USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

ABŞ yaxın illərdə hərbi personalın sayını artırmağı planlaşdırır.
Bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib. Onun sözlərinə görə, ordunun genişləndirilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək və əsas hədəf 2027-ci ilə qədər şəxsi heyətin sayını artırmaqdır.
“Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq”, – deyə nazir bildirib.
Heqset qeyd edib ki, Pentaqon artıq 2026-cı il üçün müəyyən edilmiş işə qəbul planını tam yerinə yetirib. Hazırda ABŞ Silahlı Qüvvələrinin ümumi şəxsi heyətinin sayı təxminən 1,8 milyon nəfər təşkil edir.
Planın əsas məqsədi ordunun döyüş qabiliyyətini gücləndirmək və qlobal çağırışlara daha çevik reaksiya vermək kimi qiymətləndirilir.