USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Haradan haraya gəldik

Siyasət

22-10-2024, 21:51

Haradan haraya gəldik
Haradan haraya gəldik və ya İlham Əliyev rejimi ölkəni inkişafdan necə saxlayır?

"Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz" deyən böyük Sabirə Allah rəhmət eləsin. Çox təəssüf ki, böyük Sabirin ürək yanğısı ilə dediyi bu sözlər indi də aktualdır.

GUAM üzrə müttəfiqlərimiz Moldova və Gürcüstan Avrointeqrasiya yolunda böyük uğurlar qazanarkən İlham Əliyev də Azərbaycanı israrla irtica düşərgəsinə, avtoritarlar klubuna tərəf aparır.

Necə oldu ki, GUAM ölkələrilə birgə başladığımız yol bizi fərqli məkanlara gətirdi?

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalamaqla Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat yaratdılar. Ölkələrin baş hərfləri əsasında təşkilatı GUAM adlandırdılar.

O zaman bu 4 ölkəni bir araya gətirən əsas faktor o idi ki, ölkələrin dördündə də Rusiya separatizmi dəstəkləyirdi. Separatizmi dəstəkləyirdi ki, bu ölkələrin gerçək müstəqilliyinə imkan verməsin, bu ölkələri özünə zorla bağlasın. Bu dövlətləri bir araya gətirən də ilk növbədə ortaq dərd, oxşar problemlər idi. Rusiyanın neoimperialist iddialarından qorunmaq və birlikdə Qərbə inteqrasiya etmək istəyi idi.

Bu dövlətlərin dördü də ən azı o vaxt və dildə də olsa, demokratik yol seçəcəklərini bəyan etmişdilər. Ona görə də Birgə Kommunikedə dövlətlərin ərazi bütövlüyü, qanunun aliliyi, demokratiya və insan hüquqları GUAM-ın əsas prinsipləri olaraq göstərilirdi.

GUAM-ın 2006-cı il 23 mayda Kiyevdə keçirilmiş zirvə toplantısında təşkilatın nizamnaməsi qəbul edilmiş, nizamnamədə də rəsmən təsbit edilmişdi ki, təşkilatın başlıca məqsədlərindən biri də Avropaya inteqrasiyadır.

2007-2008-ci illər ərzində GUAM-a Azərbaycan sədrlik etmiş və Azərbaycanın hökumət mətbuatında GUAM-ın şəninə çoxlu təriflər deyilmiş və yazılmışdı. Son illərdə Qoşulmayanlar Hərəkatı necə təbliğ edilirdisə, o dövrdə də GUAM elə təbliğ edilirdi.

Bəs sonra nə oldu ki, Azərbaycanın yolu GUAM üzrə müttəfiqlərindən ayrıldı?

2008-ci ildə Rusiyanın Gürcüstanın 20 faizini işğal etməsilə dünya düzəninə qarşı təhdid yaratması keçmiş Sovet coğrafiyasında çox şeyi dəyişdi. Rusiyanın ölkə daxilində avtoritarizmi gücləndirməsi, Qərbin liderlik etdiyi dünya düzəninə açıq meydan oxuması, 2014-cü ildə Krımı işğal etməsi beynəlxalq avtoritarizmə ikinci nəfəs açdı.

İlham Əliyev və digər avtoritar dövlət başçılarında ümid yarandı ki, ABŞ və Avropanın demokratikləşmə və insan hüquqlarına hörmət tələbindən yayınmaq, ailə hakimiyyətini uzunmüddətli etmək üçün artıq böyük imkanlar yaranıb.

Həmin vaxtdan da Azərbaycan öz siyasətini daha çox Rusiyaya uyğunlaşdırmağa başladı. İkinci Qarabağ savaşından, xüsusilə də 22 fevral 2022-ci il tarixində Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalandıqdan sonra Azərbaycan hakimiyyəti tam olaraq Rusiyapərəst xarici siyasətə yuvarlandı. Rəsmən təbliğ edilən balans siyasətindən imtina edildi. Hakimiyyətin anti - Qərb ritorikası daha da sərtləşdi.

GUAM üzrə müttəfiqlərimiz isə öz ilkin bəyanatlarına sadiq qaldılar. Ukrayna, Moldova və Gürcüstan bütün maneələri aşaraq Avropaya inteqrasiya yolunda böyük məsafə qət etdilər. Ukrayna savaşa - savaşa olsa belə, artıq Aİ-na üzvlük danışıqlarına başlayıb. Moldova və Gürcüstan Aİ-na namizəd ölkə statusu alıb. İki gün öncə Moldova xalqı referendumda da Aİ-na inteqrasiyanı ölkə üçün əsas siyasi hədəf gördüklərini hətta ölkə Konstitusiyasına da daxil etdilər. Gürcüstan əhalisi də Avropa seçimini küçə və meydanlarda kütləvi şəkildə nümayiş etdirir.

Azərbaycandakı tək adam hakimiyyəti isə Rəsulzadə yurdunu israrla avtoritarlar klubuna tərəf aparır. Ölkənin daxili siyasəti daha da sərtləşdirilir, Azərbaycan repressiya çempionuna çevrilir, Qərblə münasibətlər günü - gündən gərginləşdirilir.

Xalqımız Moldova və Gürcüstanda xalqların Avrointeqrasiya istiqamətində uğurlarına həsədlə baxdığı bir vaxtda Əliyevin tək adam hakimiyyəti Azərbaycanı xalqın istək və iradəsinə zidd olaraq BRİCS-ə qoşmaq istəyir. Çünki Əliyev hakimiyyətinin prioriteti Azərbaycanın inkişafı, azərbaycanlıların xöşbəxtliyi və rifahı deyil, öz ailə hakimiyyətlərinin daimiliyinə çalışmaqdır. Dövlətin və xalqın maraqlarından deyil, öz şəxsi və qrup maraqlarından yana olan İlham Əliyev hakimiyyəti xalqdan tam olaraq qopub. Xalqdan qopmuş, dayaqlarını itirmiş hakimiyyətləri isə heç bir manevr xilas edə bilməyəcək. Böyük Rəsulzadənin dediyi kimi insan hüquqlarından yana olan tərəf qalib gələcək.
Əli Kərimli
AXCP sədri

Paylaş:
Digər xəbərlər

Siyasət

21-10-2024, 17:24

Moldova Avropaya "HƏ" dedi

Siyasət

7-09-2024, 00:08

Ermənistanla Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzalayıb

Siyasət

11-01-2024, 18:13

GUAM Parlament Assambletyasına Azərbaycan sədrlik edəcək

Siyasət

24-11-2023, 14:40

İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Siyasət

23-11-2023, 17:55

Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib

Siyasət

31-05-2022, 16:17

"Teknofest" gələcək inkişafımıza yeni bir dinamika gətirdi "

Siyasət

23-12-2021, 14:57

Sizin böyük imzanız var - Gürcüstanın sabiq deputatı İlham Əliyevi təbrik edib

Gündəm / Siyasət

26-02-2021, 14:36

İlham Əliyev: “İslam müqəddəslərinin təhqirini özünə rəva bilən müsəlman ölkələri ilə dost ola bilməz”

Siyasət / İqtisadiyyat / Sosial / Dünya / foto

11-02-2021, 01:18

GUAM Baltikyanı ölkələrlə əməkdaşlığı fəallaşdıracaq

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

8-02-2021, 16:34

ADB Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşınmada vəziyyəti açıqlayıb

Siyasət

25-01-2021, 21:33

Bakını qələbə münasibəti ilə hansı ölkələr təbrik edib?

Siyasət

29-04-2020, 09:56

Milli Məclisin GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşdi

Son xəbərlər
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
Daha çox
Çox oxunanlar
28-09-2026, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
28-09-2026, 18:19
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
28-09-2026, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
28-09-2026, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
30-09-2026, 20:34
Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə