USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanaraq çempion tituluna yiyələnib.
38 kq çəki dərəcəsində çıxış edən güləşçimiz finalda Rezi Yobidze ilə üz-üzə gəlib və rəqibini 10:0 hesabı ilə tam üstünlüklə məğlub edib.
Abdullayev turnir boyu inamlı çıxışı ilə seçilib. O, finala gedən yolda İvan Vasilkov (10:0), Norayr Gevorqyan (11:0) və Məhəmməd Bisultanovu (13:1) məğlub edərək finala yüksəlib.
Beləliklə, Azərbaycan güləşçisi turniri parlaq qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb.