USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Ermənistan dəmir yumruğu növbəti dəfə dada bilər

Siyasət

18-08-2021, 20:03

Ermənistan dəmir yumruğu növbəti dəfə dada bilərNail Cəlil: “Rəsmi İrəvan regionda yeni geosiyasi reallıqları anlamağa və qəbul etməyə məhkumdur”

“Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində işğal edilmiş əraziləri azad edərək, Ermənistan ordusu üzərində şanlı qələbə qazanıb. Bu, 30 il davam etmiş münaqişə vəziyyəti – işğal faktı fonunda ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi, ali baş komandanlığı ilə əldə etdiyi tarixi nailiyyətdir. Baş verənlər bir daha təsdiqləyir ki, Azərbaycan xalqı sülhsevər olmaqla yanaşı, mübariz, haqq işindən geri çəkilməyən, torpaqlarının hər qarışı uğrunda əzmlə döyüşüb qalib gəlməyi bacaran bir toplumdur. Xalqımız Ali Baş Komandanın hərbi-siyasi iradəsi, dəmir yumruğu ətrafında sıx birləşərək, ərazimizin 20 faizini zəbt etmiş işğalçı Ermənistana sarsıdıcı zərbə endirməyi bacarıb. Nəticədə Prezident İlham Əliyevin vurğuladığı kimi, “yenilməz erməni ordusu” mifi dağıdılıb, Azərbaycanın hərbi-siyasi gücü sayəsində darmadağın edilib”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında Prezident İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına son səfəri zamanı etdiyi çıxışları, verdiyi mesajları şərh edən politoloq Nail Cəlil səsləndirib.

Siyasi ekspert qeyd edib ki, Ermənistanın işğalı davam etdirmək istəyi, “yeni torpaqlar əldə etmək” xülyası, ekspansiya siyasəti sonda işğalçı dövlətin labüd məğlubiyyəti ilə nəticələnib. Son 30 ildə sosial-iqtisadi və hərbi-siyasi cəhətdən, əhəmiyyətli dərəcədə güclənən Azərbaycan qısa müddət ərzində erməni ordusunu məhv edərək, torpaqlarımızı azad etməyi bacarıb. Ermənilərin bir zamanlar çox güvəndikləri hərbi texnika isə sıradan çıxarılaraq, ələ keçirilib və artıq Bakıda - “Qənimətlər Parkı”ndadır: “Bu, Ali Baş Komandan – Ordu – Xalq birliyinin nəyə qadir olduğunu, qalib Azərbaycan əsgərinin gücünü, böyük döyüş ruhunu göstərir. 44 günlük müharibə ərzində cəbhənin ən müxtəlif istiqamətlərində böyük ruh yüksəkliyi, qələbə əzmi ilə düşmənin dəmir-beton səngərlərini dağıdıb, yarıb, məhv edib irəliləyən hərbçilərimiz Şuşada torpaqlarımızı hətta əliyalın doyüşərək, azad etməyə qadir olduqlarını sübut ediblər”. Azərbaycanın 10 noyabr bəyanatından dərhal sonra azad edilmiş ərazilərdə quruculuq işlərinə başlaması, təhlükəsizliyin təmin edilməsi və məcburi köçkünlərin geri qayıtması üçün görülən işlər, ordumuzun sərhədlərimizi bərpa etməsi və orada möhkəmlənməsi ölkəmizin yenilməz ruhunu, yüksək iqtisadi potensialını, hərbi-siyasi qüdrətini bir daha ortaya qoyur.

Politoloq Nail Cəlil belə bir məqama diqqəti çəkib ki, dövlət başçısı işğaldan azad olunan bütün ərazilərə, o cümlədən, Ermənistanla sərhəddə yerləşən, 44 günlük müharibə nəticəsində azad edilmiş Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarına ardıcıl səfərlər edir. Bu səfərlər zamanı hər dəfə bir yeniliyin, həmin ərazidə bərpa-quruculuq işlərinin davam etdirilməsinin, ərazilərin ermənilərin sağa-sola səpələdikləri yüz minlərlə minalardan təmizlənməsinin, təhlükəsiz, istifadəyə yararlı hala gətirilməsinin şahidi oluruq: “Digər tərəfdən, Ermənistanın sərhədlərimizi bərpa edən əsgərlərimizə uğursuz müqaviməti, atəşkəsi vaxtaşırı pozması, sərhədlərin delimitasiyası və demarkasiyasından, sülh müqaviləsi imzalamaqdan yayınmaları onu göstərir ki, böyük məğlubiyyət onlara çox da dərs olmayıb. Əks halda onların şüursuz, instinktiv bir aqressiya nümayiş etdirməsi, özlərini ucuz hədəfə, lazımsız qurbana çevirmələri başadüşülən deyil. Ordumuz bütün hallarda qarşı tərəfin layiqli cavabını verir, adekvat cavab tədbirləri görür, vəziyyəti nəzarətdə saxlayır. Əgər Ermənistan növbəti müharibə və ya ordusunun son qalıqlarının məhv edilməsini istəyirsə, o zaman “dəmir yumruğ”u növbəti dəfə dadmalı olacaq. Güney Qafqazın ən kiçik və ən zəif ölkəsi regionun iqtisadi potensialının 80 faizini özündə cəmləşdirən, dəfələrlə artıq imkanlara, zəngin resurslara malik olan Azərbaycanla hər hansı formada rəqabət aparmaq və ya ölkəmizə “güc göstərmək” iqtidarında deyil. 44 günlük savaş onu da təsdiqləyib ki, müxtəlif təhrikedici bəyanatlara baxmayaraq, dünya ərazi bütövlüyü məsələsinə hələ də hörmət edir və böyük həssaslıqla yanaşır. Azərbaycan bu məsələni vaxtilə BMT müstəvisində, digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində siyasi-hüquqi müstəvidə həll etməyi bacarıb. Nəhayət, müasir ordu quruculuğu müvəffəqiyyətlə başa çatdırıldıqdan sonra məsələni hərbi güc müstəvisində - ərazi bütövlüyü çərçivəsində həll edib. Ermənistandan fərqli olaraq, Azərbaycan sərhədlərin toxunulmazlığı prinsipini ciddi şəkildə dəstəkləyir, zorla qonşu dövlətlərin ərazisini tutaraq, müttəfiqlərini onunla birlikdə işğal olunan əraziləri əldə saxlamaq, genişləndirmək üçün döyüşməyə çağırmır. Bununla yanaşı, 30 illik işğaldan sonra dəyən zərərin ödənilməsi və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi baxımından, Azərbaycan adekvat addımlar atmağa tam haqqı çatır”.

Nal Cəlilin sözlərinə görə, Prezident İlham Əliyevin son çıxışlarında önəmli mesajlardan biri də “qəhrəman erməni əsgəri” mifinin məhv edilməsi ilə bağlıdır. O bildirib ki, Azərbaycanın 30 il ərzində tədricən hərbi üstünlüyünü artırmasına, ordunu gücləndirməsinə, cəbhə xəttində əməliyyat şəraitini nəzarətə almasına baxmayaraq, işğalçı erməni əsgərləri özlərini “qalib, məğlubedilməz” sayırdılar. Dövlət başçısı son müharibəyə qədər dəfələrlə vurğulayırdı ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan ərazilərinə, Qarabağa gəlməməlidir: “Əslində, bu mif 2016-cı aprel döyüşlərində dağıdılmış, darmadağın edilmişdi. 44 günlük müharibə ərzində Ermənistan Ordusunda özünü göstərən başıpozuqluq, panika, təşviş isə bununla bağlı tam əminlik əsas yaradır. Ermənilərin özlərinin etiraf etdikləri kimi, bu müharibədə onların ordusunda 10 mindən artıq fərari olub. Bu, rəsmi statistikanı göstərən rəqəmlərdir. Çünki döyüşdən imtina edənlərin, ordumuzun zərbələri, həmlələri zamanı panikaya düşüb qaçan erməni əsgərlərinin sayı dəfələrlə artıq olub. Bunun qarşısını almaq üçün erməni əsgərlərinin səngərdə bir-birinə zəncirlənməsi də danılmaz faktdır. “Qənimətlər Parkı”nda yaradılan döyüş səhnələrində bu fakt da əyani nümayiş etdirilir”.

Siyasi ekspert vurğulayıb ki, Ermənistan ordusundan fərqli olaraq, 44 günlük müharibə ərzində Azərbaycan silahlı qüvvələrində dəmir intizam, böyük ruh yüksəkliyi, qələbə əzmi hökm sürüb: “Bu, bizim üçün böyük vətən savaşı, gerçəkdən azadlıq müharibəsi olub. Milyonlarla insanın ürəyi cəbhədən gələn həyəcanlı və qürurverici xəbərlərlə döyünüb, yüz minlərlə vətənpərvər insanımız birbaşa döyüşlərə can atıb, səfərbərlik xidməti məntəqələrin qarşısında orduya könüllü yazılmaq üçün növbələr yaranıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ordusunda bir əsgər də fərarilik etməyib. Əksinə, Azərbaycan əsgəri döyüşdə yaralanan, şəhid olan qardaşlarını düşməndən xilas etmək üçün canını qurban verməkdən, ölümün üzərinə atılmaqdan belə çəkinməyib”.

Politoloq əlavə edib ki, burada vacib məqamlardan biri də erməni hərbi-siyasi xuntası barədə yaradılan şişirdilmiş təsəvvürlərin sabun köpüyü kimi əriməsidir. Əli Xocalıda, Qarabağda, Şərqi Zəngəzurda qana batmış bu qatillər – Köçəryan, Sarkisyan, Ohanyan, Qukasyan və başqaları 44 günlük müharibəyədək özlərini “böyük sərkərdə, gerçək qəhrəman” hesab edirdilər: “Lakin Prezidentin son çıxışında söylədiyi kimi, onlar son müharibə zamanı Qarabağa gəlsələr də, heç iki gün belə duruş gətirməyiblər, qorxub qaçıblar, ilk erməni fərariləri sırasında olublar. Bu, bir daha onu göstərir ki, həmin kəslər cəllad, qatil olduqları qədər də satqın və qorxaqdırlar, bir şəxsiyyət kimi, heç kimdirlər. Onlar əllərində silah olanda yalnız əliyalın, silahsız əhali ilə döyüşə, müharibə apara bilirlər, silahlı, nizamlı ordunun qarşısında isə qorxaq dovşana dönürlər, qaçıb gizlənməyə kol yeri axtarırlar”.

Nail Cəlil onu da bildirib ki, 44 günlük müharibə ərzində Azərbaycan həm də qədim tarixə, böyük döyüş ənənələrinə malik, döyüşkən, savaşmağı və layiqli qələbə qazanmağı bacaran ölkə olduğunu bir daha təsdiqləyib. Bu gün Azərbaycanın uğuru, döyüş təcrübəsi dünyanın qabaqcıl hərbi mərkəzlərində öyrənilir. 33 il əvvəl dünyanın ən mübariz ölkəsi kimi tanınan Azərbaycan 2020-ci ildə dünyanın ən döyüşkən, qalib toplumu kimi tarixə düşüb: “ Bu baxımdan, son müharibədə ““Azərbaycanlılar vuruşmayacaqlar” mifi dağıdıldı” deyən Ali Baş Komandan tam haqlıdır”.

Müharibədə dağıdılan, yoxa çıxan miflərdən biri də ermənilərin guya qədim tarixə və mədəniyyətə malik olması barədə illüziyadır. “Qafqazın mədəniyyət ocağı” olmaları barədə cəfəng təsəvvür formalaşdırmağa cəhd edənlər Qərbi Azərbaycanda qurduqları Ermənistanda və 30 işğalda saxladıqları rəsmi Azərbaycan torpaqlarında mədəni irsimizi tamamilə dağıdıblar, ya da eybəcər şəkildə mənimsəməyə, özününküləşdirməyə çalışıblar: “Bununla da daha bir mif dağıdılıb, sıradan çıxıb. Azərbaycanlılara məxsus qədim tarixi izlərin yox edilməsi, çoxsaylı yerlə yeksan olunmuş şəhər və kəndlərimiz, dağıdılmış qəbirlər, sökülmüş məscidlər – dövlət başçısının qeyd etdiyi kimi, düşmənin əsl simasını göstərir. Təbii ki, belə dağıdıcı təfəkkürə, barbar xislətinə malik olanların mədəniyyətdən və qədimlikdən danışması absurd, gülünc və yersizdir”.

Paylaş:
Digər xəbərlər

Siyasət

17-08-2021, 08:56

Türkiyəli analitik: "Azərbaycan erməni təcavüzünü "dəmir yumruq"la aradan qaldırıb"

Siyasət

5-08-2021, 13:22

Ermənistanın sərhəddə təxribatları məqsədlidir

Siyasət

2-08-2021, 09:41

Jirinovski siyasi kloundur

Siyasət

23-07-2021, 12:39

Nail Cəlil: “Hədəf yekun, davamlı sülhün əldə edilməsidir”

Siyasət / Dünya

13-02-2021, 00:52

“Times of Israel”: Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdirib

Siyasət

1-01-2021, 18:01

Səfir: Azərbaycan beynəlxalq hüququn prinsiplərini təkbaşına həyata keçirməyi bacardı

Siyasət

18-11-2020, 22:40

"Ali Baş Komandan son nidanı qoydu"

Siyasət

13-11-2020, 15:49

MM Prezidentə və xalqa müraciət etdi - Mətn

Siyasət

15-10-2020, 13:40

"Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, onunla fəxr edir, qürur duyuruq”

Siyasət

13-10-2020, 09:28

Erməni ordusu təcili Azərbaycandan çıxmalıdır - General Cavani

Siyasət

6-10-2020, 18:56

"Xalqımız tarixin ən şərəfli anlarını yaşayır" - MHP sədri

Siyasət

28-09-2020, 14:34

ALDP əməkdaşlıq etdiyi xarici ölkələrin siyasi partiyalarına müraciət edib

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
6-11-2026, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
6-11-2026, 12:42
İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
7-11-2026, 15:51
Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
6-11-2026, 13:40
Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə