USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Xalqımız tarixin ən şərəfli anlarını yaşayır" - MHP sədri

Siyasət

6-10-2020, 18:56

"Xalqımız tarixin ən şərəfli anlarını yaşayır" - MHP sədriƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Əminəm ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr tarixli müraciəti haqqında bundan sonra da hələ çox danışacağıq. Bu çıxış həqiqətən də möhtəşəm çıxış idi, tarixi çıxış idi. Səhərisi günü az qala bütün ölkə bu çıxış haqqında danışırdı. Mən onun müraciətinin cəmiyyət tərəfindən necə böyük rəğbət hissilə qarşılandığını müşahidə etdim. Çünki Prezidentin, Ali Baş Komandanın bu çıxışı hamının ürəyindən tikan çıxarmışdı. Çıxış həm də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbəri ilə üst-üstə
düşdüyünə görə ikiqat təsir gücü qazanmışdı. Prezident də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbərini xüsusi sevinc hissi ilə xalqa çatdırdı.

Mən Prezidentin gözlərində işıq, simasında Qələbə əzmi gördüm. Onun tezliklə böyük Qələbəni qazanacağımıza inamı sözlərinə də yansımışdı: “Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir”.

Ali Baş Komandanımız əldə edilən qələbələrdə Azərbaycan əsgərinin rolunu və qəhrəmanlığını xüsusi qeyd elədi. O bildirdi ki, Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır və məhz onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb. İlham Əliyev hərbçilərimizin qəhrəmanlığı ilə bağlı bu fikirləri qalib Ali Baş Komandan kimi dilə gətirdi və bu tarixi anı hamı – dostlarımız da, düşmənlərimiz də gördü.

Yeri gəlmişkən, Prezidentin özü də bunun fərqindədir ki, bu günlərdə Azərbaycanın şanlı tarixi yazılır. Bu tarixi Ordumuz, Ali Baş Komandanımız və Xalqımız birlikdə yazır. İlham Əliyevin də qeyd etdiyi kimi bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır və Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.

Fikir verdinizsə, Prezidentin bu çıxışında dərin bir əminlik hiss olunurdu. O, xüsusi əminlik hissilə vurğuladı ki,”Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə olan erməni cəhdlərinə son qoyulacaqdır”. Bəli, bubelə də olacaq. Bütün xalq da bu həqiqətə inanır. Əldə edilən qələbələr də bunu deməyə əsas verir. Artıq Azərbaycan xalqının həsrətinə son qoyulur. Çünki düşmən bizə başqa yol qoymadı. Ermənistan tərəfi öz xoşuyla, sülh yoluyla torpaqlarımızı qaytarmaq istəmədi. Odur ki, son sözü Şanlı Ordumuz deməli oldu.
Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaq və bütün torpaqlarımız qaytarılacaqdır.

Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır və verilən dərslərdən Ermənistan nəticə çıxartmalı, təxribatlardan əl
çəkməlidir. Prezident əvvəllər də bir neçə dəfə Ordumuz tərəfindən ermənilərə dərs verildiyini, lakin düşmənin bu dərslərdən düzgün nəticə çıxarmadığını vurğuladı. Lakin bu dəfəki dərsin Ermənistanın hərbi-siyasi rəhbərliyinə çox baha başa gəldiyi şəksizdir. Prezident də bu məqamı qeyd etdi və Ermənistanın Baş nazirinin indi əl-ayağa düşüb atəşkəs üçün yalvardığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanı təcavüzkarlıqda ittiham edən qüvvələrə də açıq mesaj verdi və bildirdi ki, “Azərbaycan işğalçı ölkə deyil, başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir”. Bizim bu istəyimizə qeyri-qanuni heç nə yoxdur. Bu bizim təbii haqqımızdır. Beynəlxalq hüquq da bu haqqımızı tanıyır.

İlham Əliyev öz çıxışında indiyə qədər aparılan danışıqıarın səmərəsizliyini, mənasızlığını da ayrıca qeyd etdi. Aparılan danışıqlar həqiqətən də öz səmərəsizliyi ilə diqqəti cəlb edir və bu danışıqların məqsədyönlü şəkildə təyin olunmuş formatı da indiyə qədər faktiki olaraq münaqişənin dondurulmasına, status-kvonun qorunub saxlanmasına xidmət edib. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan xalqının ümidləri ilə çox namərdcəsinə oynanılıb: ”Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Lakin xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar”. Bəs əldə edilən nəticə nədən ibarətdir? Ortada sadəcə boşa çıxmış 30 illik quru ümidlərdən başqa heç nə yoxdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 ilə yaxındır ki, kağız üzərindədir və indi yenidən atəşkəsdən dəm vururlar. Bizi növbəti dəfə atəşkəsə məcbur etmək istəyirlər. Çalışırlar ki, yenə də qeyri-müəyyən müddətdə davam edəcək yalançı “sülh danışıqları” ilə uzun müddət başımızı qatsınlar. Lakin Azərbaycan bundan sonra mənasız danışıqlarda iştirak etməyəcəkdir. Cənab Prezident bunu birmənalı şəkildə vurğuladı. Eyni zamanda qeyd etdi ki, əlbəttə, biz də sülh istəyirik, biz müharibə tərəfdarı deyilik. Lakin sülh danışıqlarının konkret predmeti olmalıdır, məğzi olmalıdır.

Atəşkəsin bərpası və sülh danışıqlarının davam etdirilməsi üçün əvvəlcə torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır. Yalnız işğal edilmiş torpaqlarımızdan erməni silahlı qüvvələrinin çıxarılmasının konkret cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər. Və hələ bu da son deyil. Əgər Ermənistan tərəfi atəşkəsin bərpa olunmasını istəyirsə, Ermənistanın avantürist Baş naziri Azərbaycan xalqından üzr istəməlidir. Prezidentimiz bu məsələdə olduqca prinsipial mövqe tutur. Bu düzgün mövqedir və biz də Prezidentimizin bu mövqeyini təqdir edirik. Azərbaycan rəhbərliyi dəfələrləbəyan edib ki, bizim cəmi bir şərtimiz var: Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. Əks halda, heç bir atəşkəsdən və sülh danışıqlarından söhbət belə gedə bilməz. Odur ki, İlham Əliyevin də bildirdiyi kimi indi Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır.

Prezidentin xalqımıza müraciətində həm Paşinyanın haqqında , həm Qarabağdakı qondarma rejimin “rəhbəri” Araik Arutyunyan haqqında, həm də Ordumuzun şiddətli əks-hücum zərbələri qarşısında tam gətirməyib silahını, bayrağını atıb qaçan erməni əsgərləri haqqında sadə xalq dilində, xalq deyimləri ilə səsləndirdiyi fikirlər də hamımızın ürəyincə oldu. O, diqqəti erməni xislətinin mahiyyətcə qorxaq olduğuna yönəldərək qondarma rejimin “başçı”sının qorxaqlıq edərək siçan kimi qaçıb gizləndiyini bildirdi. Prezidentin qeyd etdiyi kimi biz göstərdik ki, kim kimdir:”Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”.

Artıq bundan sonra təhrik niyyətli erməni siyasəti işləməyəcək. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlament”inin Şuşaya köçürülməsi kimi cəfəng fikirləri ortaya atmaqla Azərbaycan xalqını təhqir etmək cəhdlərinin qarşısı qətiyyətlə alınır və alınacaqdır. Prezident də xalqa müraciətində qeyd etdi ki, “bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir”.

Yeri gəlmişkən, bugünlərdə Şanlı Ordumuz Xankəndində Araik Arutyunyanın “andiçmə mərasimi”nin keçirildiyi binanı da artıq darmadağın edib.

Bəli, indi Ordumuz cəbhədə, hərb meydanında xariqələr göstərir, Ali Baş Komandanımız da öz çıxışları ilə əsl döyüş, mübarizə nümunəsini ortaya qoyur. Mən dövlət başçımızın mübarizə əzmini, qətiyyətini yüksək qiymətləndirir və bir daha hər kəsi Ali Baş Komandamızın ətrafında sıx birləşməyə çağırıram!

Paylaş:
Digər xəbərlər

Siyasət

2-10-2020, 20:27

Ərdoğan: “Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”

Siyasət

28-09-2020, 14:30

"Röyters" Qarabağla bağlı ŞAD XƏBƏRİ dünyaya çatdırdı - Azərbaycan Ordusundan BÖYÜK ZƏFƏR

Siyasət

23-09-2020, 15:29

Nikol Paşinyan şokdadır - MHP sədri

Siyasət

23-09-2020, 10:27

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Siyasət

21-09-2020, 16:48

"Müsahibədə səsləndirilən cəsarətli fikirlərlə həqiqətən də qürur duydum"

Siyasət

30-05-2020, 12:19

Hikmət Babaoğlu: Sosial layihələrin məhdudiyyətsiz olaraq həyata keçirilməsi dövlətin vətəndaşın yanında olduğunun göstəricisidir

Siyasət

8-05-2020, 14:41

Türkiyə XİN rəsmisi: “Şuşa 28 ildir bizim qanayan yaramızdır”

Siyasət

4-05-2020, 12:54

Surət Hüseynovdan YENİ İDDİA: Seçkilərdə Elçibəyi dəstəkləyib? - AÇIQLAMA

Siyasət

2-05-2020, 16:31

Özünü "Azərbaycanın dostu" kimi aparan Mişanın GİZLİ ÜZÜ - İLGİNC

Siyasət

11-03-2020, 12:35

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət

5-03-2020, 14:50

Prezident İsmayıllının icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Siyasət

26-02-2020, 14:46

Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinə şahidlik edəcəklər - Hikmət Babaoğlu

Son xəbərlər
  • Dün, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
Daha çox
Çox oxunanlar
30-07-2026, 14:32
“Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
30-07-2026, 14:35
İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
31-07-2026, 11:03
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
31-07-2026, 11:06
Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
30-07-2026, 14:38
Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
31-07-2026, 19:26
Azərbaycanın qadın səfirlərinin sayı üç olub
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə