer deyil

28 ildə öyrənmədiyim həqiqətlər

İlk dəfə pasport alıb, evə dönəndə atamı dostları ilə yeyib-içən gördüm. Yanına gedib, fəxrlə pasportumu atama uzatdım, “bu gündən mən də müstəqiləm” dedim. Dostları təbrik etsə də, atam qaşlarını çatdı, üzü əsəbdən tutqunlaşdı. Pasportu özümə qaytarıb, yaxşı, get o biri otağa – dedi. Pərt halda otaqdan çıxmışdım ki, nənəmin tənəsinə tuş gəldim. Məni danladı, başa saldı ki, ayıb iş görmüşəm, qız uşağı “müstəqiləm” deməz. Müstəqillik özbaşınalıqmış, özbaşına adam da pis yola düşərmiş…
Nənəm çox danışdı, amma mən heç cür anlamadım ki, müstəqilliklə “pis yol”a düşməyin nə əlaqəsi var. Sonradan bu bir kəlməm nəsildə töhmət göstəricisinə çevrildi. Kim qızına əsəbiləşirdisə, “bircə o qalıb Aynur kimi “müstəqiləm” deyəsən” tənəsini vururdu.

O vaxtdan 30 ildən çox keçir. Hər dəfə hakimiyyətin danışan dili olan Mirşahinin ictimai-siyasi fəallarla bağlı sicilləmələrinə qulaq asanda nənəmi xatırlayıram. Nənəm savadsız, əyalət düşüncəli qadın idi. Görünür, təhsil, dünyagörüşü bəzi insanları dəyişməyə yetmir. Yaxud pul və dinclik hər şeydən qiymətlidir. Mənə gəlincə… 17 yaşımdan başladığım bu azadlıq davası bütün həyatım boyu davam etdi. Mən nəslin ilk şalvar geyinən, ilk oğlan dostları olan, ilk maşın sürən və nəhayət ilk həbsə düşən qızı oldum. Həbs demişkən, bura heç də qorxulu yer deyil. Əksinə, bir jurnalistin püxtələşməsi, yaşadığı cəmiyyəti yaxından tanıması üçün əsl həyat məktəbidir. Məsələn, 28 illik fəaliyyətim dövründə heç vaxt bilməmişəm ki, Azərbaycanın məhkəmə-hüquq sistemi bu qədər bərbaddır. Ələsgər Məmmədli demişkən, bu ölkədə “ədalət” ancaq adam adıdır və bunu dərk etməyin yolu ancaq həbsxanadan keçir.

İndiyədək ədliyyə sistemi ilə bağlı təsəvvürüm də zəif olub.

Həbsimdən sonra bilmişəm ki, “yaxşı vəkil” dəllallıq bacarığı olana, hakimlə sövdələşməyə gedənə deyilir. Jurnalist kimi məhkəmədən reportajlar hazırlayanda vəkillərin lərzəyə gətirən çıxışlarından ilhamlanaraq, cümləbəcümlə köçürərdik…

İndi bilmişəm, hər maddənin, hər hakimin öz qiyməti var. Eşidəndə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qadın hakimi dustaq yoldaşımın vəkilinə zəng vurub, görüşə çağırıb, sədr protest verməyəcək dövlət ittihamçısı və özü üçün pul istəyib, heyrətə gəldim. Halbuki, bayırda fərqli düşünürdüm, ən azı elə bilirdim hakimin qəbuluna düşüb, rüşvət təklif etmək üçün dəridən-qabıqdan çıxmalısan. Bəli, mən nisbi azadlıqda bu qədər sadəlövh idim. Sən demə, ölkədə rüşvət sistemi labirint kimidir, kimin əli kimin cibində olduğunu müəyyənləşdirmək çətindir.

Həbsxanada ən yayğın ittiham dələduzluqla bağlıdır. Mənimsənilən məbləğlərin miqdarı da az deyil, əksər hallarda yüz minlərlə ölçülür. Doğrudur, bu maddə siyasi fəallara da verilir, ancaq qadınlar arasında ən yayğınıdır. Əməlini etiraf edənlərin çoxu vəziyyətindən heç narahat da deyil. Hesab edirlər ki, cəzanın müəyyən hissəsini çəkdikdən sonra yerdə qalanına ilinə görə 5 min ödəməklə çıxacaqlar. Ümumiyyətlə, məhbuslardan öyrəndiyim bir həqiqət var: Pulun varsa, həbsxanada məhkum sən deyilsən…

Mənə görə həbsxanada əsas cəza növü yerli telekanallara baxmaq məcburiyyətidir. İllah da, kamera yoldaşlarından kimsə gündəlik verilişlərə aludədirsə… Hər dəfə həmin verilişlərə baxanda düşünürəm, görəsən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən kimsə monitorinq aparırmı, bilirmi, qadınlar bu verilişlərdə necə aşağılanır, onu döyən, zorakılıq göstərən kişisinin yanına getməyə məcbur edilir? Xüsusilə “Təsir dairəsi” adlı veriliş bir az səviyyəsi olan insan üçün işgəncədir. Hələ Xəzər TV-də hər axşam yayımlanan “Xəyanət” adlı serial var. Məncə, ssenaristi hansısa çayxanadan tutub gətiriblər. Adam iki aydır qızı onu zorlayan adama ərə verməyə çalışır, hətta bütün ailəsini zorakıların əsirinə çevirir.

Qərarlaşdırmışam, özümə zülm edib, bu verilişlərin monitorinqini aparım və müstəqil medianın niyə vacib olduğunu əyani sübutlarla ortaya qoyum. O zaman bizə daha aydın olar ki, mənəvi dəyər, mentalitet adı altında insanlara necə mütilik, tabe olmaq, himayədə yaşamağa məcbur qalmaq təşviq edilir.

Azərbaycan getdikcə bataqlığa çevrilir və bu bataqlıq insanları udmaqla məşğuldur. Mən həbsxanada olduğum üçün yazmıram. Bura sadəcə kiçik, amma gerçək Azərbaycandır. Buradakıların bayırdakılardan bir fərqi var: insanların həbs olunma qorxusu yoxdur. Yadımdadır, Mətbuat Şurasının ilk seçimlərində uduzduğu üçün acıq edib gedən, sonra Əli Həsənovun mətbuat adından danışdırdığı adamların sırasına qayıdan Azər Həsrətlə “Elmlər Akademiyası” metrostansiyasının yanında qarşılaşdıq. Mövqeyinə haqq qazandırdı, dedi ki, müstəqil olmaq nisbi məsələdir, zamanla ayaqlaşmaq lazımdı. Sonra da məni topun üzərinə köhnə tüfənglə gedənlərə bənzətdi. Mən o vaxt da ona gülmüşdüm, indi də gülürəm. İnsanın əqidəsi onun kimliyidir. Fərqi yoxdur, sən azlıqdasan, yoxsa çoxluqda, bir fikir adamının, jurnalistin məhvi həbsi, işlədiyi orqanın bağlanması deyil… Əgər o, həqiqəti yazmırsa, gizlədirsə, danırsa məhv olur. İndiki məqamda bütün ölkə jurnalistikasının məhv olduğunu demək mümkündür. Özləri bununla razıdırmı? Yox – deyərdim, sadəcə cəsarətsizlik, başını ağrıtmaq qorxusu, qarının başı idarə etməsi başqa cür davranmalarına imkan vermir. Yalnız bir gerçəkliyi unundurlar, çox keçməz hakimiyyət bir-birini təkrarlayan media orqanlarına pul ayırmağın lazımsız israf olduğunu anlayar. O zaman şikayət etməyə yerləri belə olmayacaq…

Bir sözlə, həbsxanaya düşdüyüm üçün qətiyyən təəssüflənmirəm. Əks halda yaşadığım acı gerçəkliklərindən xəbərsiz olardım. Mən həyatın bumeranq effektinə inanan adamam. Çox ümid edirəm, ölkəni bu hala gətirənlərin də yolu bir gün buradan keçəcək və yaratdıqları bataqlıqda boğulacaqlar".

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

2-04-2025, 15:47

Şəmşad Ağa: "Mən NKVD-nin laboratoriyasında olanda qızımdan başqa bütün Bakı yatmışdı, hətta İlham Əliyev də"

Gündəm / Siyasət / Araşdırma

31-03-2025, 21:49

Şəmşad Ağa: „Aynur Elgünəşə görə güllələnməyə də getmək olar“

Gündəm / Siyasət / Hadisə / Araşdırma

12-03-2025, 13:42

İctimai fəalalın inzibati həbs olunduğu bildirilir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-01-2025, 16:29

Aynur Qənbərova (Elgünəş): "Mən heç bir cinayət törətməmişəm“

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma / foto

18-01-2025, 01:56

Məhkəmə Aynur Elgünəşi və Natiq Cavadlını yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

3-12-2024, 23:31

Polis tərəfindən saxlanılan Rüfət Səfərovun profilindən dostları paylaşım edib

Gündəm / Siyasət / Sosial / Araşdırma

4-09-2024, 18:40

Günel Manaflı: „ Deyəsən bu dəfə yalan danışmadım“

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

29-02-2024, 08:59

Həbsdə olan jurnalist Ülvi Həsənlidən körpə qızına məktub

Gündəm / Sosial / Araşdırma

28-03-2023, 12:33

Vəkil Əvəz Zeynallıya rüşvət verdiyini etiraf etdi: “Fantastik məbləğdir…”

Gündəm / Siyasət / Mədəniyyət / Araşdırma

26-02-2023, 12:33

Xalq artisti Flora Kərimova ictimai fəal Bəxtiyar Hacıyev haqqında danışdı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-08-2022, 13:08

İctimai siyasi fəal Bəxtiyar Hacıyev oğurlandı

Siyasət

12-05-2020, 09:29

"Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar" - Sabiq millət vəkilinin oğulluğundan İTTİHAM

Son xəbərlər
  • Dün, 23:21
    Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
  • Dün, 23:19
    Pezeşkian Xamenei ilə bağlı xəbərdarlıq edib
  • Dün, 23:17
    Hindistan Ermənistana yeni raket partiyası göndərib
  • Dün, 00:53
    Tramp: “İranda yeni liderlik axtarmağın vaxtıdır”
  • 17-01-2026, 21:58
    Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
  • 17-01-2026, 18:20
    Fərid İsmayılovun həbsindən bir il ötür
  • 17-01-2026, 18:20
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 17-01-2026, 15:07
    Minimum əmək haqqı anlayışı dəyişdirildi
  • 17-01-2026, 14:55
    Tovuzda kişi su kanalında boğularaq ölüb
  • 17-01-2026, 14:53
    Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb
  • 17-01-2026, 14:38
    Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
  • 16-01-2026, 14:50
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 16-01-2026, 14:42
    Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
  • 16-01-2026, 14:40
    İran molla rejimi etirazlarda ölənlərin meyitlərini ailələrinə pulla verir – BBC
  • 15-01-2026, 17:22
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • 15-01-2026, 17:19
    Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
  • 15-01-2026, 17:14
    Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
  • 15-01-2026, 13:56
    Narkotik satan iki nəfər saxlanılıb
  • 15-01-2026, 13:53
    Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
  • 15-01-2026, 02:53
    İran hava sahəsini bağladı
  • 14-01-2026, 21:52
    Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
  • 14-01-2026, 20:26
    Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
  • 14-01-2026, 15:05
    Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
  • 14-01-2026, 14:39
    İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
  • 13-01-2026, 22:40
    Tərtər sakinləri üçün pulsuz hüquqi məsləhət keçiriləcək
  • 13-01-2026, 22:40
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • 13-01-2026, 15:05
    Beyin idmanı: Mütaliə vərdişi intellektual səviyyəni necə dəyişir?
  • 12-01-2026, 23:51
    İran prezidenti etirazlara qarşı təşkil olunan hökumətyönlü mitinqdə iştirak edib
  • 12-01-2026, 23:49
    İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi
  • 12-01-2026, 21:37
    SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
  • 12-01-2026, 17:59
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • 12-01-2026, 17:57
    Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib
  • 12-01-2026, 15:58
    Fələstinli yazıçı: “Öz xalqını öldürən hökumət mənim xalqımı azad edə bilməz”
  • 12-01-2026, 15:56
    Ölkəyə qanunsuz qızıl külçələr gətirmək istəyən şəxs saxlanılıb
  • 12-01-2026, 15:53
    Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb
Daha çox
Çox oxunanlar
12-01-2026, 15:48
BMT İranla bağlı təcili iclas çağırıb
12-01-2026, 15:45
İranın Milandakı konsulluğunun lövhəsi söküldü
12-01-2026, 15:50
Bakıda iki narkokuryer saxlanılıb
12-01-2026, 15:53
Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb
12-01-2026, 15:41
Pezeşkian təhlükəsizlik qüvvələrini etirazlar zamanı təmkinli davranmağa çağırıb
12-01-2026, 15:42
SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
17-01-2026, 18:20
Fərid İsmayılovun həbsindən bir il ötür
17-01-2026, 14:38
Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
Sosial
Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
Beyin idmanı: Mütaliə vərdişi intellektual səviyyəni necə dəyişir?
İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə