Şəmbə qünü saat 24 də İran İsrailə dronlarla hücum edib.
İsrailin “Kanal 12” telekanalı onlarla pilotsuz uçuş aparatının buraxıldığını bildirir və dronların uçuş müddəti bir neçə saat olacaq.
Reuters agentliyi İraqda ki mənbəyə istinadən xəbər verir ki, onlarla pilotsuz təyyarə ölkənin hava məkanından İrandan İsrailə doğru uçub.
Ağ Evin Milli Təhlükəsizlik Şurası İranın İsrailə hücumlarının bir neçə saat davam edəcəyinə bildirib. Prezident Co Bayden tətilini dayandırıb və Ağ Evdən və baş verənləri izləyir.
İranın Fars agentliyi də pilotsuz uçuş aparatlarının buraxılması barədə məlumat yayıb. Bunun ardınca raket hücumu olacağını da yazır.
Aprelin 1-də İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğu hava hücumuna məruz qalıb və nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun 7 əməkdaşı, o cümlədən nüfuzlu general Məhəmməd Rza Zahidi həlak olub.
Rəsmi olaraq İsrail bu işdə iştirakını etiraf etmədi, amma heç kim buna şübhə etmirdi və Tehran məsuliyyəti birbaşa israillilərin üzərinə qoydu və nəticələri ilə hədələməyə başladı.
Son günlər İranın zərbəsi gözlənilirdi və İsrail silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. İsraildə iş günü olan bazar günü ölkədə məktəb dərsləri ləğv edilib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İranın birbaşa hücumuna hazır olduğunu bildirmişdi.