USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
“Müstəqillik Gününüz mübarək, Azərbaycan!
Pakistan Respublikası hökuməti və xalqı Azərbaycan Respublikası hökuməti və xalqını səmimi-qəlbdən təbrik edir”.
Təbrik mesajında iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə də diqqət çəkilib.