USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Şəmşad Ağa: "Mən NKVD-nin laboratoriyasında olanda qızımdan başqa bütün Bakı yatmışdı, hətta İlham Əliyev də"

Gündəm / Siyasət / Sosial / Araşdırma

2-04-2025, 15:47

Şəmşad Ağa: "Mən NKVD-nin laboratoriyasında olanda qızımdan başqa bütün Bakı yatmışdı, hətta İlham Əliyev də"


“Sanki NKVD qara maşında Müşfiqi güllələməyə aparırdı. Maşın dayananda qapı açıldı və mülki geyimli, kepkalı biri başını içəri salıb özünü təqdim etdi; Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov!”

“Meydan Tv işi” üzrə həbs olunan jurnalist, ‘Arqument.az” saytının təsisçisi və baş redaktoru Şəmşad Ağa saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə necə həbs olunması ilə bağlı açıq məktub yazıb.

Jurnalistin yaxınlarının yaydığı bir neçə hissəli məktubun ilk iki hissəsini olduğu kimi dərc edirik:

I HİSSƏ

Mən necə siyasi məhbus oldum

Həmin gün özümü çox qəribə hiss edirdim: əzgin, yorğun və ağrılı… Təxmin edirdim ki, nəsə olacaq, amma bu nəsə yaxşı bir şeyə oxşamırdı (Qəribədir, insan başına gələnləri hər kəsdən tez hiss edir).

Bir neçə saat Selcanın sənədlərinə vaxt ayırdım, təəssüf ki, hamısını bitirə bilmədim. Evə gəlib redaktəyə götürdüyüm kitablardan birinin üzərində işləməyə başladım. Axşama yaxın işimi bitirəndə yorğun idim. Adətim üzrə telefonu götürüb məhbus dostlarımdan bir neçəsinin ailəsi ilə əlaqə saxladım, təskinlik verdim… Sonra atamla danışdım; o, səhhətindən, mən də yarızarafat yorğunluqdan gileyləndim.

İçimdəki bu naməlum sıxıntını dağıtmaq üçün çölə çıxmaq istəyirdim. Ona görə də dostlardan ikisinə yazıb çaya dəvət etdim. Günəşlidə görüşdük, xeyli söhbət etdik: ədəbiyyatdan, kinodan, sənətdən və s.

Artıq saat 1-ə işləyirdi. İcazə alıb durdum və taksi çağırdım. Taksi 2 dəqiqə göstərsə də, 10 dəqiqədən çox gecikdi. Bu an qara bir maşın qarşımdan sürətlə keçdi, öndən dövrə vurub yenidən qayıtdı. Bu ərəfədə taksi gəlib çatdı. Qapını açıb əyləşdim və niyə gecikdiyini soruşdum “Buranı tapa bilmirdim”, - dedi.

Neftçilərdə “Maklerlər parkı” kimi tanınan parkın önündə düşdüm, yolu keçib dönərçiyə bir dönər sifariş verdim. Dedim, sən dönəri hazırla, mən kartdan pul çəkib gəlirəm, çünki sonuncu 3 manatımı taksiyə vermişdim. Kartımda 35 manat pul vardı. Onu çəkib götürmək istəyəndə maskalı biri sürətlə üstümə şığıdı. Əvvəl elə bildim ki, soyğunçudur, çünki ətrafda kimsə yox idi. Daha sonra biri də yaxınlaşıb qollarımı qandalladı və zorla maşına basdılar. Sürücü ilə birgə 4 nəfər idilər. Əl atıb cibimdən telefonumu çıxartdılar. Bir neçə metr getdikdən sonra telefonun parolunu istədilər. Kim olduqlarını soruşanda “Banditizm”dən gəldiklərini dedilər. Parolu verməkdən imtina etdim. Sağımda əyləşən və Naxçıvan ləhcəsi ilə danışan uzundraz əməliyyatçı boynumdan birini ilişdirdi. Bir anlıq gözlərim qaraldı, ayaq üstə olsam, bəlkə də yıxılardım. Hiss etdim ki, təzyiqim qalxıb. Cibimdən dərmanı çıxarıb dilimin altına qoymalarını istədim, qarşılığında parolu istədilər. Mən parolu verməkdən, onlar da dərmanı verməkdən imtina etdilər. Sonra məni Neftçilərdə, 5 mərtəbələrin arasındakı küçələrdə gəzdirdilər. Tez-tez telefonla danışıb kimdənsə cavab gözləyir, israrla parolu istəyirdilər. Vəkilimi istəyəndə isə həmin əməliyyatçı bu dəfə dirsəyi ilə çənəmdən vurdu, qandalda olan əlimin şəhadət barmağını qırıla biləcək həddə qədər qatladı. Olduqca kobud davranır, “Gedək, səni başa salarıq” deyirdi. Təxminən 20-25 dəqiqə çəkən bu prosesdə NKVD məni yormuşdu. Növbəti zəngdən sonra yola çıxıb sürətlə sürməyə başladılar. Sanki NKVD qara maşında Müşfiqi güllələməyə aparırdı. Maşın dayananda qapı açıldı və mülki geyimli, kepkalı biri başını içəri salıb özünü təqdim etdi; Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov olduğunu dedi. Məni “Meydan TV işi”, Aynur Qəmbərova ilə bağlı şübhəli şəxs kimi saxladığını bildirdi. “Aynura görə güllələnməyə də getmək olar”, - dedim.

II HİSSƏ

Soruşdular ki, evdə kim var? Qızımla qardaşımın evdə olduqlarını, onların da, çox güman, yatdıqlarını dedim. Binanın mühafizəçisini çağırıb həyət qapısını açdırdılar, liftlə 15-ci mərtəbəyə qalxdıq. Qolumdakı qandalın üstünə kiminsə kurtkasını atdılar ki, qonşular görməsin. Bizim qapıya yaxınlaşıb “qlozok”u tutdular və astaca qapını döydülər. Məqsəd evə qəfil girmək idi. Qardaşım yuxudan oyandı və kim olduqlarını soruşdu. Talışca: “Şahid, məni tutublar, polisləyəm, qapını aç və çalış uşaq qorxmasın”, - dedim. Bu zaman həmin yekəpər əməliyyatçı ağzımı tutdu və mədəmin üstündən yumruqla vurdu, ağrını ürəyimdə hiss etdim, qoluma girənlər çökməyə qoymadılar.

Qapı açılan kimi quzğun kimi içəri doluşdular və ilk modemi kəsib götürdülər. Sonra yataq otağımıza girib şkafları axtarmağa başladılar, bütün kağız-kuğuzu, pal-paltarı açıb-tökdülər. Mənə, yoldaşıma aid kompüterləri, elektron cihazları, telefonları, planşetimi, qardaşımın telefonunu götürdülər. 7-8 polis, müstəntiq və iki hal şahidi ayaqqabı ilə evimin içində var-gəl edirdilər. Hər yerə baxırdılar, çantaları, çamadanları açıb, içini tökürdülər. Sonra əməliyyatçılardan biri qardaşıma aid sənədləri istədi.

Selcan isə otağında yatırdı. O, mənim kimi ağır yatandı, həm də son aylar imtahanlara hazırlaşır deyə çox gərgin çalışır. Yuxusuz qaldığı üçün yatanda çox ağır yatır. Bəlkə də oyanmışdı, pis bir şeyin baş verdiyini təxmin edib qorxusundan otağından çıxmırdı. Ona bir neçə gün öncə Cavidin və Müşfiqin necə aparıldıqlarını danışmışdım. Bu, həm də pis günə hazırlıq üçün psixoloji test idi.

Qardaşım ortada qalmışdı, gah qaçıb mənə su və dərman verir, gah da təzyiqimi ölçürdü.

Əməliyyatçılardan biri qardaşımdan qızımın telefonunu və kompüterini gətirməyini istədi. Əks halda özləri otağa girəcəklərini dedilər. Kompüterin yalnız dərs üçün istifadə edildiyini, mənə aid olmadığını dedim. İsrarla tələb edəndə və otağa girəcəklərini deyəndə başımla qardaşıma işarə etdim ki, gətirsin. Açıb baxdılar, nəsə tapa bilməyib qaytardılar. Amma qızımın və qardaşımın telefonunu da götürdülər və sabah qaytaracaqlarını dedilər. Hətta azyaşlı oğluma aid elektron qol saatını da götürdülər, qurdaladılar, gördülər ki, işləmir, qaytardılar.

Sonra müstəntiq telefonumun parolunu istədi. Müstəntiqə vəkilim Şəhla Hümbətovanı çağırmalarını bir daha xatırlatdım. Əməliyyatçı dedi ki, parolu ver, telefonu açıb zəng edək. Dedim öz telefonunuzla yığın, mən nömrəni əzbər bilirəm. Bundan sonra yanımdakı əməliyyatçı qızımla qardaşımı da aparacaqlarını, sabah buraxacaqlarını dedi. Parolu yalnız vəkil gələndən sonra verə biləcəyimi deyəndə hədələr artdı. Mən hətta qızımı aparacaqlarını təxmin etdiyim halda, 16 yaşlı bir uşağın yuxudan oyanıb bunu ona demələrinin psixoloji travmasını gözlərimin önündə canlandırdım. Hətta qardaşımı aparsalar, telefonsuz və internetsiz bir uşağın evdə oyanıb nələr yaşayacağını düşündüm, həm də evdən qolu qandallı çıxmağımı görməsini istəmədim. Bu idbar və anti-bəşəri mənzərə tez bitsin deyə parolu şifahi dedim və müstəntiq tez qeyd etdi. Digər əməliyyatçı isə hələ də kitab rəfimdə heç vaxt oxumadığı kitabların arasını axtarırdı.

Evdən çıxanda müstəntiq Şəhlanı çağıracağına söz verdi. Biz idarəyə çatanda saat 5-ə işləyirdi. Orada bildirdilər ki, kompüterim paroldadır. Soruşdular, “bilmirəm, unutmuşam” dedim. Aça bilməyib söndürdülər. Orada daha kobud bir əməliyyatçı “parolu verməsən belə, biz sənin üçün nə istəsək düzəldə bilərik”, - dedi. Qoluma girib bir mərtəbə aşağı düşürdülər. Dedim, yəqin, “podval”a aparırlar. Yox, müstəntiqin otağına gətirdilər. Müstəntiq dedi ki, vəkilə zəng edir, açmasa ifadəmi indi alacaq. Mən vəkilsiz ifadə verməyəcəyimi dedim. İki dəfə Şəhlanı yığdı, açmadı. Sonra Fariz Namazlıya zəng etdirdim, o da açmadı. Mən NKVD-nin laboratoriyasında olanda bütün Bakı yatmışdı, hətta İlham Əliyev də. Bircə qolları yanına düşmüş, telefonsuz və internetsiz qalıb ora-bura vurnuxan qardaşım, yuxudan oyanıb yanıqlı-yanıqlı ağlayıb məni soruşan qızım və bütün gecəni NKVD tərəfindən ora-bura dartışdırılaraq əldən salınan mən və siyasi sifarişlə məni həbs etməyə gələnlər…

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Araşdırma

31-03-2025, 21:49

Şəmşad Ağa: „Aynur Elgünəşə görə güllələnməyə də getmək olar“

Gündəm / Siyasət / Sosial / Araşdırma

16-03-2025, 00:11

"Meydan" TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti üç ay uzadıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-03-2025, 20:05

“Meydan" TV işi üzrə saxlan Jurnalistlərin həbs müddəti daha 3 ay uzadıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-03-2025, 21:22

Həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa fevralın 11-də “APA”da haqqında gedən məqaləyə cavab verib

Gündəm / Siyasət / Araşdırma

10-03-2025, 18:29

Həbsdə olan jurnalist Şəmşad Ağa haqqında yazılanlara münasibət bildirib

Gündəm / Siyasət / Sosial / Araşdırma

28-02-2025, 21:19

Daha bir jurnalist Fatimə Mövlamlı saxlanılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-02-2025, 11:34

Daha bir jurnalist saxlanıldı

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

27-11-2023, 20:25

"AbzasMedia" -nın təsisçisi Ülvü Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbsdə qaldı

Son xəbərlər
  • Bugün, 19:32
    Haaqa şəhərində “Free Press Live 2026” mükafatları təqdim olunub
  • Bugün, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə