USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Fransa prezidenti İlham Əliyevin haqlı tənqidlərindən düzgün nəticə çıxarmalıdır"

Siyasət

6-07-2023, 18:27

"Fransa prezidenti İlham Əliyevin haqlı tənqidlərindən düzgün nəticə çıxarmalıdır"Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlərin görüşündə çıxışında səsləndirdiyi fikirlərin dünyanın bir sıra siyasi mərkəzlərində və həmçinin dünya mediasında təqdirlə qarşılanması, rezonans doğurması gözlənilən idi. Çünki dövlət başçımızın toxunduğu məsələlər təkcə Azərbaycan üçün, Cənubi Qafqaz üçün və Qoşulmama Hərəkatının (QH) üzvləri üçün deyil, həmçinin bütövlükdə dünya birliyi üçün vacib əhəmiyyət daşıyan, aktuallıq kəsb edən məsələlərdir.

Cənab Prezident bu mötəbər toplantıda bir daha bəyan etdi ki, Azərbaycan qlobal həmrəyliyə böyük önəm verir, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqini vacib hesab edir. Bu məsələlər Azərbaycanın xarici siyasət gündəliyimdə öndə duran məsələlər sırasındadır. Dövlət başçımız çıxışında geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahat olduğumuzu dilə gətirdi. Bəzi Avropa ölkələrində müqəddəs “Qurani-Kərim”in yandırılması, təhqir olunmasının və buna ifadə azadlığı adı altında bəraət qazandırılmasının tamamilə məsuliyyətsizlik və qəbulolunmaz olduğunu bildirdi.

Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparılmasının tərəfdarıdır. Biz Qurban bayramının ilk günündə İsveçdə “Quran”ın yandırılmasını qətiyyətlə pisləyirik. Bizim tələbimiz budur ki, özünü “mədəniyyətin beşiyi”, “müasir sivilizasiyanın mərkəzi” sayan ölkələrdə bu cür kriminal hərəkətlərə icazə verilməməli və bu hərəkətlər sərt şəkildə qınanmalıdır. Müsəlman ölkələri isə bu kimi islamofobiya hallarının təzahürlərinə qarşı daha fəal mübarizə aparmaq üçün həmrəylik və əməkdaşlıq səylərini gücləndirməlidirlər.

Azərbaycan Prezidenti sözügedən çıxışında bütün beynəlxalq ictimaiyyət üçün olduqca önəmli məqamlardan birinə toxunaraq hazırda beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini vurğuladı. Qeyd edildi ki, BMT-də ciddi islahatların aparılması qaçılmazdır. Heç kimə sirr deyil ki, BMT Təhlükəsizlik Şurası (TŞ) keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Prezident İlham Əliyev BMT ilə bağlı bu cür sərt qınağını davam etdirərək bildirdi ki, biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. O, Qoşulmama Hərəkatına sədrlik edən ölkələrin də BMT Təhlükəsizlik Şurasında təmsil olunması təklifini irəli sürdü. Bəli, bundan sonra BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına mütləq bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Görüş iştirakçıları Azərbaycan Prezidentinin bu fikirlərini böyük razılıq hissilə qarşıladılar. Dünya birliyi Qoşulmama Hərəkatının bu tələbi ilə hesablaşmalı və islahatlara getməlidir.

Dövlət başçımızın çıxışında xüsusilə qabardılan digər mühüm məqamlardan biri də neokolonializm siyasətinin qəbuledilməzliyi ilə bağlı oldu. Azərbaycan neokolonializm meyillərinin artmasından həqiqətən də olduqca narahatdır. Qoşulmama Hərəkatı da bu məsələdə Azərbaycanın mövqeyi ilə tam həmrəydir. Çünki Qoşulmama Hərəkatının özü də məhz dekolonizasiya prosesinin nəticəsində yaranıb və dünyanın əsas siyasi aktorlarından birinə çevrilib. Ona görə də Qoşulmama Hərəkatının keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparması və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməsi hava-su kimi vacibdir.

Prezident İlham Əliyev çıxışı zamanı hazırda dünyada neokolonializm siyasətinin başında məhz Fransanın dayandığını qeyd etdi və bu ölkənin liderinin açıq-aşkar neokolonializm, ksenofobiya, islamofobiya, irqçilik siyasəti yürütdüyünü cəsarətlə pislədi. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışmağına son qoymalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi.

Biz bunu da unutmamalıyıq ki, məhz Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli amansızcasına qətlə yetirilib. Və bu gün də hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Lakin hazırkı Fransa hökuməti bütün bu iyrəncliklərə son vermək əvəzinə, ölkədə irqçilik meyllərini, islamofobiyanı daha da qızışdırır. İslamofobiya artıq Fransanın rəsmi dövlət siyasətinə çevrilib. Çünki Fransada islamofobiya bu ölkənin müstəmləkəçilik tarixindən qaynaqlanır. Makronun prezidentliyi dönəmində isə fransız hökumətinin yürütdüyü irqçi siyasət bu ölkədə islamofobiyanın, islam düşmənçiliyinin daha da geniş vüsət almasına təkan verib.

Çıxışına davam edən Prezident İlham Əliyev daha sonra diqqəti bu yaxınlarda Nael adlı əlcəzairəsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinə yönəldərək bu tükürpərdici hadisənin Fransada irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu bildirdi. Ən pisi də budur ki, Fransada, müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Ona görə də, BMT-nin fransız polisinin 17 yaşlı yeniyetməyə atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını hamımız dəstəkləməliyik. Azərbaycan bu bəyanatı birmənalı dəstəkləyir.

Prezidentimiz Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğu faktını da məxsusi qeyd etdi. Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyibsə, Fransa da eyni addımı atmalıdır. Biz Fransanı da həmin hərəkəti etməyə çağırırıq. Necə deyərlər, heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əminik ki, əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan dünya ictimaiyyətinin gözü qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

Azərbaycan Prezidenti həmçinin tamamilə haqlı olaraq Fransanı digər ölkələrin daxili işlərinə qarışmaqda, o cümlədən erməni separatizmini məqsədyönlü şəkildə körükləməkdə təqsirləndirdi. O, qeyd etdi ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır. Maraqlısı da budur ki, Fransa öz daxilindəki etnik qrupların hər hansı separatçılıq meyllərinə qarşı olduqca amansız yanaşır, o cümlədən, hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır, onları bu və ya digər üsullarla separatçılığa təhrik edir. İlham Əliyev tamamilə haqlı olaraq Fransanın bu davranışını riyakarlıq və ikili standartların təzahürü kimi qiymətləndirdi və Makrona da tövsiyyə etdi ki, Fransa lideri başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır. Bu, çox yerində verilmiş tövsiyyədir.

Ümumiyyətlə, İlham Əliyevin son fikirləri Makron üçün əsl siyasi dərsdir. Fransa prezidenti İlham Əliyevin haqlı tənqidlərindən düzgün nəticə çıxarmalıdır. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına üzv olan ölkələrin liderləri İlham Əliyevlə eyni mövqedən çıxış edib qlobal həmrəylik nümayiş etdirərlərsə, o zaman Fransa kimi özünü dünya gücü, hegemon hesab edən ölkələr də yeni müstəmləkəçilik siyasətindən əl çəkməyə məcbur olar, o cümlədən islamofobiyanı və irqçiliyi qızışdırmağa cəsarət etməzlər. Bu mənada, bu gün qlobal həmrəylik dünya xalqları üçün vacib amildir. Dünyada ədalətin bərqərar olmasını istəyən bütün qüvvələr Azərbaycan liderinin qlobal həmrəylik təşəbbüslərini dəstəkləməlidirlər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədr
i

Paylaş:
Digər xəbərlər

Siyasət / Sosial

9-03-2023, 09:59

Bu gün X Qlobal Bakı Forumu öz işinə başlayır

Siyasət / Sosial

3-03-2023, 21:46

İlham Əliyev: “Fransanı üzr istəməyə çağırırıq”

Siyasət

3-03-2023, 19:28

"Heç kim Fransaya dünya ağalığı hüququnu verməyib"

Gündəm / Siyasət

2-03-2023, 10:31

Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi edir

Siyasət

25-11-2022, 20:12

"Prezident İlham Əliyevin yürütdüyü siyasət nüfuzumuzu hər keçən gün daha da artırır"

Gündəm / Siyasət

14-12-2021, 16:59

İlham Əliyev Brüsseldə

Siyasət

23-07-2021, 16:15

"Azərbaycan regionda xarici siyasət kursunu uğurla həyata keçirir'

Siyasət

16-07-2021, 15:09

"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərakatına yeni bir nəfəs verildi"

Siyasət

16-07-2021, 15:05

Azərbaycan beynəlxalq tərəfdaşlığın güclü aktorudur

Siyasət

15-10-2020, 13:40

"Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, onunla fəxr edir, qürur duyuruq”

Siyasət

23-09-2020, 10:27

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Siyasət

19-07-2020, 12:33

Qoşulmama Hərəkatının 120 ölkəsi erməni təxribatını pislədi

Son xəbərlər
  • Bugün, 14:00
    TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
  • Bugün, 13:57
    Bakıda internet kabeli üstündə yaranan mübahisə qətllə nəticələnib
  • Bugün, 13:55
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • Bugün, 13:52
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 10-07-2026, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • 10-07-2026, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • 10-07-2026, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • 10-07-2026, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • 28-06-2026, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • 28-06-2026, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • 28-06-2026, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • 28-06-2026, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • 28-06-2026, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • 28-06-2026, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • 28-06-2026, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • 28-06-2026, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • 28-06-2026, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • 28-06-2026, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
Daha çox
Çox oxunanlar
5-07-2026, 17:31
Makron Suriyaya səfər edəcək
7-07-2026, 01:09
HƏMAS komandiri öldürüldü
6-07-2026, 12:51
“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
7-07-2026, 01:11
Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
6-07-2026, 01:00
Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
8-07-2026, 00:43
Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə